NEMRUT DAĞI

Bugünkü proqramımızda Türkiyənin türizm mərkəzlərindən biri olan Nemrud Dağından bəhs edəcəyik.

438414
NEMRUT DAĞI

Bugünkü proqramımızda Türkiyənin türizm mərkəzlərindən biri olan Nemrud Dağından bəhs edəcəyik.

Türkiyənin cənub-şərq bölgəsində Adıyamanda yerləşən bu abidə-məzar ellinizm dövründə hökm sürmüş kral Antiokosa aitdir. 1987 ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilən bu abidə -məzar dünyanın dörd bir yanından ziyarətçiləri özünə cəlb edir.

Böyük İskəndərin bizim E.Ə 3-cü əsrdə yaratdığı imperatoqluq onun ölümündən sonra generalları tərəfindən dördə hissəyə bölunur. Cənub-şərqi Anadolu bölgəsinə və Suriyanın bir hissəsinə sahib olan Selavkos dövləti zəifləyincə kiçik krallıqlara bölünür. Qurulan krallıqların bir hissəsi mərkəzi Samsat olan Kommagene dövləti tərəfindən idarə edilirdi.

Kral 1-ci Antiokos bizim E.Ə. 69-cu ildə taxta çıxaraq ölkəsinə ən parlaq dövrü yaşadır. Kral ölkəsində insanların ibadət etdiyi müxtəlif dinləri birləşdirmək və hökmranlığını davam etdirmək niyyətində idi.

Qərb və şərq dinlərinə inanan ölkə əhalisini qarışıq bir inanca istiqamətləndirməyə çalışırdı, yunan və fars tanrılarını qarışdırmaq niyyətində idi. Bu fikrin təməlində də özünün yarı tanrı, yarı kral olmaq düşüncəsi yer alırdı. Antiokos bu yeni dini yaymaq məqsədilə ölkəsində çoxlu sayda müqəddəs məkanlar inşa etdirməyə başladı. Bu müqəddəs məkanlardan biri də ölkənin ən yüksək dağlarından biri olan Nemrud Dağında özü üçün abidə -məzar və məbəd olacaqdı.

Dağ dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir. Ölkənin dörd bir tərəfinə hakim möhtəşəm mənzərəyə sahibdir.

Kral ölkənin dörd bir yanından sənətkarları gətirdərək abidə -məzarla məbəd inşa etdirməyə başlayır.

Əvvəlcə əsl məzarla bərabər iki saxta məzar inşa edilir. Bunlardan bayıra uzanacaq və girişi təmin edəcək tunellər tikildikdən sonra qəbir kamerasının üştünə ''TÜMÜLÜS'', yəni kiçik daşlardan çox yüksək qəbir təpəsi yaradılır. Daha sonra Tümülüsün ətrafına ana və ata simvolu olaraq iki məbəd inşa edilir. Burda inşa edilən nəhəng heykəl və qabartmalarda həm Fars, həm də Yunan tanrıları təsvir edilib.

Bu tanrı heykəl və qabartmalar arasında da tanrılaşdırılmış Antiokosun rəsmi təsvir edilib. Həmin qabartmalardan birində aslan qrupuna aid ulduz mövcuddur. Bu qabartmalar ən qədim qoroskop - ulduz xəritəsi kimi tanınır.

Antiokosun vəfatından sonra burada dəfn olunduğu fərz edilir. Ültrasəsə bənzər üsulla yerləri tapılan məzar otaqlarını aşkar etmək üçün həyata keçirilən bütün arxeoloji cəhdlər uğursuzluqla nəticələnib. Kiçik daşlardan ibarət təpəyə hər müdaxilə eyvanlarda yerləşən heykəllərə zərər verib. Gələcəkdə texnologiyaların inkişafı ilə məzar otaqlarının aşkar edilib üzə çıxarılması güman edilir ki, bununla da iki min ildən çox qapalı qalan türbə və orda mövcud olan bir çox məlumatlar bəşəriyyət tarixinə işıq salacaq.

Günümüzdə dünyanın dörd bir yanından insanlar Nemrud Dağını görməyə gəlir. Çox yüksək olduğu üçün adətən yay aylarında bu dağa çıxmaq mümkün olur. Dağın zirvəsinə qalxan çox sayda turist səhər günəşin ilk şəfəqlərini burda qarşılamaq üçün gecəni burada keçirir. Ərazinin quruluşuna görə səhər şəfəqi vaxtı fərqli bir təbiət möcüzəsi baş verir bu dağda. Günəş qəfildən bir nöqtədən başqa nöqtəyə sıçramış kimi görünür.

Dünya Turizm Yazarları və Jurnalistlər Federasiyası tərəfindən 2004-cü ildə Nemrud Dağı abidəsi Dünyanın ən əhəmiyyətli mükafatı sayılan və Turizmin oskarı hesab edilən ''Qizil alma'' mükafatına layiq görülüb. Turizm imkanlarının genişləndirilməsi və inkişaf etdirilməsi üçün verilən bu mükafat Adıyaman muzeyində saxlanılır.



Әlaqәli Xәbәrlәr