Keçmişə salam 17 / 2015

Zincirlihöyük antik şəhəri

259827
Keçmişə salam 17 / 2015

TRT Türkiyənin səsi radiosundan sizlərə və keçmişə salam deyərək, dünəndən bu günə Türkiyə silsiləsində Zincirlihöyük antik şəhərinə səyahət edəcəyik.
Ağdənizdən o qədər də uzaq olmayan, meşəlik dağlarla əhatə olunmuş düzənlikdə yerləşən Zincirlihöyük antik şəhəri miladdan əvvəl 2-ci minillikin əvvəlində paytaxtı Halab olan Amori Yamhad krallığından gəlib. Həmin minillikdə Hitit imperatorluğu torpaqlarına daxil olmuşdur. Hitit imperatorluğunun məğlubiyyətindən sonra Hitit dövlətlərindən Samal krallığının paytaxtı olub. Antik şəhər miladdan əvvəl 920-ci ildə Aramilerin hakimiyyətinə keçir. Kitabələrdə yazıldığına görə, Aramiler darəçiliyi xalqa qarşı hörmətli olub. Miladdan əvvəl 743-cü ildə 3-cü Tiglat Pileserin bölgəyə etdiyi axından sonra Samal Krallığı Asur İmperatorluğuna bağlı bir dövlət olur. Daha sonra Bar Raqabın hökmdarlıqı başlayır. Bar Raqab kitabələrdən birində deyir ki, mən Samal Kralı Panamuvanın oğlu Bar-Raqab, bütün dünyanın kralı Tiglat Pileserin quluyam. Qazıntılar zamanı məlum olur ki, o dövrlərdə Bar-raqabın sarayında yanğın baş verib.
ZincirliHöyüktəki ilk araşdırmalar 1883-cü ildə Osman Hamdi bəy tərəfindən aparılımışdır. Az müddət sonra 1888-ci ildə davam etdirilmişdir. Lakin bundan əvvəl 1902-ci illərdə isə burada karl Humann və Robert Koldevey, daha sonra Felix Von Luscan idarəçiliyi ilə qazıntılar aparılıb. Antik şəhər 720 metr diametrində qoşa divarla əhatə olunub və bu divarın inşası miladdan əvvəl 1300-cü ilə həyata keçirilib. Höyük, antik şəhərin ortasında yerləşir burada ikinci qala divarı ilə əhatə olunmuş daha bir qala aşkar olunub. Qalanın ilk daş hasarlardan sonra inşa edildiyi bilinməkdədir. Eyni zamanda qala içində bir saray tikilib. Miladdan əvvəl 10-9-cu əsrlərdə burada daha iki saray tikilib. Şəhər kənarındakı qala divarı isə miladdan əvvəl 7-ci əsrdə ikinci bir hasarla əhatə olunmuşdur. Xarici divardakı üç qapı, şimal-şərq, şərq və qərb istiqamətlə baxır və kənardan gələn yolları şəhər mərkəzinə bağlayır. Bu yollar buranın ana ticarət xətlərini təşkil edir. Bununla bərabər qalanın tək qapısı var və bu xarici divarların şərq qapısı istiqamətindədir. Hazırda qazıntılar əsasən burda aparılır.
Kral sarayını əhatə edən qalanın şərq hissəsində buranı bir hissəyə ayıran daxili divar və bu divarın önündə qapı yerləşir. Qaladakı saray qapıları hilani tərzində tikililərin istifadə olunduğu xüsusi memarlıq üslubunda inşa olunub. Hilani üslubda olan tikililərdə pilləkanlar var və üç sütunlu girişdən sonra içində divar sobası olan böyük bir zala daxil olunur. Böyük zalın arxasında hamam, xüsusi otaqlar və ambarlar yerləşir. Sütunlarda insana dini təsir bağışlayan bitkilərlə bəzədilən sütun altlıqları görmək mümkündür. Bu sütun altlıqlarının tarixi miladdan əvvəl 700-730-cü illərə gedib