Urmiyada Səlcuq dövründən – 12-ci əsrdən yadigar qalan Ücgünbəz türbəsi

Azərbaycan ərazisinin Atabəy Eldənizləri və Şirvanşahlar dövləti hüdudunda cəmlənməsi 12-ci əsrdə Azərbaycan memarlığının yüksəlişi dövrünü müəyyənləşdirir

541923
Urmiyada Səlcuq dövründən – 12-ci əsrdən yadigar qalan Ücgünbəz türbəsi

Müəllif Sevda Mirzə

  İranda Güney Azərbaycanın qədim Urmiya şəhərində tarixi özündə yaşadan, unudulmaya qoymayan çox türk abidələri var. Biri də Səlcuq dövründən – 12-ci əsrdən qalan Ücgünbəz türbəsidir.

  8-ci əsrdən etibarən Azərbaycanda İslamın yayılması və dini dünyagörüşlərinin dəyişməsi nəticəsində yeni tikililər – məscidlər, türbələr, minarələr və karvansaralar meydana gəlir.

  9-cu əsrin sonundan Azərbaycanda ərəb xilafəti zəifləməyə və yerli dövlətçilik ənənələri bərpa olunmağa başlayır. Bu proses 10-cu əsrdə güclənir və ölkənin ərazisində qüdrətli dövlətlərin yaranmasıyla başa çatır.

  Türk-Oğuz tayfaları birliyinin başçısı Səlcuqun rəhbərliyilə Yaxın Şərqdə ən qüdrətli imperiya olan Səlcuqlar dövləti yaranır (1038-1157) ki, tutduğu ölkələr hesabına Türküstandan Aralıq dənizinə, Qafqazdan Fars körfəzinədək geniş bir ərazini əhatə edir. Yəni Orta Asiya, İraq, İran, Qafqaz, Suriya, Kiçik Asiya və Ərəbistan yarımadasıSəlcuqlar imperiyasının tərkibinə daxil olur.

  Dövlətin ilk sultanı və banisi Toğrul (1038-63), sonra Alp Aslan (1063-72), Məlik şah (1072-92) və Sultan Mahmud zamanı Səlcuqlar dövləti çiçəklənirsə də, Börküyarığın dövründə hakimiyyət tənəzzülə uğrayır. Səlcuqlar dövləti Börküyarıq və qardaşı sultan Məhəmməd (1105-1118) arasında rəsmən bölüşdürülür. Bu hadisə 12-ci əsrin əvvəllərində baş verir. Sonuncu sultan Səncər zamanı (1118-57) isə Səlcuqlar dövlətinin bütövlüyü pozulur, parçalanır və zaman-zaman ərazidə Kirman, Konya, Suriya, İraq-Səlcuq sultanlıqları, Azərbaycan Atabəyləri olan Eldənizlər dövlətiKiçik Asiyada bir sıra əmirliklər yaranır.

  Azərbaycan ərazisinin Atabəy Eldənizləri və Şirvanşahlar dövləti hüdudunda cəmlənməsi 12-ci əsrdə Azərbaycan memarlığının yüksəlişi dövrünü müəyyənləşdirir. Bu dövrdə abidələrin baştağ kompozisiyaları daha qabarıq xüsusiyyətlər almağa başlayır.

  Qonşu ölkələrin də bədii mədəniyyətilə qarşılıqlı əlaqədə olan Azərbaycan memarlığı çətin yaradıcılıq axtarışları yolu keçir. Baştağların əsas tip-taxça, üz, haşiyə, həcm-məkanlı, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilmiş və darvaza kimi müxtəlif növləri əmələ gəlir.

  Monqollardan əvvəl – türk-oğuz tayfa birliyi olan Səlcuqlar dövründə tikilmiş binaların salamat qalmış baştağlarının ölçüləri böyük deyil. Bişmiş kərpicin üstünlükləri tikililərin əsrlər boyu salamat qalmasına imkan verib. Öz növbəsində kərpic yonulur, kəsilir, cilalanır və beləliklə, incə işıq və kölgə keçidləri yaradılır. Gəc üzərində iş bu zaman cüzi rol oynayır. Bişmiş kərpicin rəng, faktura və plastik keyfiyyətlərinin aşkara çıxarılması, onlardan məharətlə istifadə olunması, dolğunluq, gəc üzərində oyma, bəzəkli üslub vəhdəti təşkil edən kufi xətti, kaşıdan istifadə etməyə cəhdlər bu dövr tikililərinin baştağlarının əsas əlamətlərindən sayılır.       

