Mǝnǝ İslamı anlat 3/2016

"Allah ölümü və həyatı, imtahan etmək üçün yaratdı"

425473
Mǝnǝ İslamı anlat 3/2016

Mənə İslamı anlat adlı bu sohbǝt proqramına , bizləri yoxdan var edən Allahın adıyla başlayır, bizi İslam dini ilə şərəfləndirən və bizə müsəlman olaraq həyat şüuru verən Uca Allaha həmd, Onun sevimli Peyğəmbərinə salavat və salam olsun deyirik. Proqramımızın xeyrlərə və Rəbbimizin rizasına vəsilə olmasını niyaz edirik.
Bu gün söhbǝtimizdǝ İslam dininin məqsədinin nə olduğunu, həm söhbətinin kimlər olduğunu və İslamın necə bir cəmiyyət modeli hədəflədiyini öyrənməyə ,onu dǝrindǝn dǝrk etmǝyǝ çalışacağıq.
İslam dininin məqsədi, insanı əxlaqi cəhətdən yetkinləşdirərək
dünyada dinclik və xoşbəxtliyə, axirətdə əbədi səadətə ülviyyǝtǝ qovuşdurmaqdır.
Bir ayǝdǝ "Allah ölümü və həyatı, imtahan etmək üçün yaratdı" kǝlamı ,İslamın insanı əxlaqi cəhətdən yetkinlǝşdirmǝk üçün məqsəd qoyduğunu göstərir.
İslam dininin mǝqsǝdi insanı ağıl , iradǝ vǝ vicdanını istifadǝ edǝrǝk mǝsuliyyǝt şüuru ilǝ hǝrǝkǝt etmǝsini tǝmin etmǝk, onu Alahla özüylǝ ,digǝr insanlarla, tǝbiǝtlǝ sülh içindǝ yaşatmaqdır.
İnsanı dünya həyatına və ehtiraslarına kölə olmaqdan qurtararaq yaradılış məqsədinə uyğun bir şəkildə yaşamasını təmin etməkdir. İnsanın ruhən yüksəlmǝsi üçün yerinǝ yetirmǝyǝ lazım olan vəzifələri Allahın əmr və buyruqlarını, yaxşı ilə pisi, doğru ilə yanlışı tanıtmaq və yaxşılığa çatmanın yollarını göstərməkdir.
İslam dininin məqsədi insanın, haradan gəlib, hara getdiyi, nə üçün yaradıldığı, sonunun nə olacağı kimi sualları cavaplandıraraq həyatın mǝnalı olmasını və daxili hüzura çatmasını təmin etməkdir.İslam insanın maddi və mənəvi olaraq inkişaf etməsini, çata biləcəyi ən ülvi səviyyəyə çatmasını təmin etməyi məqsəd götürmüşdür.
Xülasə, İslam dininin məqsədi, insana fitrətinin gərəklərini yerinǝ yetirmǝk ,ağıl və vicdanını istifadə etmǝyi öyrətməkdir.
Uca Allah bu barədə "Sən üzünü bu dinə doğru , Allahın fitrətinə çevir. O, insanları ona görə yaratmışdır. Allahın yaratdığının yerini tutacaq heç bir şey yoxdur. Mükǝmmǝl din bu dindir.Amma insanların çoxu bunu bilmǝzlǝr" buyurmuşdur.
İslam dini ağıl sahiblǝri ilǝ hǝmsöhbǝt, hǝmfikirdir.Onların bilərək, istəyərək azad iradələriylə gördüklǝri işǝ dəyər verir.
İslam cahani bir dindir. Bütün dünya millətlərinə göndərilmişdir. Bu səbəbdən İslam dininin həmsöhbəti bütün zamanlarda dünyanın hər tərəfində yaşayan ağıl və iradə sahibi insanlardır.
Ancaq ərdəmlərlə yoğrulmuş və ibadətlərlə yetkinləşmiş insanlardan yaxşı bir cəmiyyət meydana gələr. Yaxşı fərdlərin davranışları cəmiyyətin qurtuluşuna səbəb olar.
İslamın tǝmǝli insan olduğunun fərqində olan, məsuliyyət daşıyan, yaradılışına uyğun universal dəyərlərə sahib ağılını və digər qabiliyyətlərini ən yaxşı şəkildə ifadə edən, həyatını bilərək yaşayan şəxsiyyətli insanlardan ibarət olan bir cəmiyyət yaratmaqdır.
İslam ailə başda olmaqla cəmiyyətin, sevgi, hörmət, qardaşlıq, xoşgörüş, yaxşılıq, doğruluq, yardımlaşma, ədalət, bağışlama, səbir, təvazökarlıq, sözündə durma, insanlara yaxşı davranma və gözəl söz söyləmə kimi təməllər üzərinə qurulmasını tövsiyə edir.
İslamın nəzərdə tutduğu cəmiyyət, Allah yolunda bir araya gəlǝn Yaradandan ötrü qulu sevǝn bǝndǝlǝrdǝn ibarətdir. Mal, mövqe, və başqa bir dünyəvi səbəbdən pis ǝmǝllǝrǝ yol vermǝyǝn, gözǝlliklǝrin yaşamasını təmin edən insanlardan ibarǝtdir.
Peyğəmbərimizin ifadəsiylə Allah yolunda bir-birlərini sevənlər hǝqiqi mənada iman sahibi insanlardır. Belə bir cəmiyyətdə dǝ gülər üz, ülfət, məhəbbət və gözəl əxlaq hakim olur. Etibar vǝ ǝminamalıq olur. İnsanlar arasında mərhəmət əsas qəbul edilir. Zülm, təhqir, alçaq görmə və laqeydlik kimi davranışlara yer yoxdur.
İslam cəmiyyətinin həyat tərzi, başqalarının qayğısına qalmaq və fədakarlıqla qurulmuşdur. Dil, irq, cinsiyyət, mövqe və ya status fərqlilikləri haqq və hüququn həyata keçirilməsinə təsir etmir. İslamın nəzərdə tutduğu cəmiyyətdə insanlara, digər canlılara və ətrafa faydası olan hər şeyi etmək, zərər verən hər şeyi də ortadan qaldırmaq üçün bir səy və yarış var.
İslam cəmiyyəti, Allahın razılığını bütün məqsədlərin ən üstündə tutar. İfrat və təfritdən uzaqdır, orta yolu təmsil edər. Bütün insanlığa nümunə olacaq əxlaqi prinsiplərə malikdir.
Bu cəmiyyətdə din, can, nəsil, mal və ağıl qorunmuşdur. Yaxşılığın suveren qılınması və pisliyin qarşısının alınması cəmiyyətin ortaq bir vəzifəsidir. Uca Allah bu məzmunda, "İçinizdən xeyirə çağıran, yaxşı işlər görməyi əmr edən və pislikdən çəkindirən bir camaat olsun!" Buyurur.
Rəbbim bizləri özünə layiq qul, Hz. Məhəmməd sallallahu aleyhi ve sellem 'ǝ layiq ümmət etsin! Şüurlu Müsəlmanlar olaraq yaşamağı bizǝ nəsib etsin!
Sizǝ xeyirli günlər diləyirəm.


Etiketlәr: #Allah Quran din

Әlaqәli Xәbәrlәr