Avropanın problemləri

Dövlət başçısının sözcüsü İbrahim Kalının “Daily Sabah”da yer tutan məqaləsi

624864
Avropanın problemləri

 Gələcək il müxtəlif Avropa ölkələrində parlament və bələdiyyə seçkiləri keçiriləcək. Bu çərçivədə elə görünür ki, Avropa siyasəti ona şübhə ilə yanaşılmasını gücləndirəcək və qədim qitə miqyasında populist, miqrant əleyhinə, İslamafobiya və xaricilərə qarşı qərəzli siyasətləri cəsarətləndirəcək.

Avropa qlobal etimadsızlık, regional xaos və mühacirlərə qarşı laqeydlik mühitində inadcıl və dağıdıcı siyasi populizm və opportunist dalğası ilə qarşı-qarşıyadır. Bu gediş “Brexit” referendumundan sonra Avropa fikrini təhdid edir, Avropa İttifaqını zəiflətmə təhlükəsini ortaya çıxarır. Gələcək il müxtəlif ölkələrdə parlament və bələdiyyə seçkiləri keçiriləcək. Bu çərçivədə elə görünür ki, Avropa siyasəti ona şübhə ilə yanaşılmasını gücləndirəcək və qədim qitə miqyasında populist, miqrant əleyhinə, İslamafobiya və xaricilərə qarşı qərəzli siyasətləri cəsarətləndirəcək. Əgər Avropa evində güclü və bütöv dünyada diqqət mərkəzində özünü saxlamaq istəyirsə avropalı siyasi liderlərin məntiqli dəyərləndirmələr ortaya qoymaları vacibdir.

Artmaqda davam edən yeni irqçilik və siyasi oportunistlik haqqında ciddi narahatlığı olanlar Avstriyada keçirilən prezident seçkilərində Aleksandr van der Bellenin radikal sağcı Norbert Hofer qarşısındakı zəfəri ilə arxayın oldular. Hofer Türklər və Müsəlmanlar haqqında açıq-aşkar irqçi ifadələr dilə gətirir. Bundan əlavə Avropa İttifaqını sorğuya çəkərək kampaniyasının başlanışında (amma daha sonra düşüncəsini dəyişdi) “Brexit” kimi referendum keçirilməsini istədi. Seçkidə qələbə qazansaydı Avropanın qabaqçıl ölkələrindən birinin ilk açıq-aşkar radikal sağçı və İslamafobik prezidenti olacaq idi. Hofer itirsə də müdafiə etdiyi və yaydığı düşüncələr hələ də qüvvədədir. Özü sadəcə Türkiyənin Avropa İttifaqına üzvlüyünün əleyhinə deyil, həmin zamanda Türklərin və Müsəlmanların Avstriyaya gəlmələrinin də əleyhinədir. Bu siyasi mövqe müxtəlif Avropa ölkələrində yayılmaqda davam edir. Bu arada hakimiyyətdə olan Avstriya hökumətinin Türkiyəyə qarşı mübahisəli və qərəzli mövqeyi də eləcə.

Avstriyada keçirilən seçki nəticələri bu ölkə və Avropadakı problemlər üçün Müsəlmanları, Türkləri və miqrantları ittiham etməyin seçki qutusunda hər zaman qələbə gətirmədiyinə dair az da olsa ümid işığı göstərdi. Avropada ən azı bəziləri həqiqəti olduğu kimi görə bilir. Mürəkkəb problemləri sadəcə bir səbəbdən asılı tutmaq və müəyyən insan qruplarını günahkar elan etmək qısa müddətli qazanclar gətirə bilər, lakin uzun müddətli olaraq problemləri həll edə bilməz. Əgər avropalı ifrat sağçı partiyalar adi vətəndaşların qorxularından qazanc əldə etməyə və xalqı qərəzli düşüncələrlə qışqırtmağa davam etsələr  sadəcə ümidsizlik duyğusunu, mürəkkəb düşüncələri və nifrət duyğusunu gücləndirəcək və Avropanın gərçək problemlərinin həllində uğursuz olacaqlar.

Fransada gələcək il keçiriləcək seçkilərdə də yenə bu vəziyyətə şahid olunacaq. Marine Le Pen liderliyindəki Milli Cəbhə son bir neçə ildə seçicilərin sayının artdığını gördü. Partiyanın 2017-ci ildə prezident seçkilərində önəmli rəqib olacağı gözlənilir. Cənab Ollandın yenidən namizədliyini irəli sürməyəcəyini açıqlaması və Sosialistlərin  xalq rəylərindəki mənfi nəticələri ilə Cümhuriyyətçilər Partiyasının (keçmiş adı ilə Vahid Xalq Hərəkatı yaxud da UMP) və prezidenliyə namizədliyini irəli sürən Fransua Fillonun bu siyasi dinamikalara necə reaksiya göstərəcəyini gələcək günlərdə görəcəyik. Dəqiq görünən budur ki, eyni miqrant, qloballaşma, Türkiyə  və Müsəlman əleyhinə düşüncələr bu ölkədəki seçki kampaniyasının bir hissəsi olacaqdır. Fransanın “Brexit” modelini təqib edərək, Avropa İttifaqından imtina etməsi ehtimalı yoxdur. Ancaq uzun müddətdir davam edən inteqrasiya, İslamafobiya, radikallıq, işsizlik problemləri və Fransanın şəxsiyyət duyğusu və mənlik şüuru bu ölkədəki sosial və siyasi səhnədə öz hakimiyyətini davam etdirəcək.

