Keçmişə salam 4 / 2015

Pamukkale Hierapolis Antik şəhəri

211927
Keçmişə salam  4 / 2015

Yunan dilində müqəddəs şəhər mənasını daşıyan Hierapolis tarixdə dini inanc məbədi ,Yunan Allahlarının evi ,ölümsuzlük məskəni kimidə tanınır.

Dünyanın məhşur səyyahlarından olan Strabon yazırdı ki , Hierapolis Karia bölgəsinə sərhəd olduğu üçün onun Frikya şəhəri hesab edirlər .Antik Hierapolisin yaranışı ilə bağlı o da vurğulanır ki , 2 ci yüzilikdə Perqamon kralligi zamanında Eumenes tərəfindən inşa edilib.

Antik şəhərin yaranış fərziyələrindən birindədə qeyd olunur ki ,Perqamon krallığının əfsanəvi qurucusu Telephosun həyat yoldaşı, Amazon kraliçasi Hieradın şərəfinə ucaldılıb və şəhər öz adınıda kralicanın adından almaqdadır.
Hierapolis haqqında yazılı mənbələrdə ən çox rast gəlinən bilgilərdən biridə budur ki ,şəhər Roma İmparatoru Neron zamanında , bizim eranın 60 cı illərində güclü zəlzələyə məruz qalaraq yerlə yekasn olur, böyük itkilər verən Hireapolis zəyiflədikdən sonra bizim eranın 395 ci ilində Bizanslıların əlinə kecir. Mistik şəhər ancaq 12 cu əsrin sonlarına doğru Anadolu Səlcuqlu dövlətinin tərkibinə qatılaraq yenidən dirçəlişə nail ola bilir.
Şəfa yeri ...
Antik Hierapolisi həmdə şəfa yeri adlandırırdılar.
Şəhərin yeraltı mineral suları sayəsində ,dərdinə dərman tapmaq isdəyənlər ,yüzillər boyunca bura üz tutdular. Yeraltı isti su qaynaqlarının meydana gətirdiyi,təbiət sərvəti,əsrarəngizi şəfalı su quyuları minlərlə insanı sağaldaraq yenidən həyata qaytadı.
Yeraltı sular min illər ərzində daşa çevrilərək təbiət möcüzəsi sayılan böyük daş silsiləsini yaratdı.Çökələz Dağının ətəyində kalsiyum oksidli suyun sərtləşməsi ilə meydana gelen pambıq kimi ağ daş silsiləsi Kalsiyum duzları və karbondioksid qazı ilə birləşərək , 35 dərəcə istiliyi olan su qaynağını üzə cıxarıb .
Gecə-gündüz qaynayan yeraltı sular buxarla birləşərək ,havaya qarışır, insana heç bir mənfi təsir göstərmədən xəstəliklərə dərman olurdu . lakin suların mənbəyinə enildiyi zaman suyun insanları dərhal öldürməsi Heropolisin bilinməyən sirlərindən sadəcə biri idi.
əsrlər boyu bir çox xəstəliyə carə olan bu sular, şəhərə insan axını yaratdı, gecə gündüz bura gələnlər,zaman kecdikcə şəfalı su mənbələrinin ətrafında yaşamağa və şəhər salmağa başladılar .
Hamam ....
Hieropolisin ən məhşur rəmizlərindən biri ,şəhərin girişind var olan tarixi hamamlar ,iki zərurətdən yaranıb ,birincisi xəstələrin şəfa yeri ,ikinci zərururət isə , şəhərə gələnlərin bu hamamlarda yuyunub təmizlənməsi idi. Hierapolis daxil olanlar mutləq yuyunub bura ayaq basa bilərdilər ,cünki antik şəhər Tanrıların evi idi. Bu evdə paklıq,təmizlik hər zaman öndə idi.

Teatır.
Tanrıların evi hesab olunan şəhərin günümzə gəlib catan ən önəmli əsərlərindən biridə Antik teatırdı. 10 min insanın eyni anda qəbul edə bilən teatırın görnüşü və yerləşmə cografiyası bunu deməyə əsas verir ki, bura həmdə, qaldiator döyüşlərinin həyata keçirildiyi mövcud coğrafiyadakı yeganə yeri idi. Bunu isbat edən ən önəmli dəlillər bu gündə teatırda olduğu kimi qorunmaqdadır.

YUNESCOnun Dünya mədəniyyət Mirasına daxil edilən 2500 ilik Pamukkale Hierapolis Antik səhərində aparılan arxeoloji qazıntılar nəticəsində hec bir antiq Teatrda rast gəlinməyən mifaloji qabartmalar aşgarlandı.
Yamaca söykənən cebhəsi ilə Roma teatırlarının ən güzəl nümunəsi olan , bu möhtəşəm teatır 50 oturma sırası və 8 pilləkəni ilə 9 bölməyə ayrılır. Heykəllərlə bəzədilən teatır sütunları üzərində dayanan divarlarda mərmər qabartmalar məkana misilsiz bir gözəlik bəxş edir.
Divar boyu qabartmalarda Tanrı Apollon ve Artemisin doğuluş səhnələri ,həmcinin Allahlarla divlər arasındakı savaş səhnələri kimi bir çox, mifik hadisə yer alır. Dini mərasimlər və İmparator Septimus Severusun taç geyinmə mərasimi də qabartmalarda əks olunan hadisələrdən dir.

2010 ci ildə Hierapolis Antik Teatrının Səhnə Binasında aparılan arxeolji qazıntılara 1 milyon 750 min türk lirəsi xərclənərək , 3 minə yaxın tarixi əsər işıq üzünə cıxarıldı .
19 aprel 2010 ci ildə başlayan bərpa və yeniləmə işləri 2013 cu ildə tamamlandı. Türkiyədə Səhnə Binası bərpa edilen yeganə teatır ünvanı qazanan Hierapolis Antik Teatır yenilənmə işlərindən sonra 12 min tamaşacını qəbul edə bilir. Bu səbəbdən də günümüzdə mədəni tədbirlərin ,kosnert və festivalların kecirilidiyi ən önəmli antk tatırlardan biridir.

Sütunlarla bəzənən teatır Babadağ və Honaz Dağlarının mənzərəsi il əzəmətli bir peyzaj yaratmaqdadır. Çürük su Nəhrinin meydana gətirdiyi vadiye hakim ərazidə yerləşən teatırın cevrəsində yüzlərlə isti və soyuq müalicəvi hamamlar , antik mağaralar, evləri ,ibadət yerləri kimi tarixi məkanlar dəyər sayəsində Hierapolis 1988 ci ildə YUNESCO nun dünya mədniyyət mirasi xəzinəsinə daxil edilib. Və bu xəzinənin ən qiymətli incilərindəndir.

Zəlzələ
Rəvayətlərə görə Yunan Allahlarının evi, Tanrıların şəhəri sayılan Hieropolis öz misilsiz gözəlliyini ,şəfalı su qaynaqlarını , Yunan Tanrılarından alıb ,lakin qəzəbə gəldiyi an ,bütün şəhəri yerlə yeksan edəcəyinə inanılan yeraltı Tanrı Plutoda Hieropolisdə yaşasada bir gun qəzəblənərək şəhəri yerlə yeksan edir. şəhərdə baş verən dəhşətli zəlzələ və minllərlə insanın ölümü hamını inandırdı kı, Herepolis ,Yer Allahı Plutonun qəzəbinə gəldi və şəhər məhv oldu .

İsa havvari
Şəhərin adını tarixə yazdıran olaylardan biridə Bizm eranın IV cü əsrində baş verdi . Xristiyanlığın yayıldığı o illərdə İsa peyğəmbərin həvvarilərindən biri olan , Əziz Pilipin Hieropolisdə yaşaması və öldürülməsi uzun illər şəhəri sarsıdan gercəklik oldu . Şəhərə dini kimlik qazandıran , Pilipin B.E nın 80 ci illində ,Xristiyanlığı yaydığı zaman Hierapolisdə öldürülməsi böyük səs-küy doğursada xristiyanlığın bu yerlərdə yayılmasına əngəl törədə bilmədi. Xristiyanlıq4 cü əsrdə rəsmi din olaraq qəbul edildi və Hiarapolisdə ,Əziz Pilipusun öldürüldüyü yerde bir xiyaban salındı . Dini və ruhi tədavi mərkəzi olaraqda insanları qəbul edən məbəddə həmdə Əziz Pilipusun məzarı vardır.