çıxır. Qala içərisində həyətlərin ətrafında yerləşən silsilə monumental binalar var. Antik şəhərin şərq qapısında və daxili qalanın xarici qapısında olduğu kimi bəzi hilanilərin girişlərində qabartmalı daş blok və lövhələr yerləşir. Saray tikililəri miladdan əvvəl 9-cu əsrin ortalarından etibarən Hitit tərzində inşa edilmişdir. Bir samal kralı olan Barrakabın heykəlində, ziyafət səhnəsində kraliça və xidmətçiləri təsvir olunmuş qabartmalı məzar üslubunda qapı aslanı var.
Son dövrlər burada aparılan qazıntılarda çox əhəmiyyətli tapıntılar işıq üzü görmüşdür. Bunlardan biri 2008-ci ildə tapılan daşdır. Özünü kral Panamuvanın xidmətçisi olaraq təqdim edən Katumuvanın daş heykəli o dövrdəki inanc və adətləri haqqında məlumatlar almağa kömək edir. Bu nadir daş parçası 2008-ci ildə Nyu York Tayms qəzetində ilin ən əhəmiyyətli 10 arxeoloji tapıntısı adı aıtında dərc olunmuşdur. Miladdan əvvəl 8-ci əsrə gedib çıxan bu nadir əsərin 363 kilo çəkisi var. Bu Zincirlidə ələ keçən digər daş abidələrdən həm üzərindəki yazı, həm də təsvir olaraq digərlərinən fərqlənir. Daş üzərindəki mətndə dünyasını dəyişən insanın ruhunun ölümündən sonra bu abidədə yaşayacağı kimi qəribə inanclardan bəhs olunur. Zincirlidə xeyli kitabələr aşkarlansada bunların heç biri Luvi dilində deyil. Bölgədə əsasən Sami dili geniş yayılıb.
O dövrlərdə hökmdar adlarının Luvi dilində olması bölgəyə bəlkə də yüz illər əvvəl Toroslar üzərindən köçən Anadolu əsilli və Luvi dilində danışan bir xalqın siyasi və mədəni təsirinin sübutudur. Zincirlidə tapılan heykəllər miladdan əvvəl 9-7-ci illər arasında incəsənətin ən gözəl nümunələrini təşkil edir. Şəhərdə 15 il əvvəl aslan heykəl, 50 il öncə də Hititlər zamanına aid qadın heykəli aşkarlanıb. Antik şəhərdə ilk qazıntılar 1888-1902-ci illər arasında alman kralı Human tərəfindən başladııb və burdan çıxarılan tarixi əsərlər İsgəndəruna, ordan da Almaniyaya aparılıb. Heykəllərin bir qismi Gaziantep arxeoloji muzeyində mühafizə olunur. Antik şəhərdə aşkarlanan hamamlar da diqqətdən yayınmır. Hamamların tarixi olduqca qədim zamanlara gedib çıxır. Arxeoloji qazıntılar zamanı tarixi müxtəlif dövrlərə gedib çıxan hamam qalıntıları günümüzdə olduğu kimi qalmaqdadır. Höyük altında qalan daş qalıntılar yaxşı qorunduğundan tikilinin planı aydın olur. Qazıntılarda hamamın soyunma və yuyunma hissələri ilə bərabər yer altı yollar ortaya çıxmışdır. Bununla yanaşı antik şəhərdə hələ tarixi yaddaşı özündə əks etdirən yüzlərlə sənət əsəri yer altındadır. Zincirlihöyükdə hələ də aşgarlanmayan və ya aşgara cıxıb da, sirrini çoxlarından gizli saxlayan tarix xəzinəsi bu gün də,az deyil. Günümüzə qədər gələn bu dəyərlər Türk dünyasının zəngin mədəniyyət mirasıdır. Bu tarixi dəyərlər yaşı min illərlə ölcülən türkləri bundan sonra, hələ necə min illiklər boyu yaşadacaq təməl daşıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr