Türkiyənin iqtisadi mövqeyi 2 / 2015

Bu proqramda Türkiye iqtisadiyyatının ümumi vәziyyәti ve xarici investisiyalar haqqında söhbәt edәcәyik.

195220
Türkiyənin iqtisadi mövqeyi 2 / 2015

Türkiyәnin iqtisadi mövqeyi verilişinin ikinci hissәsindә sizlerle birlikteyiz. Bu proqramda Türkiye iqtisadiyyatının ümumi vәziyyәti ve xarici investisiyalar haqqında söhbәt edәcәyik.
Silsilә proqramımızın ilk hissәsindә dә bәhs etdiyimiz kimi, Türkiyə iqtisadiyyatı rəqabət qaydalarının hökm sürdüyü, özəl sektorun iqtisadiyyatda qabaqcıl, dövlәtin isә tənzimləyici rolu olan bir iqtisadiyyat sistemidir. Türk iqtisadiyyatında liberal xarici ticarət siyasət izlәnilir ki, bu da sərbəst bazar iqtisadiyyatdır. Bu sistemdə mal və xidmətlər, fərdlər və qurumlar arasında maneəsiz əl dəyişdirə bilər. Bu səbəblə Türk investorların asanlıqla və heç bir məhdudiyyət olmadan dünyanın fərqli ölkələrində investisiya hәyata keçirdiklәri müşahidә olunur.
Son 10 ildə Türkiyə iqtisadiyyatıyla bağlı, Avropa İttifaqına tam hüquqlu üzvlük prosesinin dә təsiriylə bir çox sahədə әhәmiyyәtli islahatlar hәyata keçirilib. Xarici investisiya iqtisadiyyatdakı struktur islahatların təsiriylə daha asanlaşıb. İnvestorlar üçün cәlb edici imkanlar yaradılıb. Söz mövzusu islahatlar sayəsində özəlləşdirmə prosesi sürətləndirilib. Dövlәt maliyyəsi nizamlanaraq, iqtisadi təşkilatların infrastrukturu güclәndirilib. Beynəlxalq bazarlarda ehtimal olunan dalğalanmalara qarşı iqtisadiyyatın müqavimәti güclәnib. Sərmayə bazarları müasir dövrün tәlәbatına cavab verә bilәcәk mövqeyә qovuşdurulub. Çoxu bürokratik olmaqla manәlәr ya aradan qaldırılıb, ya da minimum seviyyәyә salınıb.
Bütün bu dəyişikliklər və hәyata keçirilәn reformalar sayəsində, Türk şirkətlərin; xaricdәki investisiyalarıda sürәtlә artıb.
Türk sәrmayәdarlar, xam mal әldә etmәnin asan olması sәbәbi ilә Afrika və Asiya-Sakit Okean, logistikanın uyğunluğu sәbәbiylә Avropa İttifaqı ölkələri, Orta Şərq, Mәrkәzi Asiyada investisiya hәyata keçirir. İraq, Rusiya, Çin və Hindistan bazarları isə sәrmayә yatırmağı planladıqları ölkələr arasında yerlәşir.
Bu həftəki proqramımızda, xaricdə investisiya yatıran və bunlara hər gün daha bir yenisini əlavə edәn Türk şirkətləri vә hәyata keçirdiklәri sərmayələrlə o ölkənin iqtisadiyyatı mәhz Türk iqtisadiyyatın töhfəlәrinә toxunacayıq.
Xaricdə investisiya hәyata keçirәn şirkətlərin başında Qoç Holdinq yer tutur. Qoç Holdinq 2014-ci ilә qәdәr xaricdə fəaliyyət göstərdiyi ölkə sayını 22-yә çıxarıb. Qoç Holdinq Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Əlcəzair, Çex Respublikası, Çin, Fransa, Cənubi Afrika, Hollandiya, İngiltərə, İspaniya, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Slovakiya və Ukraynada fəaliyyət göstərir. Xaricdә 18,6 milyard dollarlıq mәhsul satan Qoç Holdinq, sәrmayә yatırdığı ölkәlәrdә 9000-dәn çox adamı işlә tәmin edir.
Sabancı Holdinq isə 18 xarici ölkәdә fəaliyyət göstərir. Məhsullarını isә Avropa, Orta Şərq, Asiya, Şimali Afrika, Şimali və Cənubi Amerikanın müxtəlif bölgələrində satır. Bu Holdinqin Akbank, Çimsa Sement və Kordsa Qlobal kimi fima və şirkətləri ABŞ, Şimali Kıbrıs Türk Respublikası, Almaniya, Dubai, Malta, İtaliya, İspaniya, Rumıniya, Rusiya, Misir, Braziliya, Argentina, İndoneziya, Tayland və Çin kimi ölkələrdə fəaliyyətlərini davam etdirir.
Xaricdə fəaliyyət göstərən nəhəng şirkətlərdən biri dә Yıldız Holdinqdir. Yıldız Holdinq, United Biscuits-i satın alaraq ölkә xaricindәki fabrik sayını İngiltərə, ABŞ, Fransa, Belçika, Səudiyyə Ərəbistanı, Hollandiya, İtaliya, Rumıniya, Ukrayna, Qazaxıstan, Pakistan, Hindistan, Nigeriya və Misir başda olmaqla 25-ә çıxarıb. 100-dən çox ölkəyə ixracat reallaşdıran və xaricdə cəmi 15 min adamı işlә tәmin edәn holdinq istehsalı marka növü 320dir.
Xaricdə sәrmayә yatıran digər bir şirkәt isә, Doğuş Holdinqdir. Bu holdinq ABŞ, Bolqarıstan, Xorvatiya, Almaniya, Yunanıstan, İtaliya, Lüksemburq, Malta, Rumıniya, İsveçrə, Hollandiya, Şimali Kıbrıs Türk Respublikası, İngiltərə, Ukrayna, Liviya, Mərakeş, Azərbaycan, Çin, İraq, Qazaxıstan, Oman, Qәtәr, Rusiya, Səudiyyə Ərəbistanı, Taylәnd və Birləşmiş Ərəb Əmirlikləri olmaqla 26 fərqli ölkədə fəaliyyətlərini davam etdirir.
Türk bayrağını xaricdə dalğalandıran şirkətlərdən bir dә TAV havalimanları Holdinqdir. Gürcüstan, Makedoniya, Tunis, Səudiyyə Ərəbistanı, Xorvatiya, Latviya, Oman və Almaniya olmaqla 8 ölkədə fəaliyyət göstərən TAV-ın yatırdığı 1.4 milyard dollar investisiya sayәsindә 3 min adama işlә tәmin olunub.
Şişecam Holdinq, Almaniya, İtaliya, Bolqarıstan, Rumıniya, Slovakiya, Macarıstan, Bosniya və Herseqovina, Rusiya Federasiyası, Gürcüstan, Ukrayna, Misir və Hindistan olmaqla 12 ölkədə 25 istehsal təsis sahibi olan əhəmiyyətli Türk şirkətlərdən bir başqasıdır. Bu holdinqin ölkә xaricində yatırdığı sərmayə, təxminən 2,5 milyard dollardır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr