Keçmişə salam 5 / 2015

Çatalhöyük antik şəhəri

229139
Keçmişə salam 5 / 2015

TRT Türkiyənin səsi radiosundan sizlərə və keçmişə salam deyərək , Dünəndən bu günə Türkiyə , silsiləsində Çatalhöyük antik şəhərinə səyahət edəcəyik .
Orta Anadoluda , 9 min il əvvələ aid yaşayış yeri olan Çatalhöyük Neolit dövrünün ən qiymətli antik şəhərlərindən biridir. Şərq və qərb istiqamətlərində yan-yana iki höyükten ibarət antik şəhər bu gün Konyanın 52 km-də Çumra bölgəsinin yerləşir .
Daş Dövründə Catalhöyük Kurqanlarda 2 min il davam edən yaşayış, həyat tərzi zaman kecdikcə seyrini dəyisdirir. İnsanların ərsəyə gətirdiyi şəhərlər, maddi və mənəvi irəlləyiş ənənəsi, son dərəcə fərqli və bənzərsiz Catalhöyük mədəniyyətinin təməlini təşkil edir.
Neolit dövrünün yaşayan sərvəti Çatalhöyükün digər antik şəhərlərdən əsas fərqi budur ki, burda bir şəhər yox iki şəhər mövcud idi. Dünyanın ən qədim yaşayış məsgənlərindən olan antik şəhərin sakinləri olduqca calışqan və zəngi idilər. Əsasən əkinçilik və heyvandarlıqla məsgul olsalarda, sənətkarlıq və incəsənətə cox baglı idilər. Demək olar ki antik şəhərdə yaşayan 8 min dən artıq insan həm calışır, həmdə dini və mərasimlər təşkil edərək gözəl zaman keciridilər. Bütün bunlar əsas verirdi ki, Antik şəhər sahib oldugu böyük sərvətləri sayəsində 2012-ci ildə YUNESKO-nun Dünya Mədəniyyət Miras xəzinəsinə daxil edildi.
Şərq və Qərb olmaqla iki hissəyə ayrılan antik şəhərdə yarım əsrdən coxdur ki, davam edən qazıntılar bu gün də davam edir. Şərq Höyük ərazisi adlanan yerdə bu günə qədər tapılmış ən qədim yaşayış yeri məhz catalhöyükdədir.
Neolit dövrü yaşayış məsgəni olan bu yer 1958-ci ildə arxeoloq Ceyms Mellart tərəfindən kəşf edilib . antik şəhərdə ilk arxeoloji qazıntıları 1961-65-ci illərə təsadüf edir,bu qazıntılar isə günümüzə qədər davam etməkdədir. Hər il bir-birndən dəyərli tarixi yadigarını isıq üzünə cıxaran Catalhöyük həmdə bir sirr və müəmma şəhəridir. Kembric Universitetindən Ian Hodder tərəfindən həyata kecirlən ,dünyanın ən böyük ,ortaq arxeoloji qazıntısı İngiltərə, Türkiyə, Yunanıstan, ABŞ-lı alimləri bir araya gətirdi. Hələdə davam edən ortaq iş 2018-ci ildə tamamlanacaq və dünyanı heyrətə gətirəcək bir tarixi fakt və əsər acıqlanacaq.
Şəhərdəki qazıntı işləri sayəsində e.ə 7400 - 6200 illəri aid 18 neolitik yaşayış layı aşkar edildi, Erkən Neolit dövrün ilk mərhələsinə aid yaşayıq qatları müəmmalı tapntılardan hesab olunur.
Cənub yamaclarında həyata kecirilən qazıntı nəticəsində aşgarlanan saxsı qablar Höyükdəki məsgunlaşmaın ilkin Kalkolitik dövrə aid olduğu müəyyən etdi . Həmcinin şəhərə dair bircox sual öz cavabını tapa bildi. Beləki Catalhöyükün memarlıq üslubunin digərlərindən cox fərqləndiyi , hec bir mədəniyətdə rast gəlinməyən yaşayış izləri burda aşgarlandı. Şəhəri şüa nizamlı,yaşayış yerləri,sauqili küçələr,yarltı keçidlər, su kanalları ,bu seqmentdə memarlıq nümunələrindən cox fərqlənirdi. Şəhərdəki evlərin bir-birinə bitişik inşa edilməsi ,divarların ortaq istifadə olunması , həyətlərə açılan dar keçidlərin burda insanların bərabər yaşamasına bir örnək idi. Həm hava, həm işıqlandırm həddindən artıq düşünülmüş şəkildə icra olundugu ücün labirint şəkilli məhəllə anlayışıda ilk dəfə burda meydana gəlib. Bütünlüklə yan- yana sıralanan evlər qədim insanların zəkasına heyrət doğurur. Bu insanlar Çatalhöyükdə ilk şəhəri meydana gətirəcək qədər agıllı idilər.
Bir-birinin üzərinə , eyni planla inşa edilən bu evlər en az 80 il istifadə edilirdi. Bu müddət bitdikdə isə evlər torpaqla doldurulur və üstünə eyni planla yeni ev inşa edilirdi.
Dördbucaqlı ,kəsmə kərpiclərlərdən tikilən evlərin uzun ömürlü olması ücün palcığın tərkibində ot və bitki budaqları ,yarpaqlar qatılırdı . bu səbədən uzun ömürlü evlərin digər mistik dəyəri bu idiki bu evlərdə yaşayanlar vəfat edən yaxınlarının elə öz evlərinin zirzəmisndə dəfn edirdilər.