  Abidələrin eyvan baştağlar tipi fasad tərəfdən batıq-taxça formasında olaraq sonralar qapı açırımlarının haşiyələrini tətbiq edilməsi yolu ilə mükəmməlləşib. Eyvan baştağların taxça-günbəz hissəsi, çox güman ki, mehrablardan götürülüb. Bu cür tikiliyə 12-14-cü əsrlərdə geniş yayılmış qülləli türbələrin baştağları aiddir ki, onlar yerdən 2 metr hündürdə olmasıyla səciyyələnir. Yəni sərdabəyə sivri giriş qapısı ilə baştağın giriş açırımı eyni ox üzərində olur. Buna misal olan Marağadakı Müdəvvər bürc, yəni Dairəvi türbə (1167)Urmiyadakı Se-günbəd, yəni Üçgünbəz (1184) məqbərələridir. 17 il fərqlə tikilmiş bu abidələr memarlıq axtarışlarının yeni mərhələsini açır və sonrakı dövrlərdə baştağların inkişafına güclü təkan verir.  

  Urmiya şəhərinin mərkəzində qərar tutan Üçgünbəz türbəziAtabəy Şəmsəddin Eldənizin oğlu Osman Müzəfərəddinin (...- 1191) əmrilə 1184-cü ildə (h.q.580) memar Əbu Mənsur Musa oğlu tərəfindən tikilib. Türbə sərdabə və şivəngah adlanan 2 hissədən ibarətdir. Hər iksinin ayrıca giriş qapıları var. Bayır tərəfdən girdə, içərisi isə dördbücaqlıdır. Abidənin şimal hissəsində qərar tutan baştağın üzərindəlki kitabələrin yazılışı zamanı xırda daşlardan da istifadə olunub.

  Urmiyadakı Üçgünbəz abidəsində iri ölçülü baştağ türbənin halqavari gövdəsindən irəli çıxır. Onun kürsülüyü daş lövhələrlə üzlənib. Bu türbə diqqəti onunla cəlb edir ki, memar dairəvi quruluşlu baştağının ölçülərini xeyli artırır, bu halda tikilinin üzlləvari olması zəifləyir və kompozisiyadaəsas yeri baştağ tutur.  

  Tağ altında taxçanın fəzalılığı üz sıralı, sadə və iri miqyaslı stalaktit sisteminin olmasıyla şərtlənir. (Arxivolt isə kapitellərlə, hündür və yumru gövdəli sütunlara söykənir.) Açırım və tağın qovşağı üzərində ənənəvi epiqrafik kitabə kiril əlifbasının P, yəni П şəkilli haşiyələrin birində yerləşir.

  Monqollardan əvvəl tikilmiş Yusif ibn Küseyir kimi Üçgünbəz türbəsinin baştağında da kaşıdan istifadə olunmayıb. Qədimdən tökülə-tökülə gələn abidənin içərisində bu günə qədər çox az naxışlar qalıb. Giriş qapı hissəindən başqa digər 3 divarın hər birində bir əl, yəni ələm işarəsi var. Döşəmədə olan daşların üstünə isə ara-sıra ərəb əlifbasıyla təmiz türk kəlməsi olan Yaşar sözü basılıb.  

   800 ildən yaşı olan Üçgünbəz türbəsi, deyilənlərə görə, həm də ağır ocaq klimi çarəsiz insanların pənah yeri sayılıb. Südü olmayan və ya uşaqları ağır xəstə olan analar nəzir deyər, buğdanı bişirib gətirər, dövrəsində dolanaraq qoyun səsi çıxara-çıxara buğdanı yeyərlərmiş ki, ürəklərində tutduqları istək hasil olsun. Elin inancına görə, indi də bu niyyətlə Üçgünbəzə gələn olur.

  Biz isə bir seyrçi kimi gəldik, tarixi abidə kimi qiymətləndirdik Urmiyanın Üçgünbəz məqbərəsini. Xəzərin bir qardaşı olan, coğrafi baxımdan böyük göl olub dəniz adlanan Cənubi Azərbaycanın Urmiya dənizi sahilində yerləşən, 12-ci əsrdən, Səlcuq dövründən yadigar qalan Üçgünbəz türbəsindən, onun memarlıq quruluşundan danışdıq.

  Əslində, bunları oxumaqdan,  dinləməkdən daha çox seyr etmək, görmək daha çox xoş təsir bağışlayır adama. Şəxsən mən, bəndəniz Sevda Mirzə o tarixi abidələri seyr etdikcə, zamanını, hökmdarını, memarının milliyyətini də biləndə, özümü həmin dövrdə hiss edirəm, neçə yüz ilə əvvələ gedirəm sanki. Həqiqətən o qədər maraqlıdır ki, qədim dediyimiz o dövrdə elmin, riyaziyyatın sənətlə birləşən kamilliyini görmək. Təbii ki, hər gözəl işin arxasında da o ruhu daşıyan insan görünür gözlərimə. Sənin, mənim kimi insan. İnsan dəyərlidir, əgər bunu anlasaq.    

 

“Körpü” verilişi (26-cı), mövzu: Üçgünbəz abidəsi (Urmiya), yayınlanma tarixi: 02.07.2016. 

  “Körpü” hər həftənin şənbə günü TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRT/Azerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, sevda.mirze@trt.net.tr e-mail adresinə də yaza bilərsiniz.

 


Etiketlәr: #Urmiyada Səlcuq dövründən – 12-ci əsrdən yadigar qalan Ücgünbəz türbəsi , #Azərbaycan ərazisinin Atabəy Eldənizləri və Şirvanşahlar dövləti hüdudunda cəmlənməsi 12-ci əsr , #12-ci əsrdə Azərbaycan memarlığının yüksəlişi dövrü , #İranda Güney Azərbaycanın qədim Urmiya şəhərində tarix , #Müəllif Sevda Mirzə , #9-cu əsrin sonundan Azərbaycanda ərəb xilafəti , #yerli dövlətçilik ənənələri , #qüdrətli dövlətlərin yaranması , #Türk-Oğuz tayfaları birliyinin başçısı Səlcuq , #Yaxın Şərqdə ən qüdrətli imperiya olan Səlcuqlar dövləti , #Orta Asiya , # İraq , # İran , # Qafqaz , # Suriya , # Kiçik Asiya və Ərəbistan yarımadası Səlcuqlar , #Dövlətin ilk sultanı və banisi Toğrul , #Alp Aslan , #Məlik şah , #Sultan Mahmud , #Börküyarıq və qardaşı sultan Məhəmməd , #sultan Səncər , #Kirman , # Konya , # Suriya , # İraq-Səlcuq sultanlıqları , #Azərbaycan ərazisinin Atabəy Eldənizləri və Şirvanşahlar dövləti , #abidələrin baştağ kompozisiyaları , #Baştağların əsas tip-taxça , # üz , # haşiyə , # həcm-məkanlı , # ayrıca dayanan , # eyvan , # balaxana ilə birləşdirilmiş və darvaza kimi müxtəlif növləri , #Monqollardan əvvəl – türk-oğuz tayfa birliyi olan Səlcuqlar , #Səlcuqlar dövründə tikilmiş binalar , #Bişmiş kərpicin üstünlükləri , #Gəc üzərində iş , #Abidələrin eyvan baştağlar tipi , #sivri giriş qapısı , #Marağadakı Müdəvvər bürc , # yəni Dairəvi türbə (1167) , #Urmiyadakı Se-günbəd , # yəni Üçgünbəz (1184) məqbərə , #memarlıq axtarışlarının yeni mərhələsi , #Üçgünbəz türbəzi Atabəy Şəmsəddin Eldənizin oğlu Osman Müzəfərəddin , #memar Əbu Mənsur Musa oğlu , #Yusif ibn Küseyir

Әlaqәli Xәbәrlәr