Türkiyǝnin Mǝdǝniyyǝt Xǝzinǝlǝri 42/2016

‘‘Türkiyənin Mədəniyyət Xəzinələri’’ verilişindә bu həftə sizə Afrodisyas antik şәhәrini tanıdacağı

605187
Türkiyǝnin Mǝdǝniyyǝt Xǝzinǝlǝri 42/2016

       

‘‘Türkiyənin Mədəniyyət Xəzinələri’’ verilişindә bu həftə sizə Afrodisyas antik şәhәrini tanıdacağıq.  Antik şәhәr Türkiyәnin Ege  bölgәsinin Aydın şәhәrinin Geyre kәndindә yerlәşir.  

Antik şәhәr  Afroditaya yәni  yunan mifologiyasına görә  gözəllik ilahəsinә həsr edilib.

Antik şәhәr  Helenistik və Roma dövründə böyük әhәmiyyәt qazanıb. Xüsusilə heykəltəraşlıq sənətində çox uğurlu olan şəhər dünyanın dörd bir tәrәfinә  heykəltaraşlar və heykəllər göndərirdi. Roma İmperatoru Augustus şәhәr üçün "Asiyada bu şəhəri özüm üçün seçdim" – sözlәrini deyib.

Karya bölgәsinin paytaxtı  mövqeyində olan şəhər bir-birindən maraqlı abidələri,sütunlu Aqorası, Tetrapilon yәni dördlü qapı adlanan monumental qapısı vә  stadionu ilә diqqәtlәri cәlb edirdi. Şəhər Afrodita məbədi və ona həsr edilmiş təntənəli mərasimlərlə tanınır.

Antik şәhәr tәsadüf nәticәsindә kәşf edilib. Türkiyәnin әn mәşhur fotoqraflarindan  hesab edilәn Ara Gülәr  günlәrin bir günü şәkil çәkmәk üçün bölgәyә gәlir. Geyre kәndindәki tikililәrdәki antik daşlar vә sütunlar fotoqrafın diqqәtini çәkir.

 

Bunları  hardan gətirildiklәrini soruşanda kәndlilәr  ona hәmin antik şәhәrin yerini göstәrirlәr.

 Ara Gülәr  dərhal әrazinin şәkillәrini  çәkәrәk hәmkarı ilә bölüşür.

Belәliklә şәhәr  1959-cu ildә  başladılan  arxeoloji tәdqiqatlar nәticәsindә  ışıq üzünә çıxarılır.

Şəhərin ən mühüm tarixi əsəri  Afrodita məbədidir.

İnşası  E.Ә. 1-ci yüzüldә başlayan mәbәd  Anadoluya mәxsus  İonik  tərzi sütun formasında hazırlanıb.

Antik şәhәrin  inşası  E.Ә. 130-cu ildә Roma İmperatoru Hadrianın göstәrişi ilә  müqəddəs sahəni əhatə edən divarları tikilәrәk  tamamlanıb. Məbədin  yalnız keşişlərin girdiyi müqəddəs hissәsindә  Afroditanın böyük  heykəli var idi. Məbəd 5-ci yüzilllәrdә xristianlığın təsiri ilə kilsəyə çevirilib vә  o dövrlәrdә  tikiliyә ciddi ziyan dәyib.

Afrodisyas heykəl sənəti vә üslubu  baxımından  böyük əhəmiyyətə malikdir.

Tarix boyu mühüm heykəltəraşların vətəni olan bu torpaqlar günümüzdə də müxtəlif  heykəltәraşlıq  simpoziumları və tәdbirlәrә ev sahibliyi edir.

Afrodisyas antik şəhərində Amirakalı, İngiltәrәli və Türk arxeoloqların hәyata keçirdiklәri arxeoloji tәdqiqatları  nәticәsindә aşkar edilәn әsәrlәr günümüzdә   Afrodisyas muzeyində sergilenir.

Antik şәhәr 1979-cu ildә YUNESKO-nun mәdәni irslәri siyahısına daxil edilib.

Çox sayda tarixi abidәyә ev sahibliyi edәn Afrodisyas  öz ziyarәtçilәrinin yolunu gözlәyir.


Etiketlәr: #AFRODİSYAS

Әlaqәli Xәbәrlәr