Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın “Əl- Ərəbiyyə” telekanalına müsahibəsi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: Dünyəvi dövlət bütün inanclara tolerant yanaşan dövlətdir.

680835
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın “Əl- Ərəbiyyə” telekanalına müsahibəsi

Telekanalın aparıcısı Türkiel Dahil: Qonağım Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğandır. Cənab dövlət başçısı bizə vaxt ayırdığınıza görə çox təşəkkür edirik və Sizi studiyamızda xoş gördük. Hörmətli prezident Bəhreyn və Qətəri də əhatə edən Körfəz ölkələrinə səfərə çıxdınız. Bu ziyarətin məqsədi nədir və önəmli nəticələr əldə ediləcəkmi?

Dövlət başçısı Ərdoğan: Bəhreyn Krallığı, Səudiyyə  Ərəbistanı və Qətəri əhatə edən bu səfərim heç şübhə yoxdur ki, dost olduğumuz bu ölkələrlə mövcud ələqalərimizi daha da gücləndirəcəktir. Həmçinin fərqli səhalərdə əməkdaşlığıq edə bilmək məqsədi daşıyır. Biz bu səfərimin çox məhsuldar olacağına inanırıq. Səfərimin ilk dayanacağı Bəhreyn Krallığına səfərim xeyli məhsuldar idi. Hal-hazırda Səudiyyə Ərəbistanı da səfərdəyik. Bu ölkədəki proqramımız da xeyli səmərəli keçir. Qətərdə keçirəcəyimiz görüşlərlə Körfəz ölkələrinə səfərimiz yekunlaşacaq.

Aparıcı: DAİŞ-in biriləri tərəfindən yaradıldığı barədə iddialar var. Prezident Rəcəb Tayyib Ərdoğan DAİŞ-i necə görür? Həqiqətən DAİŞ bəzi dövlətlərin məhsuludurmu?

 Prezident Ərdoğan: İlk növbədə bir məqamı aydınlaşdırmaq lazımdır. Bu təşkilat terror təşkilatıdır və İslam dini ilə heç bir əlaqəsi yoxdur. Əl-Qaidədən ayrılaraq müstəqil bir təşkilat kimi ortaya çıxdığı andan etibarən bütün bunları bir terror təşkilatı olaraq dəyərləndirdim. Hər zaman bunların bir terror təşkilatı olduğunu, İslam ilə əlaqələri olmadığını söylədim. Çünki törətdiklərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Bu təşkilat çox sayda insanı öldürüb, mallarını qarət edib və müharibəyə başlayıb. Bu təşkilat eyni zamanda güclərini sübut etmək istəyən başqa terror təşkilatlarının də bölgəyə yönəlməsinə səbəb olub. Bildiyiniz kimi, Əl-Qaidə terror təşkilatı idi. DAİŞ də terror təşkilatıdır. Bu belə davam edə bilməz. Niyə? Çünki çox zülm edir və bu zülm onun sonunu gətirəcək. DAİŞ terror təşkilatı Suriyada son günlərini yaşayır, çünki bunu davam etdirə bilməz. Biz bu təşkilata qarşı qətiyyətlə mübarizə aparırıq. Koalisiya qüvvələrinin, həmçinin Səudiyyə Ərəbistanı başda olmaqla, bölgə ölkələrinin də bunda qərarlı olduqlarına inanıram. Bölgədəki terror təşkilatlarına qarşı birgə mübarizə aparmasaq, digər bölgələrdə, ölkəmizdə və digər Körfəz ölkələrində də bunlar başımıza bəla olacaq. Türkiyədə terror təşkilatına qarşı geniş miqyaslı əməliyyatlara başladıq və təşkilatla əlaqəsi aşkar edilən şəxslər saxlanıldı. Əl-Qaidəyə 40 min insanın qoşulmasına mane olduq. Buraya gəlməzdən əvvəl də təhlükəsizlik qüvvələrimiz 1000-ə yaxın DAİŞ üzvünü həbs etdi. Terrorla qətiyyətlə mübarizə aparmasaq, arzulanan nəticəni əldə edə bilmərik. Bunu qərarlı bir şəkildə davam etdirməsək, Suriya xalqının tələblərini və arzularını yerinə yetirə bilmərik. Xalqlarımızın istəyini məzhəbçilikdən uzaq bir şəkildə həyata keçirməliyik.

Aparıcı: Ölkənizdəki uğursuz çevriliş cəhdindən sonra Türkiyə  İran və Rusiya ilə yaxınlaşdı, İsrail ilə münasibətlərini normallaşdırır. Bu addımlar  Ərəb ölkələrinə göndərilən bir ismarıcdırmı?

