Türk Tarixinin Parlayan Ulduzları

Əbu Hamid əl-Qəzzalinin müəllimlik haqqında görüşləri

465952
Türk Tarixinin Parlayan Ulduzları

Məşhur müsəlman teoloqu, filosofu və sufisi Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzzali ​Böyük Səlcuqlar zamanında yaşamışdır. O, bu günkü İranın Xorasan bölgəsində Tus (Məşhəd) şəhərində 1058-ci ildə anadan olmuşdur. Doğulduğu yerə görə ona Qazzali təxəllüsü verilmişdir.

Qəzzali doğulduğu Tus şəhərindən oxumaq üçün əvvəl Cürcana, sonra isə Nişabura getmişdir. O, Nişabur Nizamiyə Mədrəsəsində oxumuş və qısa müddətdən sonra eyni məktəbdə zamanın məşhur alimi olan Cüveyninin köməkçisi olmuşdur. Cüveyninin vəfatından sonar Bağdada gələn Qazzali Bağdad Nizamiyə Mədrəsəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Onun 1091-1095-ci illər arasında tələbələri ilə olan münasibətləri humanitar təməllərə söykənən təhsil sistemini yaratdığını göstərir.

Qəzzali Nizamiyədə düzgün müəllim, tələbə və valideyn profilləri barədə fikirlərini Bidayətül-Hidayə ( Doğru Yolun Başlanğıcı) adlı əsərində yazmışdır. Əsərə görə təhsil ocağındakı müəllim-alim, və ya təhsil işçisi belə olmalıdır:

1.Çətinlikərə qarşı dözümlü və səbirli olmaq;

2.Hilmli (yəni həlim xasiyyətli) olmağa davam etmək;

3.Ağır başlı bir insan olmaq;

4.İnsarlara qarşı kinli olmamaq;

5.İnsan içində sadə, təvazökar olmaq;

6.Şikayətçi və pessimist düşüncəli olmamaq;

7.Tələbəyə sərt davranmamaq, yumşaq davranışlı müəllim olmaq;

8.İncidici insanlara qarşı yavaş və səbirli hərəkət etmək, tələsməmək;

9.Zəkası az olan tələbəyə biliyi gözəl bir şəkildə öyrədərək, ona qarşı sərt çıxışlar etməmək və hirslənməmək;

10.“Bilmirəm” sözünü söyləməkdən çəkinməmək, yəni bilmədiyi bir şeyi “mən bunu bilmirəm” deməkdən utanmamaq;

11.Düşüncəsini sual verənə yönləndirmək;

12.Verilən sualı anlamağa çalışmaq;

13.Hüccəti (yəni dəlili) qəbul etmək;

14.Xətadan, yanlışdan dönüb doğru olana istiqamətlənmək;

15.Tələbəni ona zərərli olan hər növ elmdən çəkindirmək;

16.Tələbəni faydalı bir elmə yönləndirmək və Allahdan başqasından icazə istəməkdən uzaqlaşdırmaq;

17.Tələbəni fərz olan elmlərə təşviq edib, bir qısım insanın bilməsinin kifayət etdiyi məslək və elmlərə yönləndirməyə çalışmaq;

Qəzzalinin tələbələrə tövsiyyələri bunlar idi:

1.Müəllimi ilə üz-üzə gəldiyi zaman birinci salam vermək;

2.Müəlliminin yanında az danışmaq və müəllimi bir şey soruşmadığı halda danışmamaq;

3.İcazə almadan müəlliminə sual verməmək;

4.Tələbə özünün müəllimindən daha bilikli olduğunu göstərmək üçün onun görüşünün ziddini təşkil edən bir şeyə işarə etməməlidir;

5.Müəlliminin olduğu məclisdə müəllimi ilə deyil, yoldaşı ilə daha çox danışmalıdır;

6.Dərsdə ətrafa (yəni saga-sola) baxmamalıdır;

7.Müəllimin yanına çox gedərək onu yormamalıdır;

8.Müəllimi ayağa qalxdığı zaman hörmət əlaməti olaraq ayağa qalxmalıdır;

9.Müəllimini danışığı və sualı ilə yormamalıdr;

10.Müəllim yol gedərkən yanına çatana qədər sual verməməlidir;

11.Xaricdən çirkin görünən işlərdə müəlliminə qarşı pis şübhələrə düşməməlidir, çünki bu hərəkət və işlərin sirlərini müəllimi bilir. Tələbə bilmədiyi üçün ona bu növ işlər tərs görünə bilər.

Qəzzali valideynlərin uşaqlarının müəllimlərində bu xarakteristikaları axtarmalı olduqlarını bildirir:

  • 1.Müəllim çaşqın, hirsli birisi olmamalıdır;
  • 2.Müəllim təqva sahibi, dindar, doru işlər görən, qanun və nizam bilən olmalıdır;
  • 3.Müəllim özündən əmin olmalıdır;
  • 4.Müəllim müxtəlif yerlərdə işləyən, dağınıq biri olmamalıdır;
  • 5.Sultanların, ağaların və bəylərin pul ilə tutduğu müəllim orta gəliri olan ailənin uşağına uyğun deyildir.

Qəzzaliyə görə valideynlər bu səciyyələrə malik bir müəllim tapsalar, uşaqlarını rahatlıqla bu müəllimə verə bilərlər. O, sonda tələbənin müəllimlərinin tez-tez dəyişdirilməməsindən və müəllim ilə valideyn arasında təlim və təhsilllə əlaqədar əməkdaşlıq məsələlərindən də yazır. Qəzzali uşağın məktəbə ilk qədəm basdığı zaman keçirilən tədbirlərin və təhsilə başladığı ilk günlərin əhəmiyyətinə də toxunur.



Әlaqәli Xәbәrlәr