Qafqazda və Orta Asiyada Novruz

Azərbaycanda səməni Novruzun simvoludur, Qazaxıstanda Novruz aşı, Qırğızıstanda keza var

516854
Qafqazda və Orta Asiyada Novruz

Müsahibə: qonaqlar

1) Müsahibənin 1-ci hissəsi: Murad Toylu (Türkmənistan),

2) Müsahibənin 2-ci hissəsi: Nərgiz Osman (Özbəkistan),

3) Müsahibənin 3-cü hissəsi: Fatma Əliyeva (Azərbaycan).

  Müəllif Sevda Mirzə: Biz Novruzla bağlı proqram edib Qafqazda və Orta Asiyada Novruz necə keçirlir, ona həsr etmişik. Çünki Azərbaycanda bu günlərdə onsuz da Novruz haqqında kifayət qədər danışılır. Və hər kəs görür Azərbaycanda Novruz necə keçirlir?

  Qədim zamanlardan başlayaraq Novruz Azərbaycan, İran, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Hətta martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

  Proqramımızın qonaqları var. Öncə onu deyim ki, “Türkiyənin səsi” radiosunda 37 dildə radio yayımları olur, eyni zamanda, 41 dildə Web saytlarımız var ki, türkcə olan materiallar, xəbərlər, proqramlar tərcümə edilərək bu saytlarda yerləşdirilir, dünyaya yayılır. “Türkiyənin səsi” radiosunu, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının kiçik formasına da bənzətmək olar.

  Bir az öncə də söylədiyimiz kimi, Novruz, Azərbaycandan başqa,Azərbaycan, İran, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda da keçirilir. Və bu gün bu ölkələrin bir neçəsindən qonaqlarımız var. Həmin qonaqlarımız “Türkiyənin səsi” radiosunda dövlətlərin, millətlərin adı ilə bağlı olan ayrı-ayrı redaksiyalarda, şöbələrdə çalışırlar. Mən indi bir-bir onları təqdim edirəm.

Müsahibənin 1-ci hissəsi: Murad Toylu

Müəllif Sevda Mirzə: İlk qonağımız “Türkiyənin səsi” radiosu Türkmən şöbəsinin rəhbəri Murad Toyludur. Murat bəy, xoş gəldiniz. Türkməistanda Novruz necə keçirilir, nə vaxtdan keçirilir? Bu barədə istəyərdim danışasınız.

Müsahib Murad Toylu: Əvvəlcə təşəkkür edirəm. Dəyərli dinləyənləri də salamlayıram qəlbən və Novruz bayramınız mübarək olsun demək istəyirəm. Türkmənistanda Novruz Sovet İttifaqının dağılmasından sonra rəsmi elan edildi, Novruz günü dövlət səviyyəsində, ölkə miqyasında böyük tədbirlərlə, büyük şənliklərlə qeyd edilməyə başladı. Artık son 5 ildir Türkmənistanın paytaxtı Aşqabaddan 20 km. yaxınlığında yerləşən Ahal yaylasında beynəlxalq səviyyədə tədbir keçirilir. Xüsusən qardaş türk cümhuriyyətləri başda olmaqla bütün ölkələrdən folklor qrupları, xalq rəsqləri ansamblları və s. gəlir.

  Uşağlığımdan xatırlayıram: Novruz gələndə öncə təmizlik işləri görülərdi, sonra yaş buğdadan şirniyyat bişirilərdi. Bunun nümunələrini digər qardaş xalqlarda da görmək mümkündür, fərqli  formalarda. Azərbaycanda səməni Novruzun simvoludur, Qazaxıstanda Novruz aşı, Qırğızıstanda keza var.

  Novruzun tarixi bir bayram olduğunu və bunun qeyd edildiyini biz klassik türkmən ədəbiyyatında da görürük. Məsələn, türkmən və ya Türkmənistan deyincə ilk ağıla gələn adlardan biri Mahdumqulu, 18-ci əsrdə yaşamış şairimizdir. O “Renk kılar cihan peyda” adlı şeirində deyir: “Gelse Nevruz aleme, renk kılar cihan peyda”. Yəni  Novruz gələndə dünya, cahan rəngarəng olur. “Ebriler avaz urup, dağ kılar, duman peyda”. Yəni havalar isinməyə başlayınca təbiət canlanır, oyanır, duman peyda olur. Yaxud “Bi-canlar cana gelip, açarlar dehan peyda”, yəni cansızlar cana gəlir, həyat başlayır.

  Ya da Şeydayi adlı bir şairimiz var, deyir “Bağı bostandır bu gün”: Gelin Nevruz, cümle-yi elem gülüstandır bu gün.

Gül açıldı, andalıbıb işi afgandır bu gün.

Kılgalı zövkı-tomaşalar dağı kendir bu gün.

Ol hususan aşıkı-magşuka dövrandır bu gün.

  Yəni aşiqlə məşuq üçün dövrandır bu gün. Novruz o qədər önəmlidir ki, bu zaman sevgi yaranır, eşq, məhəbbət, xoşbəxtlik günləri olur.

Qayıbı adlı da bir şairimiz var, ondan misal çəkim:

Çünki Novruz oldı alem, gülgüzar oldu yene,

Gunçadan güller açıldı, mergzar oldu yene.

Çıkdı yerden renbe-ren her zebzeler kim baridi.

Hoş müzeyyen oldu alem, lalezar oldu yene.

Bu misallar Novruzun tarixi köklərini bizə açıqca göstərir.

Müəllif Sevda Mirzə: Murad bəy, klassik Türkmən ədəbiyyatından, şeirlərdən beytlər söylədiniz. Türkmən dilində idi, elə deyilmi?

Müsahib Murad Toylu: Bəli, türkmən dilində idi.

Müəllif Sevda Mirzə: Bunun ona görə vurğulanmasını istəyirəm ki, siz türkmən dilində oxudunuz, amma elə bil biz Azərbaycan klassik ədəbiyyatından şeirlər dinləmiş olduq. 18-19-cu əsrlər ədəbiyyatından misallar çəkdiniz. O zaman dillərimiz eyni imiş: Orta Asiyada danışılan dillə Azərbaycan dili.

Müsahib Murad Toylu: Eyni, dil olaraq da, kök olaraq da. Danışığımızda ləhcə, şivə, bölgə fərqi ola bilər, ama yazılı ədəbiyyatımıza bakdığımızda, 17, 18, 19, hətta 20-ci əsrin əvvəllərinə qədər bir dil birliyinin olduğunu görə bilirik açıq-aşkar. Bizim dilimiz bir neçə dənə deyil. Bir dilimiz var, o da türk dilidir.

Müəllif Sevda Mirzə: Doğrudur, Murad bəy, mən sizə təşəkkür edirəm. Dinləyicilərimizin nəzərinə çatdırım ki, Türkmənistanda Novruzla bağlı “Türkiyənin səsi” radiosunun Türkmən şöbəsinin rəhbəri Murat Toylu idi danışan. 

Müsahib Murad Toylu: Çox təşəkkür edirəm. Mən də Azərbaycan xalqını gözəl bayramla bağlı ürəkdən təbrik edirəm. Bu bayram sizə sağlık, bəxtiyarlıq gətirsin, birliyimizə, bərabərliyimizə vəsilə olsun.

 

Müsahibənin 2-ci hissəsi: Nərgiz Osman

Müəllif Sevda Mirzə: Əziz dinləyicilər, indi isə biz Özbəkistana doğru gedirik, Türkmənistanın qonşusu Özbəkistana. Yenə də “Türkiyənin səsi” radiosunun əməkdaşıdır bizim qonağımız. “Türkiyənin səsi” radiosu Özbək şöbəsinin əməkdaşı Nərgiz Osman. Nərgiz xanım, xoş gördük. Sizi “Türkiyənin səsi” radiosu vasitəsilə həm Türkiyə dinləyiciləri, həm də Azərbaycanlılar İctimai radiodan eşidir. Özbəkistanda Novruz necə keçirilir.

Müsahib Nərgiz Osman: Çox böyük mərasimlər şəklində keçirilir orada da. Uşaqlığımdan gördüyüm budur ki, Türkiyədə dini bayramlar necə qeyd edilirsə, bizdə Novruz o şəkildə keçirilir. Əvvəlcədən hazırlıqlar görülür. Bir neçə gün icazə verilir hər kəsə. Ağaclar boyanır. Sümelek Orta Asiyada çox yayğındır. Ondan başqa hali var, ətdən və buğdadan ibarət bir yeməkdir. Novruz günü hər kəsə paylanılır. Ümumiyyətlə, məhəllələrdə hazırlanır. İnsanlar o günü bir il boyu o qədər  səbirsizliklə gözləyirlər ki, Novruz gəlincə yenidən dünyaya gəlmiş, yenidən doğulmuş kimi olurlar. O qədər həyəcanlı, coşqulu qeyd edilir yəni. Dövlətimizdə rəsmi mərasımlər keçirilir. Səmərqəndin  İslam meydanında, Daşkəndin böyük meydanında, bir sözlə, hər yerde tantanali şəkildə qeyd edilir.

Müəllif Sevda Mirzə: Nərgiz, mənim bildiyimə görə, keçmiş sovet ölkələrində Novruzun ən yüksək şəkildə keçirildiyi ölkələrdən biri Azərbaycan, digəri Özbəkistandır.

Müsahib Nərgiz Osman: Elədir. Toplumumuz adət-ənənələrə həddindən artıq bağlı olduğu üçün sovetlər dövründə belə çox modernləşmədi əslində. İndi də ənənəli həyatlarını davam etdirirlər. Novruz da eyni şəkildə davam edir, dəyişən bir şey yoxdur.  

Müəllif Sevda Mirzə: Novruzda Azərbaycanda səməni göyərdilməsi var, yumurta döyüşdürülməsi var, bayram günlərində evə uşaqlar tərəfindən papaq atmaq, hədiyyə almaq var, qulaq falına çıxmaq var, tonqaldan tullanmaq var. Bunlar sizdə də varmı?

Müsahib Nərgiz Osman: Türkiyədə çiğdem deyilən (Azərbaycanda süsən adlanan) çiçəklərlə uşaqlar qapı-qapı gəzir, baharın gəldiyini xəbər verirlər. Bu əslində Novruzdan bir neçə gün əvvəl başlanır. Xərclik toplayırlar. Novruz günü də toplanan pulları hər kəs bir yerdə xərcləmək istəyir. Ümumiyyətlə, Novruz günlərində uşaqlara təzə patlar alır, hər zaman xərclik verir, evləri təmizləyirlər. Həmin günlərdə mütləq qonaq gedərlər. Xüsusən, Novruzdan bir gün əvvəl məzarlıqlara gedər, ziyaret edər, böyüklərinə baş çəkərlər. Bunlara çox əhəmiyyət verirər. Yəni Özbekistanda da eynidir bunlar. (Özbekce deyir) Nevruzla alakalı Özbekçe bir şiir sizge takdim etmekçin men. Marhamat.

Özlem’den  sana  yapay güldeste

Yüreğim  sana güldeste misali

Uzaklardan seslenir sana

Nevruz bayramı mübarek olsun

O önce yüreğinde canlanır yavaş

Sonra tomurcuğa kelam öğretir

Bahar  geldi diye ana yer uyanır.

Müəllif Sevda Mirzə: Əziz dinləyicilər, “Türkiyənin səsi” radiosu Özbək şöbəsinin əməkdaşı Nərgiz Osmandan Özbəkistandakı Novruz adət-ənənələri haqqında qısaca da olsa, dinlədiniz.

 

Müsahibənin 3-cü hissəsi: Fatma Əliyeva

Müəllif Sevda Mirzə: Bildiyiniz kimi, Gürcüstanın Borçalı mahalı, Azərbaycanlıların, qarapapaqların qədimdən yaşadığı yerdir. Borçalının yaxınlığında Qaraçöp adlı bir mahal var. Oralı əməkdaşımız var. Gürcüstan azərbaycanlıları Novruzu necə keçirir, bu barədə həmin xanımdan müsahibə alırıq. “Türkiyənin səsi” radiosunda 20 ildir çalışan, Gürcü şöbəsinin əməkdaşı, gürcü dili üzrə filologiya elmləri namizədi Fatma xanım Əliyeva. Fatma xanım, xoş gördük sizi.

Müsahib Fatma Əliyeva: Xoş gördük. Öncə mən bu gözəl bayram münasibətilə bütün türk xalqını təbrik edirəm. Türk xalqının ən gözəl, ən sevilən bayramlarından biridir Novruz. Hər yerdə olduğu kimi, bizim Qaraçöpdə də səbirsizliklə gözlənilən bir bayramdır. Baharın gəlişi təbiətin oyanması demədkri. Qaraçöpdə, baxmayaraq ki, illər boyu başqa millətin içərisində yaşamışıq, amma adət-ənənlərimizi çox gözəl şəkildə qoruyub-saxlamışıq. Novruz bayramı gəlməzdən bir ay qabaqdan böyük hazırlıqlar gedir: qapı-baca, evlər gözəl-gözəl təmizlənir, süfrə üçün nə lazımsa alınır, bişirilir, səməni yetişdirilir. Bunların hamısına böyük bir sevinclə hazırlıqlar gedir. Oğluna qız almaq istəyənlər də qabaqcadan hazırlıq görür. Heyvan – qoyun, qoç alır, gözəl-gözəl boyayır, buynuzuna qırmızı lent taxırlar ki, qız evinə gedəcəklər. Bu işləri Novruz bayramına saxlamağı sevirlər. Axır çərşənbə günü tonqallar qalanır, üstündən mütləq 7 dəfə atlanılır. O tonqalın üstündən hoppananda oda deyirlər ki, “Sarısı sana, qırmızısı mana”. Yəni bütün pis xatirələr odun sarısı ilə geridə qalsın, qırmızısı ilə gözəl günlər gəlsin. Qabaqcadan hamıya tapşırılır ki, həmin günlər hər kəs gözəl sözlər danışsın. Qapı pusulduğu üçün qulaq asanlar pis söz eşitməsinlər. Yumurta boyamaq, toqquşdurmaq da ki öz yerində. Bayram axşamının səhəri bir-birlərinə qonaq gedir, təbrik edirlər. Borçalıda şəkərbura, paxlava deyil, özlərinə məxsus başqa şirniyatları bişirirdilər. Son zamanlar Azərbaycanla gediş-gəliş çoxaldıqdan sonra artıq şəkərbura, paxlava bizim Qaraçöpə də gəldi. Gözəl bayram keçir Qaraçöpdə, o balaca yerdə. Orada yaşayan azərbaycanlıların sayı ancaq yarım milyondur. Buna baxmayaraq, belə gözəl Novruz keçiririk.     

Müəllif Sevda Mirzə: Çox sağ olun, Fatma xanım. Gürcüstanın Azərbaycanlılar yaşayan bir mahalının timsalında bütövlükdə Gürcüstanda yaşayan Azərbaycanlıların necə Novruzu keçirdiyindən danışdınız. Bunlar haradasa sizin uşaqlıq, gənclik xatirələrinizlə bağlıdır. Uşaq yaddaşı da daş yaddaşıdır deyirlər, heç nə yadından çıxmır. Əziz dinləyicilər, Gürcüstan Azərbaycanlıların keçirdiyi Novruzla bağlı sizə “Türkiyənin səsi” radiosunda 20 ildir çalışan, Gürcü şöbəsinin əməkdaşı, gürcü dili üzrə filologiya elmləri namizədi Fatma xanım Əliyeva danışdı. Əziz dinləyicilər, TRT “Türkiyənin səsi” radiosunda çalışan türkmən, özbək və azərbaycanlı həmkarlardan müsahibəni mən Sevda Mirzə təqdim etdim. Qısa vaxt çərçivəsində sizə Tükmənistan və Özbəkistanın simasında Orta Asiyada, eyni zamanda, Azərbaycanlıların Gürcüstanda - Borçalıda Novruzu necə qarşıladıqları barədə danışdıq. Danışdıqlarımızdan eşitdiniz ki, qədimdən xalq arasında qeyd edilən Novruz keçmiş sovetlər birliyinin bir çox ölkələrində 90-cı illərdən sonra – yəni keçmiş sovet respublikaları müstəqil dövlət olduqdan sonra rəsmi bayram statusu alıb. Təkcə Azərbaycandan başqa. Bir çox addımlarda SSRİ və müsəlman-şərq dünyasında birinci olan Azərbaycan Novruzla bağlı da birinci və deyərdim ki, qəhrəman olub. Hələ 1967-ci ildə, sovetin qılıncının dalının da, qabağının da kəsdiyi zamanlarda Azərbaycan yazıçısı, dövlət və ictimai xadimi Şıxəli Qurbanov şir ürəyi yeyərək Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramını təşkil edib. Onu izahat yazmağa çağırıblar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazıb və sübut edib ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil, sırf bahar bayramıdır.  Amma bu hadisə onun müəmmalı şəkildə öldürülməsilə nəticələnib. Bəzi xeyir işlər qurbansız olmur, görünür. Allah Şıxəli Qurbanova rəhmət etsin. Nə yaxşı ki, bu ənənə Azərbaycan Respublikası müstəqilliyinə qovuşandan sonra da davam edir. Çünki xalqın içindən gələni xalqdan qoparmaq mümkün deyil. Bayramımız mübarək. 



Әlaqәli Xәbәrlәr