 Prezident Ərdoğan: Allaha şükürlər olsun ki, xalqımızın qəhrəman müqaviməti sayəsində xain dövlət çevrilişi cəhdini dəf edə bildik. 248 şəhid verdik. Gözləmədiyim halda yeni tərz və yeni nəsil bir terror təşkilatı ilə  üz-üzə qaldıq. Bu terror təşkilatı 40 ildir ki, pusquda durub və qəflətən ortaya çıxdı. Bu terror təşkilatının quldurbaşı ABŞ-a gedib və təşkilatı oradan idarə edir. Sözügedən təşkilat təhsil, fondlar, ticarət və başqa yollarla 170 ölkədə fəaliyyət göstərir. Bu təşkilatın maddi gücü var və Səudiyyə Ərəbistanında da bəzi fəaliyyətlər həyata keçirirdi. Allaha şükürlər olsun ki, səudiyyəli qardaşlarımız bu terror təşkilatı barədə lazımi ölçülər götürdülər. Təşkilat digər ölkələrdə qalmağa çalışır. Ərəb qardaşlarımız bu terror təşkilatına qarşı ayıq-sayıq və diqqətli olmalıdırlar. Təşkilat bunu, təhsil vasitəsilə, xüsusilə, uşaqları yetişdirərək və yüksək vəzifələrə gəlmələrini təmin edərək edir. Türkiyədə bu şəkildə etdilər. Bu təşkilat ABŞ-da Charter məktəblərindən 500 milyon dollar gəlir əldə edir. Bu məktəblər dövlətdən dəstək alır, lakin  özəl məktəblər kimi idarə olunur. Biz təşkilatın maddi mənbələrini kəsdik. Buna  böyük reaksiya göstərdilər və bizə qarşı mübarizəyə başladılar. Çünki təşkilat qurumları vasitəsilə çox böyük miqdarda pullar toplayırdı. Biz bu qurumları ləğv etdik. Allahın izni ilə Körfəz ölkələri ilə  əməkdaşlıq sayəsində bu məsələdə daha uğurlu ola bilərik. Bildiyiniz kimi, Türkiyə İslam Əməkdaşlıq Təşkilatına sədrlik edir.

Bəhreyn də Körfəz Əməkdaşlıq Şurasına sədrlik edir. Bu imkanlardan bəhrələnərək və əməkdaşlıq edərək terrorla mübarizə məsələsində məqbul bir mərhələyə gələ bilərik. Bunu bacarsaq, Allahın izni ilə bölgəmizin təhlükəsizliyi təmin olunacaq.

 Aparıcı: Ərəblərin bir çoxu İslam ilə dünyəvilik arasında əlaqə yarada bilmir. Siz buna necə nail olursunuz?

 Prezident Ərdoğan: İslam dini ilə dünyəvilik arasındakı əlaqənin İslam dünyası tərəfindən hələ də görülə bilinməməsini başa düşə bilmirəm. Biz partiyamızın istiqamətini müəyyən etdik. O cümlədən, dünyəviliyin təyinini verdik. Bunu, Mursi hakimiyyətə gəldiyi zaman Misirə getdiyimdə də qeyd etdim. Qahirədə Opera Sarayında çıxış etdim. Orada İslam dininin terrorla əlaqəsi məsələlərindən bəhs etdim. İslamı necə izah edə bilərik? İnsanlar dünyəvi olmaz, dövlət dünyəvi olar. Bu, çox əhəmiyyətli məqamdır. Dünyəvi dövlət bütün inanclara tolerant yanaşan dövlətdir və bu, dövlətin bütün dinlərə və inanclara bərabər məsafədə durması deməkdir. Bu, İslam dininə zidd olan bir tezis deyil. Lakin bəziləri bunu fərqli şəkildə şərh etməyə çalışırlar. Çünki əvvəllər dünyəviliyi dinin düşməni və ya dinsizlik kimi qavrayırdıq. Biz buna "yox" dedik. Dünyəvilik dövlətin bütün inancları zəmanət altına almasıdır və bu inanclara bərabər məsafədə dayanmasıdır. Dünyəvilik  bizim ölkədə bu şəkildə təzahür edir.

Aparıcı: Ərəb tamaşaçılarımız üçün dünyəviliyin tərifini necə verərsiniz?

 Prezident Ərdoğan: Verdiyim tərif onlar üçün də məqbuldur. Çünki dünyəviliyi dinin düşməni olaraq görmürük, çünki fərd dünyəvi ola bilməz çünki dünyəvilik bir din deyil. Dövlət dünyəvi olur. Dünyəvilik  bütün dini etiqadların azadlığının zəmanətçisidir. Bu təyin ateistlər üçün də məqbul sayıla bilər. Dünyəviliyi dindarlara qarşı bir davranış olaraq səciyyələndirmək doğru deyil və arzuedilməzdir. Təbii ki, Anqlosakson Avropanın dünyəvilik təyinində səhvlər vardır. Şərhlər və təriflər fərqli ola bilər. Lakin Türkiyədə yaratdığım partiyada dünyəviliyi, bir az əvvəl təqdim etdiyim kimi xarakterizə edirik.

Aparıcı: Cənab Prezident, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm.



Әlaqәli Xәbәrlәr