Hərəmin öz dünyası 18 / 2015

Padşah qızlarının evliliklәri

259691
Hərəmin öz dünyası 18 / 2015

Söhbәtimizin bugünkü hissәsindә yenә hәrәmәn yeganә azad qızları olan padşah qızlarının evliliklәrindәn danışmağa davam edәcәyik.Osmanlılar, Anadoludakı bütün Türk bәyliklәrini aradan götürdüktәn sonra әtraflarında qız alıb verәcәklәri özlәrinә bәrabәr xanәdan qalmamışdır. Belәliklә, padşahlar cariyәlәrlә evlәnmәyә, qızlarını da dәvşirmә yoluyla alınıb Dövlәt xadimi olmaq üzrә saraydakı mәktәbdә tәhsil götürmüş kişilәrә vermәyә başladılar. Padşah qızı ilә evlәnib xanәdana qarışmaq Әndәrunda tәhsil götürәn gәnclәrә ayrı bir güc qazandırırdı. Siyasi güc müvazinәsi nәzәrdә tutularaq reallaşan evliliklәrdә kürәkәn gәnc olmaya bilәrdi, lakin hәr şәrtdә kürәkәnin parlaq bir karyerasının olması yaxud gәlәcәk vәd etmәsi vacibdir. Padşah qızını evlәdirmәyә qәrar verdiktә, sәdrәzәmә bunu rәsmi bir yazı ilә bildirәr, kürәkәn olacaq şәxsin adaq üçün әşyaları göndәrmәsini istәrdi. Bәzi dә padşah sәdrәzәmә mәktub yazıb bildirәrdi ki, qızı әrә verәcәyәm, uyğun kürәkәn tәklif edilsin. Kürәkәn namizedi, padşah tәrәfindәn kürәkәnliyә seçildiğini göstәrәn fәrmanı aldıqda dәrhal hәyat yoldaşını yaxud hәyat yoldaşlarını boşardı. 19-cu әsrә qәdәr bu evliliklәrdә padşah qızlarının razılıqları alınmazdı. Lakin 19-cu әsrin әvvәlindә padşah qızlarının hәm kiçik yaşda әrә getmәlәrinә son qoyuldu, hәm dә kәbin kәsilәcәk kürәkәni seçmә hüquqları tanındı. Bu tarixdәn tutmuş soltanların dövrlәrinin әn yaraşıqlı kişilәrini seçib әrә getdiklәri mәlumdur. Yenә hәmin tarixdәn sonra birinә aşiq olub evliliklәrin reallaşdığı da aydındır.
Padşah qızlarının әrә getmә prosesini şәrh etmәyә davam edirik. Padşah, qızı ilә evlәndirmәk istәdiği şәxsә bir fәrman göndәrәr, sonra hazırlaqlar başlardı. Әkrәsiyyәtlә kürәkәnlәrә, lazımı әrmağanları satın ala bilmәsi üçün xәzinәdәn pul verilәrdi. Kürәkәnlәr, padşaha qarşı çox borclanardı. Hәrgah boşanmalı olsalar kürәkәn bu borcu ödәmәyә mәcburdu. Bu boşanma qәrarına da ancaq padşah yaxur qızı yetişә bilәrdi. Kürәkәn padşah qızına borc sәnәdi verәrdi. Bu sәnәdlә yanaşı ona üzük, sırğa, qol bağı, güzgü, hamızı qiymәtli daşlarla bәzәkli qurşaq, ayaqqabı v.s әrmağan etmәk mәcburiyytәndәydi. Әrmağanların az yaxud çox olması kürәkәnin maddi vәziyyәtindәn asılı olurdu. Varlı olanlar, başda padşah olmaqla padşahın başqadını ilә digәr qazıәfәndilәrә, oğulları vә qızları ilә sarayın әn rütbәli ağasına әrmağanlar göndәrәrdi. Padşaha cins bir at tәqdim edilәr, digәrlәrinә isә xalça, qiymәtli kitab v,s verilәrdi.
Adak mәrasimindә, mәrasim libaslarını geyinmiş ağalar tәrәfindәn kürәkәnin gәtirdiği әrmağanlar daşınar, bәzәkli atların üstündә müxtәlif çiçәklәr, digәr әrmağanlar xalqa göstәrilәrdi. Alay, әrmağanları sarayın әn yüksәk rütbәli ağasına tәslim edәrkәn mәhtәr dәstәsi oynaq havalar çalardı. Adaq mәrasimindәn sonra hәrәmdә vә şәhәrdә şәnliklәr keçirilәrdi. Toy mәrasimi bir neçә gün davam edә bilәr, Dövlәt xadimlәrinin qәsrlәri eynilә doğumda olduğu kimi rәngli qәndillәr, fanuslar vә fәnәrlәrlә işıqlandırılar, meşәlәr yandırılardı. Dәnizin üstündә dә qayıqlarda od yandırılar, bu da әhalini әylәndirәrdi. Böyük meydanlarda nümayişlәr olardı, nağaralar çalınar, Gülәş müsabiqәlәrdә keçirilәrdi. Şәnliklәr davam edәrkәn, soltanın cehizi sarayın bir otağında böyük Dövlәt xadimlәrinә göstәrilәr, sonra da mәrasimlә kürәkәnin sarayına yaxud qәsrinә göndәrilәrdi. Digәr tәrәfdәn, padşah qızı ilә kürәkәninә bir saray satın alardı vә döşәdәrdi. Әgәr әrә gedәn qız, padşahın qızı yox bacısı olsa ona saray verilmәzdi, lakin bir qәsr kirayә götürülәrdi.
Kәbini, dövlәtin әn yüksәk sәviyyәdәki din vәzifәlisi şeyxül İslam kәsәrdi. Tәntәnәli kәbin kәsmә mәrasimindә gәlinlә kürәkәn әvәzinә yüksәk sәviyyәli vәzifәlilәrdәn nümayәndәlәr iştirak edәrdi. Soltanların toy mәrasimlәrinin әn parlaq әylәncәsi hena gecәsi olardı. O gecә, Dövlәt xadimlәrinin hәyat yoldaşları hәrәmә dәvәt edilәrdi. Padşahın qadın әfәndilәri tәrәfindәn qonaq edilәn bu qadınlar, hәyat yoldaşlarının statusuna uyğun hәdiyәlәr gәtirәrdilәr. Sәdrәzәm әvvәldәn kimin hansı hәdiyәlәri verәcәği barәdә bir siyahını padşaha tәqdim edәrdi. Dәvәtlilәr, hena gecәsi gec saatlara qәdәr hәrәmdәki әylәncәlәrә tamaşa edәr, mәrasimdәn sonra hәrәmdә qonaq olardılar, ertәsi gün keçirilәn gәlin alayında iştirak edirdilәr. Alayda iştirak edәnlәr әn gözәl libaslarını geyinirdilәr. Bәzәkli atlar vә arabalar içindә hәrәmin qadınlarından savayı Dövlәt xadimlәri dә alayda iştirak edәr İstanbulun küçәlәrindәn keçәrkәn tamaşa edәnlәrә pul verәrdilәr. Bu tәntәnәli toy mәrasimlәri, xalqa dövlәtin gücünü göstәrmәyin vә bәzi dә әldә edilmiş bir mәğlubiyyәti unutdurmağın bir vasitәsi idi. Misal üçün , 3-cü Әhmәdin qızı Fatma Soltanla Silahdar Әli Paşanın çox tәntәnәli toy mәrasimi, eynilә Osmanlıları 16 il әvvәl yaranan 2-ci Vyana mәğlubiyyәtinin aradan götürülә bilmәyәn psixi tәsirindәn xilas etmişdir. Padşah bu toy mәrasiminin keçirilmәsindә o qәdәr tәlәsmişdir ki, uyğun yaşda qızı olmadığı üçün Fatma Soltan hәlә 5 yaşındaykәn әrә verilmişdir. Lakin, görkәmli toy mәrasimini heç vaxt hәqiqi bir evlilik tәqib etmәmişdir. Çünki silahdar Әli Paşa, hәyat yoldaşı hәlә әrә getmә yaşına gәlmәmiş, getdiği Avsturyaya qarşı Pәtәrvaradin hәrbindә hәlak olmuşdur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr