Səlimiyyə Məscidi

Bu gün sizə Osmanlı memarlığının qızıl əsrinə öz damğasını vuran, Memar Sinanın ''ustalıq əsərim'' adlandırdığı Ədirnədəki Səlimiyyə məscidi haqqında danışacağıq.

438102
Səlimiyyə Məscidi

Bu gün sizə Osmanlı memarlığının qızıl əsrinə öz damğasını vuran, Memar Sinanın ''ustalıq əsərim'' adlandırdığı Ədirnədəki Səlimiyyə məscidi haqqında danışacağıq.

Qanuni Sultan Süleyman və Hürrəm Sultanın oğlu Sultan II Səlimin Memar Sinana tikdirdiyi bu məscid türk və İslam memarlığının ən mühüm əsərlərindən biridir. Məscid 2011-ci ildə YUNESKO-nun mədəni İrs sıyahısına daxil edilib.

Sultan II Səlim 1566-cı ildə atası Qanuni Sultan Süleymanın vəfatından sonra 11-ci Osmanlı Sultanı olaraq taxta çıxır. Atasından təhvil aldığı təxminən 15 milyon kvadratmertlik torpağı daha da böyüdür. Səltənətinin ən mühüm nailiyyəti isə Kiprin fəthinin başa çatdırılması olur. Sultan Səlim öz adına İstanbulda bir məscid tikdirməyi düşünür. Lakin bir gecə yuxusunda Peyğəmbəri görür və bu yuxusundan sonra məscidin Ədirnədə tikilməsinə qərar verir.

Sultan II Səlim məscidin inşası işlərini həyata keçirmək üçün 80 yaşlı Memar Sinanı yanına çağırır və heç bir xərcdən çəkinmədən Ədirnədə onun adını daşıyan bir məscid tikilməsini tapşırır.

Memar Sinan qısa müddətdə padşahın verdiyi tapşırığı yerinə yetirmək üçün Ədirnəyə gedir. 1568-ci ildə məscidin inşası başlayır və 1574-cü ildə Sultan II Səlimin vəfat etməsindən dərhal sonra ibadətə açılır.

Memar Sinanın İstanbuldakı şah əsərləri ''Şahzadəbaşı'' və ''Süleymaniyyə''məscidləri onun memarlıqdakı qabiliyyətlərini sübut edən sənət inciləridir. Memar Sinan Ser Mimaranı, yəni Dünya memarlarının şahı adına sahibdir.

Memar Sinan devşirmə olsa da səmimi, eyni zamanda inanclı bir mömin idi. Dini müsəlman olmayanların “biz Müqəddəs Aya Sofiyamızla müsəlmanlardan üstünük “ kimi ifadələrindən narahat olardı. Memar Sinanın ən böyük xəyalı geniş günbəzə malik, eyni zamanda möhkəm və davamlı bir məscid inşa etmək idi. Aya Sofiyanın

bərpasında Memar Sinanın böyük rolu olmuşdu. Bu sənət abidəsinin günbəzinin dağılmasının qarşısını almaq üçün yerləşdirdiyi dayaqlarla tağı möhkəmləndirib, əlavə olaraq inşa etdiyi iki minarə də tağı daha dayanıqlı edib.

Memar Sinan Qanuni Sultan Süleymanla çıxdığı səfərləri zamanı Misir, İran, İtaliya, Macarıstan və Vyanada gördüyü memarlıq nümunələrindən bəhrələnərək öz tərzini yaratmışdı. O, fərqli memarlıq üslubu ilə tanınırdı.

Memar Sinan Səlimiyyə məscidini inşa edərkən əvvəlki heç bir məsciddə, ya da qədim dövr məbədində rast gəlinməyən bir texnikadan istifadə edilmişdi. Məscidin sütunlarını və başlıqlarını qədim Misir mədəniyyətinin lotus bəzəklərindən təsirlənərək yaratmışdı.

Məscidin həyətinin ortasında yerləşən su bulağı Memar Sinanaın inşa etdiyi digər bulaqlardan çox fərqlənir. Belə ki, bulağın altına yerləşdirdiyi kiçik hovuzlara düşən su dəstəmaz alanların üzərinə sıçramır.

Sultan Səlim məscidin minbərinin qızıldan olmasını tələb edir, lakin Memar Sinan "Padşahım, mərmərdən olsun, lakin elə bir əsər olsun ki qızıldan belə qiymətli'' deyərək etiraz edir. Padşah onun fikrinə hörmətlə yanaşır.

Bu gün də öz mövcudluğunu qoruyan minbər Türk-İslam sənətinin şah əsərlərindən biri sayılır. Mərmərin üzərində təsvir edilən bəzəklər ilk günkü kimi öz gözəlliyini goruyur. Məsciddəki moizə köşkü də diqqəti cəlb edən məkanlardandır.

Məscidin qümbəzləri 43 metr yüksəkliyində və 32 metr deametrindədir. Qübbə 8 sütuna söykənən bir təməl üzərinə oturdulub. Beləliklə, Memar Sinan əsrlər boyu öz mövcudluğunu qoruya biləcək bir şah əsər yaradıb.

Məscidin nəzərə çarpan xüsusiyyətlərindən biri də sadə olmasıdır. Qırmızı və ağ rəngin harmoniyası diqqətli nəzərlərdən qaçmaz. Məscidin göyə ucalan dörd minarəsi İslam dünyasının qələm incəliyində və gözəlliyində ən gözəl nümunələrdən olmağa davam edir.

Minarələrin balkonlarına üç ayrı pilləkənlərdən qaxmaq olur. Əzan oxumaq üçün fərqli balkona çıxan vaizlər bir-biri ilə qarşılaşmır.

Səlimiyyə məscidi Ədirnənin siluetinə hakim bir mövqedə yerləşir. Məscidi hər il həm ölkə daxilindən, həm də xaricindən minlərlə turist ziyarət edir.

Memar Sinan öz həyatından bəhs etdiyi əsərində "Bəndə Allahın qarşısında qüsursuz olmamalıdır" deyərək mükəmməl inşa etdiyi məscidə şüurlu olaraq bir qüsur əlavə edir. Bu fəlsəfi dünyagörüşü İntibah dövrünün aparıcı sənətkarları Leonardo Da Vinçi və Michelangelo tərəfindən başa düşülə bilməz. Onların dünyasında mükəmməllik hədəflənərkən Sinan öz əsərinə şüurlu olaraq bir qüsur əlavə edəcək qədər fəzilət sahibi idi.

Səlimiyyə məscidi Memar Sinan üçün böyük əhəmiyyət kəsb edirdi. O, ''Gələcəkdə bu işin mütəxəsisləri mənim əsərlərimi xeyir duaları ilə anacaqlar'' deyə söyləyirdi və sənətkarın bu fikri sözün həqiqi mənasında bugün də özünü doğrultmaqdadır.



Әlaqәli Xәbәrlәr