Memarlığı....
Tarixdə ilk dəfə saxsı borularla su xəttləri Hirepolisdə çəkildi . Antik şəhərin kücələrini , evlərini ,dükan və hamamlarını təmin edən su 5-6 cı əsrdə köcərilərin bura gəlişinə səbəb oldu , münbit su yataqları və gözəl təbiəti ilə Hirepolisin əhalisi günü gündən artdı .Böyüyən şəhərdə evlər ,məbədlər , hamamlar əsrarəngiz bir şəhər meydana gətirdi .
Hətda Şəhərin giriş qapısı üzərinə göz və nəzərdən qoruyan Meduz fiquru qoyuldu , AnaTanrı Medus şərəfinə ucaldılan heykəl bu günki nəzər muncuğunu əvəz edirdi.

Hierapolisin giriş qapısı sayılan nəhəng surlar ucaldılıb. 4 cu yüzilliyə aid olan 24 nəhəng sur ,həm şəhər girişi,həmdə müdafiyə qalası rolunu oynayırdı ,şəhəri şər qüvvələrdən və düşmən hücumlarından qoruduğuna inanılan qapı üzərində boy gösdərən qorxunc aslan heykəli bunun ən bariz nümunəsidir.
Dini kimliyi ilə min illər boyu göz önündə olan antik şəhərdə ibadət evlər ilə yanaşı , müqəddəs çeşmələrdə böyük əhəmiyyət daşıyır. Apollon məbədinin yaxınlığındakı çeşmə ,şəhərin ilk böyük anıt yeridir. Bu yeri bənzərsiz edən isə 70 metrlik hovuzdan müqəddəs ikonların varlığıdır. 1993 cu ildə Hirepolisdə aparılan arxeoloji qazıntılar nəticəsində böyük hovuzun içinədə gizli qalan, səthi tamamən mamırla örtülmüş bir cox qiymətli əsər isıq üzünə cıxdı. əsərlərin hər biri daş qabartmalarla zəngin olaraq ,dönəmin memarlq üslubunu və İmparator Alexander Severusa olan sevgini əks etdiri

Hirepolisdə Teatr yolu üzərində görünən, orjinal inşası 2 ci yüzilliyə aid olan antik ev,şəhər aristokratlarından birinə məxsus olduğu ehtimal olunur. incə mərmər başlıqlarla zəngin evə tarixdə ion ev də deyilir. Evin ən çox diqqət çəkən bölümü isə ,bizansdan əvvələ aid edilən divar yazısıdır. Müqəddəs yazıda incirdən kəlamlar əks olunub.
Böyük zəlzələ zamanı dağıntlara məruz qalan şəhərin dağılmayan yeganə məkanlardan biri də, qayada oyulan ibadət məbədləridir . məbədlərdən birində imperator Yustinyanın adı və kəlamları öz əlyazması ilə, qırmızı boyaqla divara həkk olunub.Tarixi dəyəri olduqca önəmli olan yazı , günümüzdə xüsusu qoruma altındadır.
Şəhərdə Tanrı Apollonun şərəfinə ucaldılan ,iki müqəddəs məkanı bir –birinə baglayan dini məbəd bənzərlərinin ən müəmmalısıdır. Şər qüvvələrin məsgəni kimi anılıan Məbədin yer altı tunelindən gələn zəhərli qazlar çox insanın ölümünə səbəb olduğu ücün bura əsrlər boyu lənətlənmiş yer olaraq anıldı .

SON
Min illərdi , insan əli və təbətin gücü ilə var olan , varlığı ilə tarixə ihtişam ,əzəmət gətirən , Ağ dənizə hakim gözəlliyi ilə ,Helen ,Roma, Bizans,Osmanl mədəniyyətinin ən gözəl izlərini özündə yaşadan Hierapolis ,sevildiyi qədər yaşayacaq, yaşadığı qədr isə tarixə dəyər qazandıracaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr