Troya

Anadoluda çoxlu sayda qədim yaşayış məskənləri var. Bütün dünyada bunlardan ən məşhuru şübhəsiz ki, Troyadır.

425103
Troya

Bu antik şəhər Çanaqqalanın yaxınlığında Anadolu sahillərində yerləşir. Dənizə hakim bir təpədə yerləşən şəhər sanki dənizi salamlayır.

''Troya'' çox sayda tarixi əvsanələrə də ev sahibliyi edir. Homerin ''İliada'' dastanında və Yunan mifologiyasında Troya müharibəsi geniş yer tutur.

Bu kitabda antik müəllif Homer Yunan dövlətlərindən və onların apardıqları müharibələrdən bəhs edir.

Əfsanəyə görə şəhərin yaxınlığında yerləşən Qaz dağlarında üç ilahə tarixin ilk gözəllik yarışmasını təşkil edir. Troya padşahı oğlu Parisə üçün ilahənin içərisindən ən gözəlini şeçmə tapşırığı verir. Üç ilahənin də Parisə vədləri olur. Paris Afroditanı ən gözəl ilahə seçir. Bunun qarşılığında Afrodita Parisə gözəllər gözəli Yelenanı vəd edir. Bu eşqin təsiri ilə Paris Afina kralının xanımı Yelenanı Troyaya qaçırır. Həyat yoldaşını xilas etmək istəyən kral Menelaus Miken kralı olan qardaşı Agamenondan yardım istəyir.

Yunanlar böyük ordu ilə Troya sahillərinə yan alırlar. Uzun mübarizəyə baxmayaraq Troyanı zəbt edə bilmirlər.

Mifologiyaya əsasən daha sonra şəhəri hiylə ilə almağı düşünən yunan ordusu Troya atını inşa edir. Bu, taxtadan olan böyük bir atdır. Atın içində bir qrup əsgər gizlənir. Yunan ordusu geri çəkilir.

Troyalılar bu atı qənimət olaraq fikirləşir və şəhərin içinə yerləşdirirlər. Gecə əsgərlər atın içindən çıxır və şəhərin qapılarını açır. Minlərlə yunan əsgəri şəhərə daxil olur və şəhəri dağıdıb zəbt edirlər.

Uzun müddət Troya şəhəri və bu müharibə Yunan mifalogiyasında yer alan bir əfsanə olaraq qalır. 1870-ci ildə isə alman arxeoloqu və tacir Henrix Schliman Çanaqqala yaxınlığındakı təpədə arxeoloji qazıntılara başlayır. 1871-1874 illəri arasında davam edən qazıntı işləri antik Troya şəhərinin və müharibənin varlığını ortaya qoyur.

Sanki tarixi əsər olan bu antik şəhəri gəzənlər böyük zovq alırlar. Qazıntılar zamanı tapılan xəzinələrin bir hissəsi Türkiyədə, bir hissəsi isə Almaniya və Rusiyada yerləşir.

Ədəbiyyat və sənətdə də öz yeri olan Troya şəhəri dünyanın dörd bir tərəfində tanınır. Yüzlərlə sənədli ekran işlərinə, filmlərə mövzu olan Troya Türkiyəni tanıdan ən əhəmiyyətli yerlərin önündə dayanır.

Böyük İsgəndər şəhərə səfəri zamanı şəhərin simvolu olan məşhur Athena məbədinə zirehini bağışlayır. Böyük İsgəndər Fatih Sultan Mehmet İstanbulu fəth etmədən əvvəl bölgəyə gələrək intiqamını alacağına dair söz verir. Avropanın humanist ziyalıları türklərin Troya şəhərindən qaçıb xilas olanların nəslindən olduğunu və öz yurdlarına qayıtdığına inanırdı. Mustafa Kamal Atatürkün də böyük qələbə öncəsi Dumlupınar müharibəsində Troyalıların intiqamını aldığından bəhs etdiyi iddia edilir.

Dünya miqyasında Türkiyənin qürur abidəsi olan Troya öz ziyarətçilərini gözləyir.



Әlaqәli Xәbәrlәr