Mǝnǝ İslamı anlat 2/2016

Müsəlman kimə deyilir?

424669
Mǝnǝ İslamı anlat 2/2016


Müsəlman kimə deyilir?

“Mənə İslamı anlat" adlı bu söhbǝt proqramına bizləri yoxdan var edən Allahın adıyla başlayır, bizi İslam dini ilə şərəfləndirən və bizə müsəlman olaraq həyat şüuru verən Uca Allaha həmd, Onun sevimli Peyğəmbərinə salavat və salam olsun deyirik .Proqramımızın xeyirlərə və Rəbbimizin rizasına vəsilə olmasını niyaz edirik.

Müsəlman kimə deyilir? Bu gün söhbǝtimizdǝ Mü səlman adı üzərində dayanaraq Quran və Hz. Peyğəmbər sallallahu aleyhi ve sellemin müsəlmanı necə təyin vǝ vǝsf etdiyini gözlǝr önünǝ sǝrǝcǝk, müsəlmanın hansı xüsusiyyətləri ilə önə çıxdığını çatdırmağa çalışacağıq.
Müsəlman köklü ifadə ilǝ Allahın varlığına və birliyinə, Onun peyğəmbərlərinə, mələklərinə, kitablarına, axirət gününə, qəza və qədərə ürǝkdǝn inanandır. Allaha olan sədaqət və təslimiyyəti özündə, sözündə, davranış vǝ hǝrǝkǝtlǝrindǝ, xülasə, həyatın bütün mərhələlərində təzahür etdirəndir. Bu səbəbdən müsəlman imanını yalnız könüldən və dil ilə təsdiq edərək deyil, imanın əsaslarına hərəkətlərilə əməl edib həyat tərzi halına gətirəndir.
İslam dininin adı Allahdan gəldiyi kimi, müsəlman adı da bizlərə Allah tərəfindən verilib. Bu, Quranda ifadə edilir.
Qurani-Kərimin müsəlmanların xüsusiyyətlərindən bəhs edən ayələrinə baxdıqda yaxşı bir müsəlmanın necə olması ortaya çıxır. Müsəlmanda lazım olan xüsusiyyətləri ayələrdən çıxış edərək belə sıralaya bilərik:
“Müsəlman
• yalnız Allaha ibadət edər, yalnız ondan istǝyər, ancaq ondan qorxar, Allahı çox zikr edər, Allaha təvəkkül edǝr, Allaha sığınar, Ona güvǝnǝr.
• Onlar namazlarını huşu içində qılar, namazlarını saxlamaz, ibadətlərində sǝhlǝnkarlıq etməzlər.
• Zəkatlarını verər, onlara ruzi olaraq verilən mallarından ehtiyac sahiblərinə ayırar və bunu icra edərlər.
• Bolluqda da, qıtlıqda da Allah yolunda xərcləyərlər.
• Yaxşılıq edər, pisliyə qarşı çıxarlar.
• Allahın haram etdiyi cana qıymazlar.
• İffətlərini qoruyar, zina etmǝzlǝr.
• Əmanətə xǝyanǝt etmǝz, sözlərinə sadiq qalarlar. Doğru şahidlik edərlər. Boş və faydasız şeylərdən üz çevirirlər.
• Həddini asmaz, müsibətlərə səbr edər, üsyan etməzlər.
• Qəzəblərini udarlar, bağışlayan olarlar.
• İsraf və xəsislikdən çǝkinǝrlǝr.
• Onlara Allahın ayələri xatırlandığı zaman kor və kar olmazlar, ürəkləri titrəyər.
Hz. Peyğəmbərin hədislərində də tez-tez müsəlmanın keyfiyyǝtlǝri sadalanır, yaxşı bir müsəlmanın xüsusiyyətləri aydın olur. Bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem “Müsəlman - əlindən və dilindən əmin olan kəsdir" deyə təsvir edib. Peyğəmbərimiz bu vǝsflǝ müsəlmanın hər zaman düzgün yolda olacağını, əmanətə əsla xəyanət etməyəcəyini, əlini harama uzatmayacağını, harama baxamayacağını, harama gedən yoldan imtina edǝcǝyini, heç bir canlıya zərər vermǝyǝcǝyini, zülm etmǝyǝcǝyini, dilini yalanla kirlǝtmǝyǝcǝyini dəqiq bir şəkildə göstərib. Mədəniyyətimizdə bu xüsusiyyətlər "Əlinə, belinə və dilinə sahib ol" şəklində formalaşıb və dillərə əzbər olub.
Bir başqa müsəlman tərifində Hz. Peyğəmbər sallallahu aleyhi ve sellem özümüz üçün istədiyimiz şeyin qardaşımız üçün də istənilməsini şərt qoyub, əks halda, kamil bir müsəlman ola bilməyəcəyini ifadə edib.
Digər müsəlmanları sevməyi, onlara hörmǝt etmǝyi, qiymǝtlǝrini bilməyi, sevinc və kədərlərinǝ ortaq olmağı, xülasə, "mən" demǝkdǝn xilas olub "biz" olma şüuruyla hərəkət etməyi kamil müsəlmanın xüsusiyyətləri olaraq sayıb.
Bir çox hədislərdə zikr edilən, diqqət çǝkǝn müsəlman xüsusiyyətləri belədir:
Müsəlman etibarlı biridir. Hədəfi yaxşı qul olmaqdır. Hər işində Allah razılığını güdər. İşinə, sözünə sadiqdir. Qul haqqına riayət edər. Söz söylədiyi zaman gözəl söyləyər, bir iş gördüyü zaman o işi gözəl və tam görǝr. Başqalarına kömək edər, ǝl tutar xeyirdǝ yarışar, günah və haram olan şeylərdən uzaq durar. Günahı atəşə düşməklə bərabər tutar. Qonşuları ilə yaxşı dolanar. Onların hüquqlarına riayət edər. Həya sahibidir. Öyünmǝz , sadǝ həyat sürər. Yaxşılıq edǝr, pislik etmǝkdǝn uzaq durar.
Müsəlman iman və saleh əməlli, tǝmiz bir ürəyə malikdir. Əxlaqı fəzilət, ərdəm və gözəlliklərlǝ qurşanır. İmanı ilə uyğun gəlməyən, Allah qatında dəyəri olmayan söz və davranışlardan uzaq durar. Könülü şəfqət, mərhəmət, ülfət və məhəbbət hissləri ilə doludur. Ürǝyindǝ kin-küdurǝt, şiddət və hüsumətǝ yer yoxdur.
Müsəlman borcluya, xəstəyə, yaşlıya, darda qalmışa, məzluma, zərər çəkmişə kömək əli uzatmaqla cavabdeh olduğunun idrakındadır. Yetim və yetimlər ondan şəfqət görǝr.
Müsəlman əlində tutduğunu deyil, möhtac olanlara verdiyini, payladığını əsas sərvəti bilir. Qohum, qonşu və ehtiyac sahibini bǝlli edǝr. Yoxsula qol-qanad gətirər.
Proqramımızı Hz. Peyğəmbərin müqaisǝ etdiyi iki misalla tamamlamaq istǝyirik. Bunlardan birindǝ müsəlmanı gözəl ətir satan birinə oxşadıb, onunla birlikdə olanların gözəllikdən istifadə edəcəklərini bildirib. Digərində müsǝlmanı bal arısına bənzədǝrǝk onun həmişə gözəl işlərlə məşğul olduğuna işarə edib.
Allahım, bizǝ səmimi müsəlmanlar olaraq həyatımızı davam etdirməyi bizlərə nəsib etməyini niyaz edir, hamınıza xeyirli günlər diləyirəm.


Etiketlәr: #Allah Quran din

Әlaqәli Xәbәrlәr