Almaniyanın siyasəti gələcək il keçiriləcək parlament seçkilərində oxşar problemlərlə qarşı-qarşıya qalacak kimi görünür. Almaniyanın və Avropanın ən güclü lideri Angela Merkel qələbə qazanma ehtimalı yüksək olsa da miqrant əleyhinə siyasəti və Avropa iqtisadiyyatını güclü saxlamaq kimi artan problemlərlə qarşı-qarşıya qalacakdır. Ancaq Avropaya istiqamətli miqrant böhranını həll etmə barədəki güclü səylərinə və uğurlarına baxmayaraq, Merkel belə bələdiyyə seçkilərində bədəl ödəmək məcburiyyətində qalmışdır. Ciddi nəticələri olan siyasi popülizm və opportunizm mövzuları ilə həm öz ölkəsində həm də Avropada qarşılaşacaq.

Bundan əlavə “yox” səsi verənlərin qazandığı və İtaliya Baş naziri Matteo Renzinin istefası ilə nəticələnən İtaliyadakı referendum önəmli bir Avropa ölkəsi olan İtaliyadakı və daha geniş olaraq Avropadakı siyasi sabitsizliyi dərinləşdirmə potensiyalına sahibdir. İtaliya tez-tez dəyişən hökumətləri və sabitsiz partiya siyasətləri ( İkinci Dünya Müharibəsindən bəridir 64 dənə hökumət qurulub) ilə tanınsa da yeni bir hökumət böhranı həm bu ölkə üçün həm də Avropa üçün önəmli siyasi və iqtisadi nəticələr doğuracaqdır.

Avropadakı bu başa düşülməsi çətin olan siyasi vəziyyətin Türkiyə-Avropa İttifaqı üzərində təsirləri olması çox təbiidir. Türkiyənin terrora qarşı mübarizəsində sabitliyin və dəstəyin zəif olması, zəhərli rol oynayır və mövcud fərqlənmələri dərinləşdirir. Avropanın təhlükəsizliyi üçün kilid mövqeydə olan Türkiyənin təhlükəsizlik problemlərinə həqiqi mənada diqqət yetirilməməsi, dərin etimadsızlıq duyğusunu gücləndirir. Xeyli yavaş irəliləyən və ümumilikdə gecikdirilən üzvlük müzakirələri gələcəyə dair vəd vermir. Avropanın miqrant böhranı ilə təsirli və uyğun şəkildə mübarizə aparmaqdakı uğursuzluğu əlaqələri dərinləşdirməkdə davam edir. Məsuliyyətsiz siyasi xadimlərin Dövlət başçısı Ərdoğanı və Türkiyəni siyasi opportunizm adından özlərindən biri deyil başqa biri kimi qəbul etmələri də işi heç asanlaşdırmır.

Bu dalandan xilas olmağın yolu üstünlük verdiyimiz mövzuları düzgün şəkildə müəyyənləşdirmək və müştərək təhlükəsizlik və rifahımızın hər səviyyədə birgə cəhd aparmaqla əlaqəli olduğunu başa düşməkdən asılıdır. Artan qarşılıqlı asılılıq və ortaq çətinliklərin olduğu bir zamanda, iki tərəfi də gücləndirən mühit yaradıla bilər, qələbə qazanmayan tərəfi olmayan oyunlara baş əyməyi rədd edə bilərik. Avropa problemlərinə mövcud olan əsas siyasəti, radikal sağcı millətçilik və irqçiliklə bağlı zorakılıqlara qurban verməyərək, əsas siyasətindəki təməl dəyərlərini yenidən mənimsəyərək həll yolu tapa bilər.

Türkiyə ilə əlaqələrdə yeni səhifə açmaq bu prosesdə çox sərfəli ola bilər. Türkiyə ilə davam edən Şengen viza rejiminin ləğvi prosesini həll yoluna qoymaq yeni bir tərəfdaşlıq mühiti yaradacaqdır. Bu, əsasən Türkiyə vətəndaşlarına əvvəlcədən verilməsi vacib olan bir haqdır. Avropa İttifaqı üçün digər önəmli məsələ isə, qaçqınlarla əlaqəli verdiyi vədləri yerinə yetirməsi və Türkiyənin məsuliyyətini bölüşməsidir. Son söz kimi Türkiyənin 15 iyul çevriliş cəhdindən əvvəl və daha sonrakı dövrdə təhlükəsizlik problemlərini başa düşmək, Avropadakı mövcud düşməncə siyasət mühitini dəyişməyə kömək edəcəkdir. Siyasi populizm uğruna Türkiyəyə istiqamətli düşmənçilik Türkiyədən daha çox Avropaya zərər verir.



Әlaqәli Xәbәrlәr