Hərəmin öz dünyası 10 / 2015

Validә Sultan

255145
Hərəmin öz dünyası  10 / 2015


Osmanlı sarayının hәrәminә daxil olan bir qadının yüksәlә bilәcәği әn yüksәk status padşah anası yәni Validә Sultan olmaqdır. Padşah anası olduqda bütün hәrәmin idarәsi onun ixtiyarında olurdu. Padşah anaları kimi qızlarına da Sultan deyilirdi. Sultan sözündәn qadınlar üçün işlәdilmәsinә ilk dәfә 16-ci әsrdә tәsadüf edilir. Yavuz Sultan Sәlimin xanımı vә Möhtәşәm Süleymanın anası, Hafsa Sultan olaraq yad edilib. Hafsa Sultanın bu adla yad edilmәsindәn Krım Xanının qızı olmasının böyük payı ola bilәr. Qızını o dövrdә Kәfә Bәylәrbәyi olan şahzadә Sәlimә verәn Krım Xanı Mәngli Qiray, şahzadәnin padşah olmasına da dayaq olmuşdur. Sәlimin hәyat yoldaşından sonrakı padşah analarına da hәmişә Sultan deyilib. Bәzi, padşah anası olmadan da Sultan olaraq xitab edilәn padşah qadınları da var, lakin bunlar istisnadır. Әsas olaraq qadın әfәndi olaraq tanınmış padşah yoldaşları, oğulları padşah olduqda Validә sultan olaraq yad edilmәyә başlanırdı. Hәtta oğulları padşah olmadan vәfat edәn analar belә daha әvvәl özlәrindәn qadın әfәndi olaraq söz aparıldıqda oğulları padşah olduqtan sonra vәfat etsәlәr belә artıq onlara sultan deyilirdi. Özlәri dә mәktublarına Validә Sultan olaraq qol çәkirdilәr.
Yeni padşah taxta oturma mәrasimindәn әvvәl, anası hәrgah o tarixә qәdәr әvvәlki sarayda qalsa, oğlunun yanına Topqapı sarayına köçürdü. Validә sultanın keçәcәği yolda yeniçәrilәr yerlәşәr, salam verirdilǝr. 1789-cu ildә taxta oturan 3-cü Sәlimin anası Mihrişah Sultan üçün keçirilәn mәrasimdә yolda yığışan insanlara pul verilib. Validәnin qafilәsi, sarayın hәyәtinә daxil olduqda padşah anasını üç dәfә yerә әyilәrәk salamlayıb, sağ tәrәfindәn açılan arabanın pәncәrәsindәn anasının әlini öpüb vә qabağına düşüb onu hәrәm dairәsinә aparıb. Әldәki sәnәdlәrә әsasәn, validә sultanın hәrәmә daxil olmasının ikinci günü, sәdrәzәmә, padşah vә validә sultan tәrәfindәn birәr hökm göndәrilib vә validә sultanın gәldiği bildirilib. Hәmin zamanda sәdrәzәmә bir kürk, bir dә xәnçәr әrmağan edilib. Sәdrәzәm, bunları gәtirәnlәri qapıda qarşılayıb, padşahın hökmünü oxuyub, göndәrilәnlәri mәrasimlә geyinib, kürkü gәtirәnlәrә әrmağanlar verib.
Hәrәmdә padşahın otaqlarından sonra әn böyük otaq anasının otağıdır. Yemәk otağı, qonaq otağı,, hamamı, zirzәmisi vә mәtbәxi ilә bir xeyli böyükdür. Padşahlar, hәmçinin analarına müxtәlif qeyri mәnqullәr verәrdilәr. Sadәcә validә sultanın sabit malları ilә әlaqәli fәaliyyәtlәri saraydan kәnarda tәqib etmәkdә vәzifәli kәndxüdalar vardı. Bu vәzifәli xeyli güclü biri olurdu. Validә sultanın hәmçinin geniş bir cariyә qrupu vardı. Hәrәmdәki işlәri xәznәdar usta vasitәsilә idarә edirdi. Hәrәmdәki bütün işlәr validә sultanın mәlumatı daxilindә vә onun istәklәrinә uyğun görülürdü. Padşahın cümә günlәri xalq içindә mǝscidǝ namaz qılmağa gedib gәlmә mәrasimi olan Cümә Salamlığında validә sultan da iştirak edirdi. Validә sultanlar iştirak etdiklәri mәrasimlәrdә geyimlәrilә diqqәtlәri cәlb edirdilәr.
Validә sultanlar, öz adlarını qoyduqları bir çox xeyir mәrkәzlәri tikdiriblәr. Camelәr, mәscidlәr, mәktәblәr, mәqbәrәlәr, çeşmәlәr, pulsuz su vә şәrbәt paylanan sәbillәr bunlardan bәzilәridir. Validә sultanlardan bәzilәri hәlә hәyatda olduqları vaxt öz mәqbәrәlәrini tikdiriblәr, bәzilәri üçün isә vәfatından sonra oğulları özәl mәqbәrәlәr inşa etdiriblǝr. Sadәcә bir hissәsi ailә fәrdlәrinin yan yana tapşırıldığı mәqbәrәlәrә dәfn ediliblәr. 16-cı әsrә qәdәr validә sultanlara tikdirilәn özәl mәqbәrәlәr Bursa şәhәrindәydi. 16-cı әsrin әvvәlindә Yavuz Sultan Sәlimin anası Trabzonda özü üçün tikdirilәn özәl mәqbәrәyә dәfn edilib, sonrakı padşahların analarının hamısının mәqbәrәlәri İstanbulun müxtәlif sәmtlәrinә olub.
Validә Sultanların ümumilikdǝ dövlәt işlәrinә müdaxilә etdiklәri, oğulları ilә birbirlәrinә yazdıqları sәnәdlәrdә әks edib. İlk dәfә, 15-ci әsrin axırlarında Osmanlı padşahı 2-ci Bәyazidin anası Gülbahar Sultanın oğluna yazdığı mәktublarda dövlәt xadimlәri haqqında düşüncәlәrini dilә gәtirdiği qeydedilib. Xanımı Hürrәm Sultanı çox sevәn Sultan Süleymanın hәmçinin anasının dövlәt işlәrinә müdaxilә etmәsinә icazә verdiği, onun bәzi istәklәrini yerinә yetirdiği qeydә alınıb. Hürrәm Sultanın gәlini Nurbanu Sultanın validә sultanlığı zamanı dövlәt işlәrindә çox tәsirli olduğu, onun oğlunun xanımı Safiyә Sultanın da validә sultanlığı zamanı öz növbәsindә hәmin tәrzdә güclü bir validә sultan olduğu Osmanlı tarixindә qéyd olunub. Belә ki, 1566-1656-cı illәr arasında Osmanlı tarixindә Validә Sultanlar dövrü yaxud Qadınlar sәltәnәti olaraq xatırlanır. Validә Sultanların әn güclüsü isә heç şübhә yoxdur ki, Kösәm Sultandır. 1623 ilә 1651-ci illәr arasında, hәr iki oğlunun da padşahlığı zamanı dövlәtin rәhbәri eynilә Kösәm Sultandır. Hәmçinin, onun idarәçiliyi nizamlı bir idarәçilik deyildir. İntriqaların, qanlı hadisәlәrin hakim olduğu bir dövrdür. Onun buyruğu ilә adamlar hәlak edildi, hәtta ixtilallәr hәyata keçirildi. Kösәm Sultanın qәtlә yetirilmәsinә sǝbǝb olan Turxan Sultan isә sevilәn bir validә sultandır. Oğlu 7 yaşında taxta oturan Turxan Sultan, dövlәt işlәrini öhdәlәnmәk әvǝzinә, Osmanlı tarihinin әn uğurlu dövlәt xadimlәrindәn biri olaraq tarixdә yer tutacaq Köprülü Mәmmәd Paşanı sәdrәzәmliyә tәyin edib. Osmanlı sәltәnәtinin axırına qәdәr, anaların oğullarının taxta oturması üçün mübarizә yeritdiklәri aydındır, lakin bir daha heç vaxt 16-cı әsrin ortası ilә 17-ci әsrin ortasını әhatә edәn dövrdәki qәdәr idarәdә söz sahibi ola bilmәdilәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr