Sümela monastrı

‘‘Türkiyәnin mәdәniyyәt xәzinәlәri’’ verilişindә bu hәftә sizә Türkiyәnin önәmli turizm mәrkәzlәrindәn olan Trabzon vә Sümela monastrını daha yaxından tanıdacağıq.

520960
Sümela monastrı

Trabzon Anadolunun şimal-şәrqindә, Qaradәniz sahillәrindә yerlәşәn möhtәşәm şәhәrdir. Şәhәrin E.Ә. 600-cü illәrdә Koloniya şәhәri olaraq qurulduğu güman edilir. Şәhәr özünәmәxsus mәdәniyyәt xüsusiyyәtlәri ilә diqqәti cәlb edir. Trabzon eyni zamanda Türkiyәnin әn çox istehlak edilәn ‘‘hamsi” balıqlarının ana vәtәni hesab olunur.

Trabzon Anadoluda Türklәr tәrәfindәn fәth edilәn әn son şәhәrdir. Şәhәr 1461-ci ildә Fatih Sultan Mehmet tәrәfindәn fәth edilib. Trabzonda yerlәşәn әn önәmli tarixi әsәrlәrdәn biri günümüzdә muzey olaraq istifadә edilәn Trabzon Aya Sofyasıdır. Trabzon Aya Sofyası Bizansın paytaxtı İstanbulun 1204-cü ildә Latınlar tәrәfindәn fәth edilmәsi nәticәsindә bura qaçan 1-ci Manuelin göstәrişi ilә inşa edilib. Fatih Sultan Mehmedin fəthindən dәrhal sonra Trabzon Aya Sofyasının kilsә olaraq istifadә olunmasına icazә verilib vә Sümelaya müxtәlif hәdiyyәlәr bağışlanıb. Burda şahzadә olduğu dövrdә valilik edәn Yavuz Sultan Səlim dә bu әnәnәni davam etdirib. 1584-cü ildә monastr Sultan fәrmanı ilә mәscidә çevrilib. Sümela monastrı müasir dövrümüzdə muzey olaraq istifadә edilir.

Trabzonun әn çox turisti cәlb edәn məkanlarının önündə Sümelada olan Mәryәm ana monastrı gәlir. Mәryәm ana Hz. İsanin anası olduğuna görә hәm xristianlar, hәm dә müsәlmanlar üçün müqәddәsdir. Ortodoks xristianlar üçün müqәddәs mәkәnlardan qәbuledilәn bu monastr Trabzona çox yaxın mәsafәdә yerlәşir.

Sümela  Maçka rayonunda Ziqana dağının yamacındadır. Monastr dәniz sәviyyәsindәn 1200 metr yüksәklikdә yerlәşir. Monastrın әtrafı yamyaşıl ağaçlarla əhatə olunub. Monastr yüksәk qayalığın ortasında bütün cazibəsi ilә ziyarәtçilәri heyran edir. Dinlәrin hamısında dağ vә din birbiri ilә әlaqәlidir. Hz. Musaya 10 әmr Sina dağının zirvәsindә verilib. Hz. İsa dağda metomarfozaya mәruz qalıb. Hz. Mәhәmmәdә Qurani-Kәrimin ilk ‘‘Oxu’’ әmri dağda çatıb. Yüksәk dağlarda Allah tәalaya daha yaxın olunduğu fikri geniş yayılıb. Yunanıstanlı iki keşiş bir gecә yuxularında Mәryәm ana vә İsa peyğәmbәrin şәkilini görür vә bu rәsmin Trabzonda olduğu fikri ilә bura gәlirlәr. Bir-birindәn xәbәrsiz bu iki keşiş Sümelada qarşılaşırlar vә gördüklәri yuxunu bir biri ilә bölüşürlәr. Hәmin keşişlәr burda ilk kilsәni inşa edirlәr.

Bizans İmperatoru Yustiniyanın onların inşa etdiyi kilsәyә böyük töhvәlәri olur vә kilsәnin monastra çevrilmәsinә yardım edir.

Monastrın görünüşü Trabzon İmperatoru 3-cü Aleksios zamanında 1349-1390 –cı illәrdә dәyişir.

Mağara içәrisindә yerlәşәn kilsәdә tәlәbәlәrin vә din xadimlәrinin tәhsil aldıqları vә yaşadıqları bölmәlәr mövcuddur. Monastra aid kilsәlәrin divarları freskalarla İncildә olan müxtәlif mövzülarla bәzәdilib.

Zәrәr görәn freskalar müxtәlif sәylәrlә bәrpa edilmәyә çalışılır. Monastrdan aşağıya doğru baxdıqda sizi möhtәşәm mәnzәrә qarşılayır. Sümela 1923-cü ildә mübadilә müqavilәsinәdәk monastr olaraq istifadә edilib. Bu tarixlәrdә xristian әhalisinin Yunanıstana köçmәsi ilә Sümela istifadә edilmir. Daha sonra monastr muzeyә çevrilir.

Sümela monastrını hәr il hәm ölkә daxilindәn, hәm dә xaricindәn yüzlәrlә turist ziyarәt edir.



Әlaqәli Xәbәrlәr