Xarici tələbələr üçün təqaüdlər_Türkiyədə universitet təhsili_06

Türkiyə universitetlərındə təhsil almaq istəyən xarici tələbələr müxtəlif təqaüdlərdən faydalana bilir.

693931
Xarici tələbələr üçün təqaüdlər_Türkiyədə universitet təhsili_06

  Əvvəl onu deyək ki, təqaüd proqramları haqqında ətraflı məlumatı Türkiyə türkcəsində və ingilis dilində https://www.turkiyeburslari.gov.tr/turkiye-burslari/burs-programlari/

internet ünvanından əldə edə bilərsiniz.

  Türkiyədə təqaüd almaq istəyənlər, təbii ki, “Bunun miqdarı nə qədərdir?” deyə maraqlanacaq. Onda elə sözü uzatmadan deyək.

  Türkiyədə 4 illik bakalavr təhsili üçün 700, magistr təhsili üçün 950, aspirantura təhsili üçün 1400, elmi araşdırma üçün ayda 3000 lira ayrılır. Bu məbləğlər Türkiyədə sizin çox çətinlik çəkmədən yaşamağınıza və təhsilinizi rahat davam etdirməyinizə imkan yaradır. Təqaüddən başqa xarici tələbələr dövlət tərəfindən pulsuz olaraq yataqxana ilə də təmin olunur. Yox, əgər dövlət yataqxanasında qalmaq istəmirsinizsə, öz imkanlarınızla tələbə yoldaşlarınızla bir ev tutmaq, ya da özəl yataqxanalarda qalmaq kimi variantlar da var.

  Türkiyə təqaüdü qazanan tələbələr girdikləri universitet üçün təhsil haqqı da ödəmir. Təhsil boyu dövlət tərəfindən təmin edilir, xəstə olduğu zaman səhiyyə sığortasından faydalanır. Təkcə bunlar deyil.

  Türkiyə Təqaüdünü qazanan xarici tələbələrin dövlət 1 illik Türk dili Hazırlıq kursunun da xərcini öz üzərinə götürür. Yəni bu bir il boyu da, bir az əvvəl dediyimiz, eyni imkanlardan, yəni təqaüd və yataqxanalardan tələbələr faydalana bilir. Üstəlik tələbələrə Türkiyəyə ilk gəlişləri və təhsillərini bitirib məzun olduqdan sonra ölkələrinə dönmək üçün gedişləri pulsuz təyyarə bileti ilə təmin olunur.  

  Bir az da müraciət, Türkiyə türkcəsində desək, başvuru şərtlərindən bəhs edək. Burada yaş məsələsi də mühüm rol oynayır. Əvvəla magistr təhsili davam edən və bir ilə məzun olacaq tələbələr müraciət edə bilir.

  Bakalavr təhsili üçün yaş həddi 01.01.1996, magistr üçün 01.01.1987, aspirantura üçün 01.01.1982, araşdırma təqaüdü üçünsə 01.01.1972-ci ilə qədər doğulanlar müraciət edə bilər.

  Bunu da mütləq qeyd etməliyik ki, Türkiyə Təqaüdü üçün müraciət edən gənc namizədin atestat qiymətləri aşağı olmamalıdır.

  Əgər Türkiyədə bir sahə üzrə təhsil alırsınızsa, eyni sahədə paralel təhsil almaq üçün müraciət edə bilməzsiniz.

  Türkiyə Respublikası vətəndaşları və vətəndaşlıqdan məhrum olanlar Türkiyə Təqaüdləri üçün müraciət edə bilməz, çünki bir az əvvəl söylədiyimiz kimi, bu proqram xarici ölkə gəncləri üçün nəzərdə tutulub.

  Türkiyə universitetlərinə müraciət şərtlərində zaman-zaman dəyişikliklər olur. Ona görə müraciət edərkən başvuru şərtlərinə diqqət etməlisiniz. Müraciətlərinizi yalnız və yalnız internet üzərindən edə bilirsiniz, bunu unutmayın. Yəni Türkiyə Təqaüdü proqramları haqqında ətraflı məlumatı Türkiyə türkcəsində və ingilis dilində https://www.turkiyeburslari.gov.tr/turkiye-burslari/burs-programlari/ internet ünvanından əldə edə və müraciət göndərə bilərsiniz.

  Mətni Mücahit Türköne yazıb, Sevda Mirzə oxuyur. 



Әlaqәli Xәbәrlәr