Kıbrıs probleminə həll yolu tapma cəhdlərinə yanvarın 18-dək fasilə verildi

Türkiyə və Dünya Gündəminə dair Təhlilə (03-2017)

653150
Kıbrıs probleminə həll yolu tapma cəhdlərinə yanvarın 18-dək fasilə verildi

İsveçrənin Cenevrə şəhərində Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı ilə Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadis arasında üç gün davam edən görüşlər keçirildi. Bununla bağlı proses beynəlxalq konfransla yekunlaşandı. Bu çərçivədə Kıbrıs probleminə həll yolu tapma cəhdlərinə yanvarın 18-dək fasilə verildi. 

18 yanvardan etibarən texnokratlar səviyyəsində davam edəcək görüşlər zamin ölkələrin xarici işlər nazirləri tərəfindən  dəğərləndiriləcək və hər hansı nəticə əldə ediləcəyi təqdirdə baş nazirlər görüş üçün dəvət ediləcəklər.

Cenevrədə baş tutan görüşlərdən sonra gündəmi məşğul edən bəlkə də ən önəmli əsas “zirvədən konkret nəticə əldə edilib edilmədiyi”nə dair sual olub.

BMT baş katibi Antonio Quterreş Cenevrədə təşkil etdiyi mətbuat konfrasında söylədi ki, Kıbrısda iki icmalı, iki bölgəli federal quruluş üçün həll yoluna yaxınlaşma nöqtəsindəyik.

Yuxarıda verilən suala veriləcək ən düzgün cavab budur:

Kıbrısda iki icma liderləri arasında 20 ilə yaxındır davam edən görüşlərin ən önəmli xüsusiyyəti tərəflərin ən mübahisəli danışıqlardan sonra belə qapıları tamamilə bağlamayaraq, nikbin gözləntilərin davam etməsinə imkan yaratmaq olmuşdur.

Cenevrədə də vəziyyətin bundan fərqi yox idi. Buradan Kıbrıs probleminə həll yolu taparaq evə qayıdılacağı gözləntisi əsasında elə çox reallist yanaşma deyildi. Kıbrıs məsələsini illərdir təqib edən mütəxəssislər Cenevrədə konkret nəticə ələd edilməyəcəyini əsasən bilirdilər, ancaq əsasların hansı səviyyədə qoruna biləcəyi son dərəcə əhəmiyyət kəsb edirdi.

Üç gün intensiv şəkildə davam edən müzakirələrin nəticəsində bir dəyərləndirmə ortaya qoyulsa bunu deyə bilərik ki, Akıncı-Anastasiadis çütlüyü nikbin atmosferi qorumağı yenə bacardı.

Nə qədər də bəzi çevrelər Cenevrədəki konfransın da konkret nəticə əldə edilmədən yekunlaşdığını söyləsələr də bu konfransda ilk dəfə iki tərəfin ərazi bölgüsü mövzusunda öz xəritələrini təqdim etdikləri və bu xəritələrin vaxtı gəldiyi zaman masaya qoyulmaq üçün BMT tərəfindən özəl kassada müdafizə ediləcəyi unutulmamalıdır.

Yenə Kıbrıs görüşləri çərçivəsində Cenevrədəki Konfransda Kıbrıs müzakirələrinin 6 əsas başlığından biri olan “təhlükəsizlik və Zəmanətlər”in konfransda ilk dəfə müzakirəyə çıxarıldığını da diqqət mərkəzində saxlamalıyıq.

“Təhlükəsizlik və Zəmanətlər” müzakirələrdə son dərəcə önəmli başlıq kimi qəbul edilir. Çünki Türk tərəfi zaminlik sistemindən imtina etməyin Kıbrısın təhlükəsizliyi baxımından və Adada keçmişdə yaşanan bir sıra talehsiz hadisələrin bir daha yaranmaması üçün qeyri-mümkün olduğunu bildirdikdə, Yunan-Rum cütlüyü 1974 Sülh Hərəkatından sonra Adaya dinclik gətirən Türk əsgərinin Kıbrısdan ayrılması istiqamətində ciddi diplomatiya fəaliyyətlərini davam etdirir.

Türkiyənən xarici işlər naziri Mövlud Çavuşoğlu mövzu haqqındakı suala cavab verərkən deyib ki, Şimali Kıbrıs Türk Cümhuriyyətinin və Türkiyə Cümhuriyyətinin bu mövzudakı mövqeyi eynidir. Yəni Türkiyənin zamin ölkə olma statusu davam edəcək, adada da Türk əsgərinin mövcudluğu eləcə. Bu, Kıbrıs Türk xalqının imtina edilməyəcək istəyidir. Onlar üçün ən həssas həyatı məsələdir. Bununla əlaqəli mövqeyimiz son dərəcə dəqiqdir.

“İki icmalı, federal dövlətə çox yaxınıq. Bu, xalqların referendumla təsdiqləməsi vacib olan həll yolu olacaq. Bunu yerinə yetirmək asan deyil. Çox yaxın zamanda həll yolu gözləməmək lazımdır. Konfrans nə qədər lazımdırsa o qədər davam edəcək. Başlanış nöqtəsindəyik” deyən BMT baş katibinin ifadə etdiklərinə nəzər saldıqda ədalətli və davam etdirilə biləcək həll yolu üçün göstərilən cəhdlərin nəticə əldə edilənə qədər davam edəcəyini başa düşürük.

Cenevrədə zamin ölkələr xarici işlər nazirləri səviyyəsində təmsil edilmiş və həmin səviyyədə görüşlərin yenidən baş tutacağı şəxsən Mövlud Çavuşoğlu tərəfindən açıqlanmışdır. 18 yanvarda başlanılacaq prosesin xarici işlər nazirləri tərəfindən müsbət dəyərləndinməsindən sonra bəlkə də Kıbrıs probleminin həllinə dair razılaşma imzalamaq üçün bu dəfə hökümət rəhbərləri İsveçrəyə dəvət ediləcək.



Әlaqәli Xәbәrlәr