Mənə İslamı anlat 4/16

Allaha iman kǝlamının mənası, Allaha iman kǝlamının mənası, hikməti, fərd və cəmiyyət həyatı baxımından əhəmiyyəti

435248
Mənə İslamı anlat 4/16
56a9e38579edd.jpg


Allah birdir, başqa Allah yoxdur. O, mülk sahibi, söz sahibi, kainatın öz sahibidir. Nicat verǝn, hifz edǝndir. Bütün nöqsanlı sifətlərdən uzaqdır. Kamil olan yalnız Odur. Əbədi olan yalnız Odur. Hər şeyǝ qadır yalnız Odur. Dərdlərin dəvası, xəstəliklərin şəfası yalnız Odur.

Allaha iman etmək Allahın varlığına, birliyinǝ ürǝkdǝn inanmaq, bənzəri, şəriki və tayı-bǝrabǝri olmadığını ürək vǝ dillə təsdiq etmək, bu hǝqiqǝtlǝ yaşamaq deməkdir.

İman ürəkdən təsdiq və əməl ölçüsüdür. Bu ölçülərdən biri əskik olsa, iman kamala çatmaz. Hz. Məhəmməd (s.a.s) deyib: “Allaha iman, etiqad etmǝk olan "Lə ilahə illəllah" kǝlamını təkrarlamaq ən fəzilətli əməllərdən biridir".

Allaha iman insanı yaradan və saysız nemətlər bəxş edən uca yaradanın bəşər üzərindəki haqqıdır. Allahın qulundan intizarı (gözlədiyi) Allahın qüdrəti qarşısında boyun əyməsi və əmrlərinə itaət etməsidir. İbadət, düz ǝmǝl sahibi olmaq, Allahın razılığını qazanmaq itaətin göstəricisidir.

Allahı sevmək, yaradandan ötrü qulu sevmək, Allah rizası üçün Allahın sevdiklərini sevmək, Allahın qoyduğu sərhədi aşmamaq, Allahdan həya etmək kimi davranışlar Allaha itaətin təzahürüdür. Bu öhdəlikləri yerinə yetirǝn insan imanı yetkinləşmiş, kamala çatmış sayılır. Bu insanlar imanın zövqünü yaşayıb dadarlar.

Allaha iman etmǝk Onu çox sevməkdir. Peyğəmbərimiz (s.a.s) deyib: “İmanın kamalı ancaq Allahı hər şeydən çox sevməklə mümkündür".

Allaha inanan imanını davranışı vǝ ǝmǝllǝri ilǝ göstǝrir. İstər tək, istər cəmiyyət içərisində olsun, Allah hər şeyi görür, hǝr şeyi bilir.

Allaha iman etmǝk əxlaqlı və düzgün bir həyat yaşamağı tələb edir. Allaha iman insanın həyatına məna qatır, həyat yolunu müǝyyǝnlǝşdirir, fikir və qərarlarına istiqamət verir, özü, ailəsi, cəmiyyət və bütün dünya ilǝ münasibətlərini tənzimləyir.

İman pisliklərə qarşı bir kilid, xeyirə, gözəlliklərə açılan bir pəncərədir.

Peyğəmbərimiz (s.a.s) hədislərinin birində deyir: “Allaha iman edən insan qonşusuna yaxşı rǝftar göstǝrmǝli, qonağına ikram etməli, danışığında xeyrli sözlǝr işlǝtmǝli, müsəlmanları sevmǝli, özü üçün istədiyini digər insanlar üçün arzu etmǝli, geniş və ictimai dəyərlərə sahib olmalıdır".

Quranda Allah belə tǝsvir edilib: “Uca Allah yaradılan varlıqlara bənzəməz. Onun tayı-bǝrabǝri, bənzəri yoxdur. O doğulmayıb, doğmayıb. O var olmaq üçün başqalarına möhtac deyil. Ondan başqa Allah yoxdur. O, mülk sahibi, söz sahibi, kainatın öz sahibidir. Nicat verǝn, hifz edǝndir. Üstündür, bağışlayandır. O, bütün nöqsanlı sifətlərdən uzaq, kamil sifətlərə malikdir. Əbədi olan yalnız Odur. Hər şeyǝ qadır olan yalnız Odur. O, yeri, göyü yaradan, ölçü ilə yönlǝndirǝndir. O hǝr şeyi bilǝndir. Onun izni olmadan bir yarpaq belə düşməz. Bütün dərdlərin dəvası, bütün xəstəliklərin şəfası Ondandır. Allah hər zaman Ona inanan qullarının yanındadır. Sevdiyi qulunun eşidən qulağı, görən gözü, tutan əlidir. Qoruyan, yol göstǝrǝndir".

Uca Rəbbimiz belə buyurur: “Doğru olanların üzərinə axın-axın mələklər enər və deyər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd edilməkdə olan cənnətlə sevinin!"

Peyğəmbərimiz (s.a.s) Allaha inanaraq ömür sürǝnlǝri və iman sahiblǝrini cənnətlə müjdələyib.

Allahım, bizim ürəyimizi imanla bəzə. Bizi itaətsizliyǝ və üsyana düçar etmǝ. Bizǝ düz yolu göstǝr, bizi doğru yolda olanlardan et! Bizi imanlı və şüurlu müsəlmanlardan et! Həyatımızın hər anını imanla yaşaya bilməyi nəsib et.


Etiketlәr: #Allaha iman

Әlaqәli Xәbәrlәr