Kredit Reytinqi Təşkilatları və Türkiyə

Bir əsrlik tarixi olan kredit reytinqi təşkilatları qlobal iqtisadiyyatda fond sahiblərinin yatıracaqları sərmayələrə təsiredici rol oynayırlar

719219
Kredit Reytinqi Təşkilatları və Türkiyə

Bir əsrlik  tarixi olan kredit reytinqi təşkilatları qlobal iqtisadiyyatda fond sahiblərinin yatıracaqları sərmayələrə təsiredici rol oynayırlar. Bu təşkilatların borc verən  fond sahibləri ilə borc alan tərəflər arasında istiqamətləndirici funksiyaları vardır.

Kredit reytinqi təşkilatları fond sahiblərnə fond köçürüləcək ölkənin seçiminə yardım edərək, bu prosesdə fəal rol oynayırlar. Fondun yönəldiləcəyi ölkənin və ya şirkətin mövcud vəziyyətinin müəyyənləşdirilməsi, sərmayənin texniki-iqtisadi cəhətdən əsaslandırılması və gələcəyə dair proqnozların verilməsi üçün kredit reytinqi təşkilatlarına müraciət edilir. Yəni  ölkələrə  xarici kapitalın axınında kredit reytinqi təşkilatları həlledici rol oynayır.

 Kredit reytinqi təşkilatlarının çox olmasına baxmayaraq, bu təşkilatlardan "Moody's", "Standart&Poors" və "Fitch"  kredit reytinqinin müəyyənləşdirməsində oliqopol bir quruluş yaradıblar. Bununla belə həmin təşkilatlar 1997-ci il Asiya böhranı, 2008-ci il qlobal iqtisadi böhran və 2011-ci il Avropa borc böhranı ərəfəsində bazarları səhv yönləndirmlərinə görə tənqid olunurlar.

Səhv və tərəfkeş mövqelərinə rəğmən, böyük fondların sərmayə yatırmaq üçün kredit reytinqi təşkilatlarının göstəricilərinə görə hərəkətetmə məcburiyyəti  bu qurumların hesabvemə zəruriyyətini aradan qaldırır.

 Dəyərləndirmə meyarlarındakı uyğunsuzluq, analitiklərin subyektivliyi, analiz və proqnozlardakı ziddiyyətlər, özünəməxsusluqları nəzərə alınmadan bütün ölkələrin eyni metodla dəyərləndirilməsi, nəzarət mexanizminin olmaması və uzun illər eyni metodologiyadan istifadə olunması kimi səbəblərə görə kredit reytinqi təşkilatlarının etibarlılıqları sual altındaır.

Bazarı arxadan təqib edən və bu səbəbdən iqtisadi problemi olan ölkənin kredit reytinqində edilən qəfil dəyişikliklərin bazarda əks olunmasını böyük miqyasda pozan kredit reytinqi təşkilatlarının böhrana təsir etdikləri barədə stereotipik qavrayış yaranmışdır. Bazardakı prosesləri təqib edə bilmədiklərinin ən yaxşı nümunələrdən biri isə Türkiyədir.

 Bu təşkilatlar tərəfindən Türkiyənin kredit reytinqi 1990-cı illlərdən etibarən müəyyən olunmağa başlayıb. Təşkilatlar 1994-ci ildən 2012-ci ilə qədər Türkiyəyə sərmayə qoyula bilinəcək səviyyədə reytinq göstərməyiblər. Türkiyə iqtisadiyyatının  son 15 ildəki yüksək göstəricilərini isə   beynəlxalq kredit təşkilatları görməzlikdən gəliblər.

Türkiyənin iqtisadi göstəricilərinin bir çox ölkədən daha yaxşı səviyyədə olmasına baxmayaraq, kredit reytinqi uzun müddətdir haqsız olaraq “sərmayə qoyula bilinməyən” səviyyədə saxlanılır.  İllərdir Türkiyəyə investisiya fondlarının girişi  bu şəkildə əngəllənir. Yaranan vəziyyətin isə ölkəyə zərəri ağır olur.

Bundan başqa, kredit reytinqi təşkilatlarının Türkiyəni rasional dəyərləndirməməsi Türkiyənin yüksək faizlə borc ödəmək məcburiyyətində qalmasına səbəb olmuşdur. Dəyərləndirmə mexanizmləri bəlli olmayan və reytinqi aşağı salmaq üçün daim fürsət axtaran bu təşkilatlar Türkiyənin iqtisadi göstəriciləri yüksəldiyində, buna məhəl qoymurlar. 1994-ci ildən 2013-ci ilə qədər Türkiyəyə “sərmayə qoyula bilər” səviyyədə reytinq verməyən "Moody's" in 2013-ci ildə bu səviyyədə verdiyi kredit reytinqini 15 iyul  dövlət çevriliş cəhdindən sonra fürsətdən istifadə edərək dərhal yenidən aşağı səviyyəyə salması bunun əyani göstəricisidir.

Eyni şəkildə, 15 iyul dövlət çevrilişi cəhdindən sonra digər kredit reytinqi təşkilatları da Türkiyədə fəaliyyət göstərən sərmayədarları ölkədən çıxarmaq üçün sanki yarışırlar. Bu təşkilatlar tərəfkeş və qərəzli qərarları ilə beynəlxalq bazarlarda Türkiyənin daxili bazarındakı prosesləri hədəf göstərərək, mənfi qavrayış stereotipi əməliyyatına davam edirlər.

 Təşkilatlar reytinq endirimi təhdidi ilə xarici sərmayənin çıxışını istiqamətləndirərək Türk Lirəsinə  təzyiq etməyə çalışırlar. Təşkilatların verdikləri qərarların obyektivlikdən uzaq olması hazırkı məqsədlərinin dövlət çevrilişi cəhdindən sonra Türkiyə iqtisadiyyatını beynəlxalq bazarlarda nüfuzdan salmaq və sərmayələri əngəlləmək olduğunu göstərir.

 Beləliklə, "Fitch", "Moody's" və "Standart&Poors" təşkilatlarına alternativ bir strukturun yaradılması lazımdır. Kredit reytinqi təşkilatlarının reytinq müəyyənləşdirmə sistemini təqib edəcək səlahiyyətli orqan olmalı və bu orqan investorları adı keçən təşkilatların proqnozları və metodoloji səhvləri ilə əlaqədar məlumatlandırmalı, stereotiplərin yaradılmasına imkan verməməlidir.

 Bundan başqa, bu kredit reytinqi təşkilatları xarici sərmayələrə və mənbələrə ehtiyacı olan  inkişaf etməkdə olan ölkələr üçün haqsız rəqabət  mühüti yaradırlar. Buna qarşı olaraq regional kredit reytinqi təşkilatları dəstəklənməli və beləliklə, kredit reytinqi sektorunun oligopol quruluşu dağıdılmalıdır.

 

 



Әlaqәli Xәbәrlәr