Qazıntılar zamanı acılan məzarlarda insan skletlərin başsız olması , bir inancı orataya cıxardı ki , bu şəhərin sakinləri inanırdılar ki ,öldükdən sonra vicudlarına görə yox, başlarına görə hesab verəcəklər. bu səbəbdəndə baş bədəndən üzülərək yandırılırdı. Müqəddəs şəhər hesab hesab olunan Catalhöyükdə 1963-ci ilidə aparılan qazıntılar nəticəsində şəhərin planı və xəritəsi hesab edilən dəyərli bir rəsm aşgarlandı .Təxminən 8200 il yaşı olan bu bənzərsiz xəritə dünyanın ilk xəritəsi hesab olunur. 3 metr uzunluğu ,90 sm eni olan Catalhöyük xəritəsi bu gun Ankara Anadolu Mədəniyyətləri Muzeyində qorunmaqdadır.
Catalhöyük antik şəhərində evlərin iç-içə, yan-yana inşa edilməsi ayrı bir araşdırma mövzusudur, Bu mövzuda tarixci-arxeoloq Hodder yazırdı ki , döyüş və dağıntı izlərinə rast gəlinməyən şəhərdə görünür insanlar rahat və sakit həyat sürüblər .bu rahat həyat tərzinin izləridə şəhərdə görünməkdədir. Beləki ,təmiz və baxımlı yaşayış evlərinin damları qədim insanların mərasim və ayin yeri olub. Onlar gündüzlər çalışır, gecələr isə əylənirdilər.
Antik şəhərin sakinləri əsasən ovculuqla zaman keçirsələrdə ,əkinçilikdə buğda, arpa və noxud kimi bitkiləri becərirdilər. Yerli əhalinin ən maraqlı məşğuliyyətlərindən biridə yaxınlıqda yerləşən Həsən dağından qaya duzu çıxarmaq idi. olduqca calışqan olan xalq aralıq dənizi sahillərindən gələn zərgərlik sənətinədə böyük maraq gösdərirdilər. Qazıntılar zamanı şəhərdə tapılan parca nümüunələri burda toxuculuğunda geniş vüsət aldıgını göstərir. şəhərdə sənətkarlar isə əsasən dulusçuluq, ağac oyması, səbətcilik , sümük aləti istehsalı kimi sənət növləri ilə məsğul olurdular.
Catalhöyükdə tapılan antik divar şəkilləri, əsasən qırmızı çalarlı boyalarla işlənib, həndəsi bəzəklər, kilim motivləri, iç-içə keçmiş dairələr, ulduzlar və çiçək rəsimləri burda aşgarlanan təsvirlərin əsasını təşkil edir. Qayalardakı, tanrı , insan, heyvan rəmzləri isə dinin inanclarını tərənnüm edir. Motivlər antik şəhərdə insanların mədəniyyətə ,bağlılığını isbat edən ən gözəl örnəkdir.


Evlərdə ov və rəqs səhnələri ilə yanaşı insan və heyvan təsvirləri cox əks olunur. Burda həmcinin 8800 il yaşı olan dünyanın ilk kilim motividə mövcuddur. Catalhöyük antik şəhərində insanlar ,inanclara cax bağlı idilər, şəhərdə asgarlanan inanc evləri, olduqca geniş, mohkəm insa olunan dini məbədlər bunun bariz nümunəsidr.
Divar rəsimləridə bu dinin inaclardan bəslənməkdədir, Şərq Höyükündə sayı 40 dan artıq olan bu tərz ibadət evləri qabartma və heykəllərlə, bəzədilib. Bəzi məbədlərdə isə antik dövrdə çox az rast gəlinən cadugərlik simvolları əks olunub . bu isə qədim insnlarda cox az rast gəlinən bir hal idi. Məbədlərdə olduqca maraqlı təsvirlər yer alır onlar icəsisində ən diqqət cəkənlərdən bir də Catalhöyükə yaxın olan Həsən dağının partlaması təsviridir. Maraqlısı budur ki, min illər əvvəl dagın necə partladılması insanlar ücün bu gundə bir sirr və müəmmadır.
Bu müəmmalardan biridə Ana Tanrı inacının geniş yayılıdığı şəhərlərdən olan catalhoyükdə saysız hesabsız tanrı bütlərinin , heykəlləri qeyb olmasıdır. Təsadüfi deyil ki , Anadoluda ən qədim Ana Coddess Cult mərkəzlərindən birinin Çatalhöyük olduğu bilinməkdədir. Lakin onu yeri hamıdan sirr kimi qorunur. Bir sözlə catalhöyük antik şəhəri başdan -başa bir sirr və müəmmadır. özüdə tarixə və gercəkliyə söykənən sirr. Bu sirrin cözülməsi ücün isə hələ necə min illər geridə qalmalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr