Fransa universitetində Azərbaycan sərgisi

"Çox gəzdim Bakını, Şəkini, Naxçıvanı, İmişlini, amma hələ çox yeri kəşf etmək istəyirəm", Avropa-Azərbaycan Topluluğunun Strasburqdakı nümayəndəsi, direktoru Eliza Pieter

498963
Fransa universitetində Azərbaycan sərgisi

  Fransanın Milüz (Milhouse) şəhərindəki Yuxarı Elzas Universiteti Ədəbiyyat, Dillər və Humanitar Elmlər fakultəsinin Nizami Gəncəvi kafedrasındakı Azərbaycan sərgisi haqqında.

Müsahib: Avropa-Azərbaycan Topluluğunun Strasburqdakı nümayəndəsi, direktoru Eliza Pieter.

Müəllif Sevda Mirzə: Bu gün fransız bir qonağımız var: Avropa-Azərbaycan Topluluğunun Strasburqdakı nümayəndəsi, direktoru Eliza Pieter.

  Biz konfransa gəldik: “Şərq ozanları və qərb truverləri”. Salonda koridorlar boyu Azərbaycanla bağlı rəsmlər gördük. Səbəbini soruşdum: “Bunu kim etmiş?” deyə. Sizin adınızı söylədilər. Bununla bağlı istəyirəm soruşam sizdən: “Necə oldu şəkillərin universitetdə, Nizami Gəncəvi kafedrasında vurulması? Bu təşəbbüs necə gəldi?”

Eliza Pieter: Obyektivdəki Azərbaycan. Avropa-Azərbaycan topluluğu tərəfindən 2012-ci ildə fotomüsabiqə gerçəkləşdi. Yarışmanın davam etdiyi bir neçə ay ərzində təxminən 150 fotoqrafçı yarışmaya 750 foto ilə qatıldı. Azərbaycanın zəngin kültürü, əl dəyməmiş təbiəti və uzun tarixi keçmişi yarışmaya qatılan fotolar vasitəsiylə bir daha beynəlmilə aləmə açıldı. Sərgi bu günə qədər bir çox Avropa şəhərində göstərilib. Milouse Universitetinə bağlı Nizami Gəncəvi bölümünün bu sərgiyə ev sahibliyi etməsini məmnuniyyətlə qarşıladıq və TEAS (http://teas.eu/az/azerbaijan-through-the-lens) Avropa-Azərbaycan topluluğu adına təşəkkür edirik. Sərginin buradakı – Milouse-dakı tələbələrə gözəl Azərbaycanı tanıdacağına və səfər etmələri yönündə cəsarətlədirəcəyinə inanırıq.  

Sevda Mirzə: Eliza xanım, türkcəni belə bilməyinizin səbəbi barədə də danışmağınızı istərdik.

Eliza Pieter: Bir neçə ay əvvəl İstanbula getdim. Sıx çalışmaqla türk dili kursuna getdim. Digər həqiqət: mənim həyat yoldaşım bir türkdür.

Sevda Mirzə: İstanbuldamı evləndiniz?

Eliza Pieter: Xeyr, Fransada Strasburqda tanış olduq.

Sevda Mirzə: Bundan sonra türk dilini öyrəndiniz? Təkcə həyat yoldaşınızın türk olduğuna görəmi?

Eliza Pieter: Yox, məncə, türk dili çox gözəl bir dildir. Həm də təbii ki, həyat yoldaşım türk olunca onun da dilini öyrənməliydim. Hələ çox səy göstərməliyəm. Həm də Türkiyə çox gözəl bir yerdir. İnşaallah, təkrar yaşayaram orada. Bu səbəbdən də öyrəndim.

Sevda Mirzə: Türkiyə türkcəsini həm rahat anlayır, həm də rahat danışırsınız. Türkiyə türkcəsini bilmək həm də Azərbaycan türkcəsini anlamaq deməkdir. Görünür, bu səbəbdəndir ki, Avropa-Azərbaycan Topluluğunun Strasburqdakı nümayəndəsi, direktoru olmusunuz. Azərbaycana gəlmisinizmi?

Eliza Pieter: Mən Azərbaycana çox getdim. Çox gəzdim Bakını, Şəkini, Naxçıvanı, İmişlini. Amma təəssüf ki, hələ çox yeri kəşf etmək istəyirəm. Ya gələn il, ya da elə bu il, inşaallah, gedərəm yenə.

Sevda Mirzə: Bəyəndinizmi?  

Eliza Pieter: Çox bəyəndim. Kültürünü çox sevdim. İnsanları çox cana yaxın. Gerçəkdən dönmək istəyirəm. Bəlkə bir gün orada yaşadım, kim bilir.

Sevda Mirzə: Mən təşəkkür edirəm sizə. Qonağımız Avropa-Azərbaycan Topluluğunun Strasburqdakı nümayəndəsi, direktoru Eliza Piter idi.       

“Körpü” verilişi (20-ci), mövzu: Fransa universitetində Azərbaycan sərgisi, müsahib Avropa-Azərbaycan Topluluğunun Strasburqdakı nümayəndəsi, direktoru Eliza Pieter, yayınlanma tarixi: 21.05.2016. 

  “Körpü”, hər həftənin şənbə günü Ankara saatı ilə 10.00, Təbriz vaxtı ilə 11.30, Bakı saatı ilə 11.00-da, TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRTAzerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilərsiniz. 



Әlaqәli Xәbәrlәr