“Brüsselin bir problemi var”, İ.Kalın

İbrahim Kalın Avropa İttifaqının DY) 15 iyuldakı çevriliş cəhdindən sonra Türkiyəyə qarşı ortaya qoyduğu mövqeyin İttifaqa üzvlük prosesinə dəstək olan Türk vətəndaşlarının belə ümidlərini puça çıxardığını bildirib.

554901
“Brüsselin bir problemi var”, İ.Kalın

Dövlət başçısının sözcüsü İbrahim Kalın Avropa İttifaqının Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdindən sonra Türkiyəyə qarşı ortaya qoyduğu mövqeyin İttifaqa üzvlük prosesinə dəstək olan Türk vətəndaşlarının belə ümidlərini puça çıxardığını bildirib.

İbrahim Kalın mərkəzi qərargahı Brüsseldə yerləşən “Politico” media quruluşu üçün yazdığı “Brüsselin bir problemi var” başlıqlı məqaləsində Avropa İttifaqının 15 iyul qanlı çevriliş cəhdindən sonra nümayiş etdirdiyi mövqeyi sərt şəkildə tənqid edib.

İbrahim Kalın məqaləsində Türkiyədə yaşanan uğursuz çevriliş cəhdinin sadəcə Türk xalqı üçün deyil Türkiyə-Avropa İttifaqı əlaqələri baxımından da dönüş nöqtəsi olduğunu vurğulayıb.

Kalın məqaləsində qeyd edib ki, Avropa İttifaqı özünü demokratiya, insan haqqları və hüququn üstünlüğünün sahibi kimi göstərir, amma hər hansı namizəd ölkədə demokratiyaya qarşı yaşanan ən böyük hücuma zəif reaksiya göstərərək xəyal qırıqlığı yaşatdılar. Çevriliş cəhdini 1980-ci illərdən bəridir qurumlara sistemli şəkildə sızan Fətullah Gülənin tərəfdarlarının planlaşdırdığı və həyata keçirdiyinə dair güclü dəlillər əldə edilmişdir. Dindar və yaxud da dini olmayan, mühafizəkar yaxud liberal olsun Türk xalqının əksəriyyəti FETÖ/PDY üzvlərinin çevriliş cəhdinin arxasında olduğunu, Pensilvanyada yaşayan bu terror təşkilatının quldurbaşı Gülənin Türkiyəyə qaytarılaraq məhkəmə qarşısında hesab verməsinin vacibliyini düşünür.

Türkiyənin hər zaman olduğundan daha güclü və birlik-bərabərlik içində olduğunu bildirən Kalın məqaləsində “Təəssüf ki, Brüssel bu birlik-bərabərlik ruhunu hədəfdən yayındırmış kimi görünür. Türkiyə indiyədək PKK və DAEŞ olmaqla iki böyük terror təşkilatı ilə mübarizə aparırdı. 15 iyul çevriliş cəhdindən sonra üçüncü bir terror təşkilatı ilə qarşı-qarşıya olduğumuz açıq-aşkar ortaya çıxdı. Türkiyədən bu mübarizəni tək başına aparmasını gözləmək nə həqiqətlərlə üst-üstə düşər nə də əxlaq baxımından düzgündür. Avropalı və amerikalı müttəfiqlərimiz bizə cavib olan dəstəyi göstərməlidir.” -deyə yazıb.



Әlaqәli Xәbәrlәr