Hərəmin öz dünyası 4 / 2015

12-ci әsrdә Bizans imperiyasının sәrhәddindә Osman Bәy tәrәfindәn qurulan bәylik, vaxt әrzindә bir imperiya halına gәlәrәk 20-ci әsrә qәdәr hökmranlığını davam etdirib.

202532
Hərəmin öz dünyası  4 / 2015

Osmanlı dövlәtinin әn maraqlı cәhәtlәrindәn biri budur ki, xanәdan fasilәsiz olaraq әsrlәrlә eyni qalıb. 12-ci әsrdә Bizans imperiyasının sәrhәddindә Osman Bәy tәrәfindәn qurulan bәylik, vaxt әrzindә bir imperiya halına gәlәrәk 20-ci әsrә qәdәr hökmranlığını davam etdirib. Ötәn bu müddәt әrzindә isә hәmişә eyni xanәdan tәrәfindәn idarә edilib. Xanәdanın davam etmәsi necә reallaşıb? Dövlәt, hәlә imperiya halına gәlmәmiş, Osman Bәy vә onun nәsәbindәn gәlәnlәr, güclәrini artırmaq üçün qonşu Türk bәylәrinin yaxud Xristiyan ölkәlәrin idarәçilәrinin qızları ilә evlәniblәr. Ölkәnin böyümә siyasәtinә uyğun olaraq, 14-cü әsrdә xanәdan evliliklәri әsas olaraq Xristiyan, 15-ci әsrdә isә Müsәlman qadınlarla reallaşıb. Osmanlı imperiyasının ilk illәrindә Müsәlman dövlәtlәrdәn idarәçilәrin qızları ilә evlәnilmәmәsi, İslamiyyәtdә ictimai-qanuni bir qayda olaraq “Qadınların özlәrindәn daha aşağı Sosial sinfdәki kişilәrә getmәmәlәri” sәbәbilә aydınlaşdırıla bilәr. 15-ci әsrin ortasına qәdәr Osmanlı Soltanlarının hәm qanuni hәyat yoldaşları, hәm dә cariyәlәri vardı. Bu tarixdәn sonra, imperiya güclәndiqdә, soltanlar heç bir gücü özlәrilә mәrhәm bir әlaqә saxlamağa layiq görmәmәyә başlayıblar. Xanәdanlarla evlilik әlaqәsi yaratmağa mane olan bu vәziyyәtlә yanaşı padşahların qanuni evlilik әhdnamәsinә qol çәkmә dövrü başa çatıb, artıq Osmanlı soyu özünü kölә cariyәlәrlә davam etmirmәyә başlayıb.
İşarә etdik ki, 15-ci әsrin ortasından tutmuş Osmanlı soyu özünü kölә cariyәlәrlә davam etdirib, lakin buradaki kölә mәfhumu Avropa vә Amerika qitlәrinin tarixdәki kölәlәr kimi başa düşülmәmәlidir. Bu nöqtәdә, hәmin tarixdә Osmanlı idarәçilәri arasında kölәlәrin artan әhәmiyyәtindәn danışmaq istәyirik. Klassik İslam dövlәtlәrindә isә, hökmran xanәdanın buyruğunda bir kölә hәrbçilәr ordusu vardır, çünki sadәcә hökmdara sadiq vә taleyi sadәcә ondan asılı olan çox yaxşı tәlim keçmiş hәrbçilәrә, mәnafeylәri hökmdarınkınә zidd düşә bilәcәk әsillәrdәn daha çox etimad edilirdi. Osmanlılar, bu qurumu keçmişdә olduğundan daha çox güclәndirib vә böyüdüblәr. Xristiyan gәnclәrin Müsәlmanlaşdırılıb xanәdana hәrbçi olaraq yetişdirilmәlәri yәni dәvşirmәlik işi 14-cü әsrdә başlayıb. Hәmin әsrdә bu qurum o qәdәr inkişaf edib ki, sadәcә hәrbçilәrin yox gәlәcәkdә dövlәtin bütün yüksәk sәviyyәli hәrbçi vә idari mәqamlarına tәyin edilәcәk şәxslәrin yetişdiği vә bir araya gәldiği bir hovuz olmuşdur. Bu qurumda istedadı olanlar Saraydakı Әndәrun adlanan mәktәbdә tәlim görüblәr vә әksәriyәtlә padşahın şәxsinә xidmәt edәrәk işә başlayıblar. Qanuni statuları kölә olsa da bu qulluqçular qәrbdә mәlum olan mal olaraq alınıb satılan kölәlәrlә qarışdırılmamalıdır. Sarayın hәrәmindәki Qadınların vәziyyәti dә, imtiyazlılar sinfindә yer tutmaq üzrә yenә saray daxilindә tәlim götürәn kişilәrinkinә oxşadıla bilәr. Nәyahәt, 15-ci әsrdә dәvşirmә kişilәr artıq sadәcә hәrbçi olmurdula. Onlar dövlәtin yüksәk sәviyyәli idarәçilәri arasına da daxil olmağa başlayıblar. Hәrәmdәki qadınlar da artıq sadәcә qulluqçu olmurdular. Bununla yanaşı padşah anası olma statusuna qovuşmağa vә belәliklә hәm sarayda, hәm dә zaman әrzindә Dövlәt daxilindә güc sahibi olmağa başlayıblar.
Osmanlı xanәdanının xarici ölә liderlәrinin qızları ilә evlilikdәn kәnarlaşıb cariyәlik sisteminә keçmәsi mövzusunda Qәrbdә deyilir ki, Birinci Bәyazidin kәdәr duyduğu vә utandığı tәcrübәsini sonrakı padşahlar yaşamaqdan imtina ediblәr. Bu yozumun nә üçün elә çox hәqiqәtlәrә uyğunlaşmadığını araya qoyan bu hadisәni sizә tәqdim etmәk istәyirik; Osmanlı Soltanı Bәyazid 1402-ci ildә Ankara düzlüyündә Teymurla hәrb edib mәğlub olub vә әsir götürülüb. Teymur, Bәyazidin yoldaşı Serb şahzadası Marianı da dustaq götürüb vә ona tәzyiqlә qulluqçuluq etdirib. Bu hadәsinin Bәyazidin öz canına qәsd etmәsinә amil olduğu irәli sürülür. Bu hadisә, ilk dәfә 1590-cı ildә İngiltәrәdә sәhnәyә qoyulan Kristophır Marlovun Böyük Teymurlәnk adlı oyunda yer tutub. Lakin mәlikәnin yox kölәnin belә bir hәqarәtә mәruz qalmasının padşah üçün daha çox qәbul edilә bilәcәyi düşüncәsinin cariyәlik sisteminin qәbul edilmәsindә tәsirli olduğu hansı sәviyyәdә hәqiqәtlә uyğunlaşan bir iddiadır. Bu proqramı hazırlarkәn istifadә etdiğimiz Lezli Piğrsin Osmanlı Hәrәmi mövzusundakı tәdqiqatında işarә etdiği kimi, Osmanlı xanәdanının evlilik siyasәtini gәlәcәkdәki bir mәğlubiyyәt fәrziyyәsi üstündә quracağı şühbәlidir. Cariyәlәrlә evliliyin xarici xanәdandan evliliklәrә tәrcih edilmәsinin sәbәbi, bunun siyasi mәnafeylәrinin azalması vә Osmanlı dövlәtinin әnәnәvi İslami әsaslarında bir sıra yeniliklәrә üz tutması olaraq müәyyәn edilә bilәr. Әnәnәvi olaraq da, cariyәlik sistemi, Müsәlman Xanәdanlarının Standard bir xüsusiyyәti idi. Abbasi xәlifәlәrinin әksәriyyәti kölә uşaqlarıydı.
Bugünkü söhbәtimizi bir anәkdotla başa vurmaq istәyirik. Bu anәkdotu, 19-cu әsrdә yaşamış padşahlardan ikinci Әbdülhәmidin qızı xatirәlәrindә şәrh edib: ilkin, 19-cu әsrin axırında İstanbulda yayğın evlilik tәrzinin artıq bir xanımla olduğuna işarә etmәk istәyirik. 2-ci Әbdülhәmidin hәmişә yanında dolandırdığı çox gözәl bir cariyәsi vardır, lakin padşah nә ilah etsә dә ona üz vermirdi. Beş il belә ötüb. Bir gün, Әbdülhәmid, özüylә bayramlaşmağa gәlәn cariyәsinә xoş sözlәr söylәdiktәn sonra sual verib ki, hәlә dә inadın davam edir? Cariyә gözәl gözlәrilә aşağı baxıb bunları söylәyib; Әfәndimiz. Ömrüm boyunca canım sizә fәdadır, istәsәniz sizdәn heç ayrılmaram. Lakin, dünyanı bağışlasanız hәrәminiz olmaram, çünki evlәnәcәğim adamın hәyat yoldaşı sadәcә mәn olmaq istәrәm, onu heç kәslә bölüşmәrәm.” Onun bu sözlәri qarşısında Әbdülhәmid, cariyәyә bir qәsr alıb, içini döşәyib vә onu yaraşıqlı, dindar bir kişilә evlәndirib. Lakin, toy mәrasimindәn sonra kürәkәni ilk beş gecә sarayda tutub evinә göndәrmәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr