Türkiyənin iqtisadi mövqeyi 13 / 2015

Türkiyǝ Müdafiǝ Sǝnayesi Müşavirliyinin fǝaliyyǝtlǝri, büdcǝsi vǝ bu günkü mövqeyi

259790
Türkiyənin iqtisadi mövqeyi 13 / 2015

Bu gün Türkiyǝ Müdafiǝ Sǝnayesi Müşavirliyinin fǝaliyyǝtlǝri, büdcǝsi vǝ bu günkü mövqeyi barǝsindǝ söhbǝtimiz olacaq.
Müdafiǝ Sǝnayesi Müşavirliyi Türkiyǝ Cümhuriyyǝtinin milli müdafiǝ sǝnayesini inkişaf etdirmǝ, hǝmin zamanda da hǝrbi sistem vǝ texnologiyanın ehtiyat proseslǝrinǝ nǝzarǝt etmǝk mǝqsǝdi ilǝ qurulan qeyri-hökumǝt dövlǝt müǝssisǝsidir.
Bu müǝssisǝ Baş nazirlik, Milli Müdafiǝ Nazirliyi, Türk Silahlı Qüvvǝlǝri ilǝ yerli vǝ xarici müdafiǝ sǝnayesi şirkǝtlǝri ilǝ yaxın ǝlaqǝ saxlayır. Ayrıca müdafiǝ sahǝsindǝki ehtiyacların ödǝnilmǝsindǝ yerli firmaların tǝkliflǝrinǝ daha çox üstünlük verilmǝsi vǝ bu firmaların texnologiya istehsalatının tǝşviq edilmǝsinǝ imkan yaradaraq müasir, kamil vǝ azad bir milli müdafiǝ sǝnayesi yaratmaq qarşıya mǝqsǝd qoyulub.
Müdafiǝ Sǝnayesi Müşavirliyi müdafiǝ sǝnayesini dǝyişǝn vǝ inkişaf edǝn dünya şǝrtlǝrinǝ görǝ yenilǝmǝk istiqamǝtindǝ sǝylǝrini davam etdirir. Bu çǝrçivǝdǝ yerli dizayn vǝ istehsalata ǝsaslanan layihǝlǝrin hǝyata keçirilmǝsinǝ vǝ bunların dǝstǝklǝnmǝsinǝ imkan yaradılır. Hǝmçinin mövcud mǝhsulların tǝmirat işlǝrinin ölkǝ daxilindǝ davam etdirilmǝsi mǝqsǝdi ilǝ tǝdbirlǝr görülmǝsinǝ üstünlük verilir.
Müdafiǝ Sǝnayǝsi Müşavirliyi tǝrǝfindǝn yayımlanan hǝsabata görǝ, müdafiǝ vǝ tǝhlükǝsizlik sahǝsindǝki tǝşkilatların ehtiyaclarının ödǝnilmǝsindǝ istifadǝ edilǝn büdcǝ 59 milyard lirǝdir.
Müşavirliyin mǝlumatına ǝsasǝn iş hǝcmi 2004-cü ildǝn tutmuş davamlı olaraq artıb. 2014-cü ildǝ hǝyata keçirilǝn layihǝ sayı 356-ını ötüb vǝ bu layihǝlǝrin 225-i ilǝ bağlı olaraq saziş imzalanıb. Bu çǝrçivǝdǝ sektoru inkişaf etdirmǝ sǝylǝrindǝ Ar-Ge (Araşdırma-İnkişaf etdirmǝ) fǝaliyyǝtlǝri dǝ önǝmli yer tutub. 2014-cü ildǝ 3 ǝdǝd vǝ tǝqribǝn 34 milyon lirǝ qiymǝti olan Ar-Ge layihǝsi imzalanıb. Bütün bu proseslǝr çǝrçivǝsindǝ mövcud büdcǝ miqdarı da artaraq 59 milyard lirǝyǝ çatıb.
Dǝyişǝn müdafiǝ vǝ tǝhlükǝsizlik konsepsiyasına görǝ personal xüsusiyyǝtli müxtǝlifliliyi tǝmin etmǝk mǝqsǝdi ilǝ 14 ekspert assistenti vǝ layihǝ mühǝndisi, layihǝ assistenti vǝ idarǝçi asisstent olmaqla 83 personalla saziş bağlanıb.
Müşavirlikdǝ davam edǝn fǝaliyyǝtlǝrin sistemli şǝkildǝ nizamlanması vǝ layihǝyǝ nǝzarǝt proseslǝrinin daha aktiv şǝkildǝ göstǝrilmǝsinǝ imkan yaratmaq mǝqsǝdi ilǝ dǝ “Layihǝ İdarǝ Mǝlumat Sistemi Proyekti” hǝyata keçirilir. Ayrıca kifayǝt sayda vǝ keyfiyyǝtdǝ personala sahib olmaq vǝ kǝyfiyyǝtli iş gücünü saxlaya bilmǝk mǝqsǝdilǝ dǝ tǝdbirlǝr görülür.
Müdafiǝ vǝ aviasiya sahǝsindǝki mǝhsulların ixracatı müdafiǝ sǝnayesinin davamlılığı baxımından kritik sǝviyyǝdǝ ǝhǝmiyyǝtǝ malikdir. Bu çǝrçivǝdǝ ixracat 2014-cü ildǝ 20 faiz artım qeyd edǝrǝk 1,65 milyard dollara, layihǝ sayı isǝ son 10 ildǝ davamlı artaraq 356-ya çıxıb. Hal-hazırda yeni bir layihǝ ilǝ 2016-cı ildǝ müdafiǝ sǝnayesindǝ 2 milyard dollarlıq ixracat, cǝmi olaraq da 8 milyard dollarlıq gǝlir ǝldǝ edilmǝsi hǝdǝf götürülüb.
Bu prosesdǝ diyazn vǝ layihǝlǝrin inkişaf etdirilmǝsinǝ dair fǝaliyyǝtlǝri dǝstǝklǝyǝcǝk test vǝ sertifikasiya mǝrkǝzlǝri dǝ qurulacaq. Ayrıca gǝlirlǝr daxilindǝ ehtiyat mǝhsullarının payının 30 faizǝ çıxarılması nǝzǝrǝ alınıb. Mǝhsulun dizaynından istehsalatına vǝ tǝchizatına qǝdǝr Türk firmaları işlǝri öhdǝlǝrinǝ götürǝcǝklǝr. Hǝmin mǝqsǝdlǝ ABŞ-dan Fransaya, İsraildǝn İngiltǝrǝyǝ qǝdǝr inkişaf etmiş ölkǝlǝrin layihǝlǝri tǝdqiq edilib. Bunun nǝticǝsindǝ Türkiyǝyǝ mǝxsus bir quruluş hǝdǝf götürülüb. Hǝmin çǝrçivǝdǝ isǝ “Uzun Üfuq Sistemlǝri”, Sabitlǝşdirici Avtomat Tüfǝng Platforması, Komandirlik Nǝzarǝt Tǝyyarǝlǝri kimi sistemlǝrǝ dair fǝaliyyǝtlǝr başladılıb. İnkişaf etmiş versiyalar daxilindǝki layihǝlǝr isǝ bunlardır:
-ALTAY Tankında ikinci nümunǝnin buraxılması inteqral sistemlǝrlǝ yekunlaşacaq.
-HÜRKUŞ-A-nın ardından HÜRKUŞ-B layihǝsi başladılıb. HÜRKUŞ-C-nin daha inkişaf etmiş bir sistemlǝ istehsalat fǝaliyyǝtlǝri dǝ yaxın zamanda start alacaq.
-ANKA-S sistemi ilǝ bağlı layihǝlǝr artıq başladılıb vǝ ANKA pilotsuz hava aparatının da yeni versiyaları hazırlanır.
-Xüsusi Helikopter Proqramında keçǝn ilin sentiyabr ayından tutmuş sistemlǝrǝ dair gözdǝn keçirmǝ mǝrhǝlǝsi sona çatıb.
- Raket buraxan Milli jet tǝyyarǝlǝri ilǝ ǝlaqǝdar ilk fǝaliyyǝtlǝr davam edir vǝ ilk tǝyyarǝ üçün layihǝ hazırlanması mǝrhǝlǝsinǝ çatılıb.
-Ölkǝ xaricinǝ olan satış fǝaliyyǝtlǝri artıb. Vaşinqton, Brüssel, Riyad vǝ Astanadan sonra bǝzi mǝrkǝzlǝrdǝ dǝ ofislǝr açılacaq. İlk planda nǝzǝrǝ alınan yerlǝrdǝn biri isǝ İndoneziya olacaq. Qǝtǝrdǝn Efiopiyaya qǝdǝr bǝzi ölkǝlǝr üçün dǝ fǝaliyyǝtlǝr davam edir.
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan isǝ hǝrbi gücü istehkam etmǝyin xaricdǝn hazır mǝhsul satın alınması ilǝ olmayacağını bildirǝrǝk, davam edǝn layihǝlǝr vǝ sǝrmayǝ qoyuluşları ilǝ 2023-cü ildǝ müdafiǝ sǝnayesi sahǝsindǝ xarici ölkǝlǝrǝ asılılığın geniş miqyaslı olaraq aradan qalxacağını qeyd edib.
Әrdoğan Yeni Türkiyǝnin müdafiǝ sǝnayesindǝ sadǝcǝ öz özünǝ kiyafǝt edǝn deyil, bütün dostlarına, qardaşlarına da kömǝklik göstǝrǝn, onların da ehtiyaclarını ödǝyǝn bir Türkiyǝ olacağını vurğulayıb.
Proqramımızın bu günkü hissǝsindǝ Türkiyǝ Müdafiǝ Sǝnayesi Müşavirliyinin fǝaliyyǝtlǝri, büdcǝsi vǝ bu günkü mövqeyi barǝsindǝ mǝlumat tǝqdim etdik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr