Türkiyədə Təhsil 69 / 2015

"Bilik insanı şübhədən, yaxşılıq əzabdan, qərarlılq qorxudan xilas edir.

259714
Türkiyədə Təhsil  69 / 2015

"Bilik insanı şübhədən, yaxşılıq əzabdan, qərarlılq qorxudan xilas edir.
Beynəlxalq öyrənmə macərasını mövzu götürən programımıza bu gün Konfuçyüsdən bir kəlamla başladıq.
Bilik, yaxşılıq və qərarlılıqla yola çıxdığımız səfərimiz öz sürəti ilə davam edir.
Bu həftə də Facebook səhifəmiz TRT Horizonda sizlərdən bir-birindən gözəl mesajlar aldıq. Bizimlə ünsiyyəti kəsmədiyiniz üçün təşəkkür edirik.
Keçən həftə sizləri Türkiyənin mühüm bir turizm şəhəri olan Aydına aparmışdıq. Bu həftə də Aydın şəhərinin nailiyyətləri ilə adından tez-tez söz edilən Adnan Menderes Universiteti haqda məlumat almağa, unversitetin rektoru Professor Cavit Bircana suallarımızı ünvanlamağa davam edirik.
Beynəlxalq tələbələr tәhsil üçün Aydın şәhәrini nә səbəbdən seçmәlidilәr.?
"Aydın, qərb mədəniyyətinin və ziyalılığın bünövrəsini təşkil edən Yunan mədəniyyətinin doğulduğu və yaşıllaşdığı torpaqlar üzərində qurulmuş bir şəhərdir.Bir çox əhəmiyyətli antik şəhərə ev sahibliyi edir. Milet, Priene, Didim, Afrodisias, Magnesia, Latmos, Herakleia bunlardan bir neçəsidir.
İzmir, Muğla və Dənizli kimi şəhərlərə yaxın olması , Qərb-Şərq ticarət yolu üzərində yer alması, vilayətə ayrı bir dəyər qazandırır. Aydının iqtisadiyyat və sənayə sahəsində inkişafı vә Türkiyənin qabaqda gedən şəhərləri arasında olması bəynəlxalq tələbələr üçün bir cazibə mərkəzi olmasını təmin edir.
Aydının İzmir, Ankara və İstanbul kimi böyük şəhərlərə və metropollar daxil , hava və quru yolları ilə bağlanması bu böyük şəhərlərin mədəni hinterlandından faydalanılmasına da imkan yaradır. "
Üniversitetiniz beynəlxalq tələbələrə hansı imkanları təqdim edir?
"Adnan Menderes Universitetində beynəlxalq tələbələr, qanun çərçivəsində Türk tələbələrimizin faydalandıqları imkanların Eynisinә sahib olurlar.
Bunlara əlavə olaraq onlar bizim əmanətimiz və qonaqlarımız olduqları üçün hər tələbəyə xüsusi bir qayğı ilə yanaşılır. Beynəlxalq tələbələrimiz də məktəbimizin kitabxanasından, yeməkxanasından, idman tesislərindən, üzmə hovuzundan, psixoloji məsləhətçilik xidmətlərindən, bütün imkanlardan (Erasmus Proqramı və İkili Dəyişmə Protokolları kimi)imkanlardan da faydalanırlar.
Hal- hazırda 350-yə yaxın beynəlxalq tələbəmiz var və bunlar dünyanın bir çox yerindəndir. Xüsusilə Afrika qitəsindən və Orta Asiyadan gəlirlər. Əfqanıstandan Çinə, Qanadan Qazaxıstana, Konqo Demokratik Respublikasından Çex Respublikasına qədər dünyanın dörd bir yanından tələbələr gəlir. Bu tələbələrimiz heç qəriblik çəkmədən təhsil həyatlarını davam etdirirlər.
Ümumiyyətlə müasir Türkiyәdә və universitətimizdə tələbəlrimizә təqdim edilən, qərəzsiz, ayrıseçkiliyə qarşı və irqçilikdən uzaq, səmimi mühitdən, yoldaşlarının, universitet müәllimlirinin, xalqın, onlarla mehriban rәftar və səmiyyətlәrindәn çox məmnunlar. Xüsusilə Afrikadan gələn tələbələr sürətli şəkildə Türkçə öyrənərək xalqın arasına asanlıqla qarışırlar, hətta bəzilərindә hiss olunan Aydın şivəsi böyük maraq oyadır. Bu vəziyyət Aydınlılara da çox cana yaxın gəldiyindən, beynəlxalq tәlәbәlәrimizә öz uşaqlarıymış kimi davranırlar. "
"Adnan Menderes Universitetində beynəlxalq standartlarda təhsil verilir. Avropa ali təhsil sahəsində fəaliyyət üzrə Bologna Prosesi fəaliyyətləri müvəffəqiyyətli bir şəkildə icra edilir. Universitetimizdə verilәn təhsilin Avropa standartlarında reallaşdırılması üçün Türkiyə Ali Təhsil Yetərliliklərin Çərçivəsi, AKTS Məlumat kataloqu işləri davam edir. Beynəlxalq tələbələrimizə Erasmus proqramı çərçivəsində 28 Avropa İttifaqına üzvü ölkəyə staja getmə, 140-dan çox Avropa universitetinə, 10-dan çox universitetə də ikili protokollar çərçivəsində tələbə dәyişiminә imkan verilir. Yaxın zamanda yenə Erasmus proqramı çərçivəsində beynəlxalq tələbələrin gəldiyi ölkələrin də dəyişmə proqramına daxil edilmәlәri planlaşdırılır. Beynəlxalq tələbələr eyni zamanda Universitetimizin təqdim etdiyi araşdırma və mədəniyyət, sənət, idman fəaliyyətlərində rahatlıqla yer ala bilirlər.
Adnan Menderes Universitetinin rektoru Professor Cavit Bircan ilә söhbәtimiz bu sualla sona çatır: Cәnab Rektor beynəlxalq tələbə namizədləriylә sözlәrinizә nәlә әlavә etmәk istәrdiniz?:
"Universitetimizin qapıları beynəlxalq tələbələrə sonuna qədər açıqdır. Onlara fərdi inkişaflarını, fərqli mədəniyyətlərin, fikirlərin beşiyində inkişaf etdirmə imkanı təqdim edirik.
Sahib olduğu akademik və mədəni xəzinəsi ilə , dinamik, akademik və inzibati heyətiylə, araşdırma laboratoriyaları və tətbiq sahələri ilə Adnan Menderes Universitetinin rektoru olaraq, Aydındakı isti, xoşbəxt və dinc yuvalarına, dünyanın dörd bir yanından gələcək tələbələrimizi gözləyirik. "


Etiketlәr:

Әlaqәli Xәbәrlәr