Keçmişə salam 9 / 2015

Alacahöyük

255210
Keçmişə salam 9 / 2015

TRT Türkiyənin səsi radiosundan sizlərə və keçmişə salam deyərək , Dünəndən bu günə Türkiyə , silsiləsində Alacahöyük antik şəhərinə səyahət edəcəyik .
Çorumun şərqində Alaca qəsəbəsinin şimal-qərbində yerləşən Alacahöyük ilk dəfə 1835-ci ildə Hamilton tərəfindən tanıdılıb, bu bölgənin əhəmiyyətli mərkəzlərindən biri olan o illərdən bu günə dək böyük orta Anadolunu ziyarət edən elm adamlarının ziyarət yeri olmuşdur. Günümüzdə tarixi sərvət kimi qorunan əsrarəngiz şəhərin kəşfi isə 1870-ci ilə təsədüf edir. Bəzi qaynaqlarda vurğulanır ki , 1861-ci ildə Perrot Anadoluya səfəri çərçivəsində Alacahöyükə gəlmiş və buranın giriş qapısının sag və sol tərəfindəki 4 künc planı ilə orthostatlardan birini üzə çıxarıb. Perrot qazintılardan sonra buranın hitit dövrünə aid oldugunu irəli sürmüşdür. Bənzərsiz tarixi yadigarı sayılan antik şəhərdə ilk arxeoloji qazıntılar 1878-ci ildə başladı. lakin günümüzdə də qazıntılar davam edir və tarixin gizli qalmış sirləri hələdə işıq üzünə cıxır.
Yazılı qaynaqlarda o da vurğulanır ki , bura saraylarla ,dini məbədlərlə , teatr və dükanlarla cox zəngin olub. 1893-cü ildə Çantre Anadoluya səfər edərkən Alacahöyükə gəlib, buranın dörd künc dəhlizi və onun arxasındakı ikinci qapını və qapının cəftələrini aşkarlayıb. Arxeoloq buranın bir saraydan başqa məbəd qapısı ola biləcəyini də irəli sürür. Ramseydən sonra, tarixi məbəd qapısının şərqindəki aslan təsvirlərini də kəşf edən Çantre bu qapılardan biri üzərində olan yazının Friq yazısı olduğuna bir daha əmin olub. Daha sonra 1906-cı ildən indiyədək Bogazköydə çalışan arxeoloqlar Höyükdə araşdırmalar aparmaga qərar veriblər. 1907-ci ildə Makridi bəy təxminən 15 gün burada araşdırmalar aparmış Alacahöyükün ana qapısına catmadan solda isə onun özü qədər əhəmiyyətli olan daha bir neçə yerdə orthostat tapmışdır.
Höyüktə ilk qazıntılar Cümhuriyyət zamanında başladılıb. Belə ki , burda bir cox dükanlar,hamamlar, yaşayış evləri sanki şəhər içində şəhər yaradıb. Aparılan qazıntılar nəticəsində Alacahöyükün Kalkolitik dövrdən günümüzə qədər bu məskənə səhnə olan höyüktə 4 mədəniyyət qatı aşkarlanıb. Kalkolitik, qədim tunc, hitit və Friq dövrlərini əhatə edən bu qatlar 15 müxtəlif memarlıq təbəqəsinə ayırır.
Günümüzə qatların yalnız hissələri qalsada onların , görünüşlü və memarlıq üslubu insanı heyrətə gətirir. Sütunlarla bəzənən sarayların , eyvanları əzəmətli teatıra acılır. Teatr özü isə Alacahöyükdə sıpər kimi dayanıb.
Bizim eranın 3 minilliyinin ikinci yarısında kalkolitik dövrü təqib edən və 4 quruluş qatı ilə təmsil olunan qədim tunc dövrü Alacahöyükdə 13 kral məzarı ilə şöhrət qazanmışdır. Günümüzdə insanları heyrətə gətirən, 5 və 7 qata aid olduğu bilinən məzarlar şəhərin xüsusi bir yerində yerləşir. Bunlar Anadolunun, hətta orta Asiyanın taysız-bənzərsiz məzar nümunələri olaraq xarakterizə edilə bilər.
O dövrdən qalan ən zəngin və çeşidli məzar hədiyyələri qədim tunc dövründə Ege və qarşı Asiyada olub. Bunların arasında günümüzədək gəlib çatan, digər mədəniyyət bölgələrində aşkarlanmayan günəş, ceyran və qoç heykəlləri, bəzək əşyaları, qılınc, balta kimi alətlərlə bişmiş torpaq, daş, qızıl, gümüş, tunc, misdən hazırlanan əsərlər yer alır.
Qədim tunc dövründə Alacahöyükün memarlıq sistemi, qalıqları günümüzə qədər gəlib catan Anadolunun özünəməxsus texnikasına görə inşa edilən şəhər daş təməl, kərpic divar, düz tavan, suvaqlı döşəmə və torpaq damlıdır.
Alacahöyükün günümüzə gəlib çatan hitit təbəqələri üç quruluş qatından ibarətdir. Antik şəhərin kənarında müdafiə sistemi yaradılıb, şəhərə girişi təmin edən qoşa qapı aşkar olunub. Bunlardan biri şimal qərbdəki məbəd qapısı, digəri isə höyügün qərbindəki qapıdır. Burada şəhərin dini qapısı olan şimal-qərbdəki qapıda iki sfenks yerləşir. İki metrdən çox olan və monolit daş atmalar üzərində yonulmuş heyvan başlari tesvirleri diqqəti çəkir. qabaran iri gövdəli sfenkslər tək-tək və qısa ayaqlar üzərindədir. Fırtına tanrısı şərəfinə keçirilən və Hitit dini kəlamlarından və bayram mərasimlərindən tanınan kral və ailəsi burada buğa qarşısında dua edərkən təsvir edilir. Qoşa qapıdan içəri girdikdən sonra sağ tərəfdə “Məbəd saray”adlanan böyük bir hitit quruluşunun təməlləri görünür.
Antik şəhərdə müasir Türkiyənin arxeologiya muzeyi fəaliyyət gösdərir ki, burda Alacahöyük mədəniyyətinə məxsus saysız hesabsız tarixi sərvət nümayiş olunur.
Bütün bunlar Alacahöyükün tarixi sərvətlərinin bir parcasıdır. Sadalanmaqla bitməyən bu dəyərlər sirasında daha neçə-neçə məbəd və antik Şəhəri önəmli yerdə dayanır. Min illəri geridə qoymasına baxamayaqarq bu gündə bizləri heyrətləndirən Alacahöyükdə aparılan qazıntılar görünür hələ cox sərvəti ortaya cıxaracaq. Başdan basa tarix xəzinəsi olan əzəmətli türk torpaqlarının zəngin kecmisinə ayna tutacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr