Türkiyənin iqtisadi mövqeyi 1/ 2015

Yeni ildə “Türkiyənin iqtisadi mövqeyi”adlı yeni proqramla sizlərlə birlikdə olacağıq

193623
Türkiyənin iqtisadi mövqeyi 1/ 2015

Yeni ildə “Türkiyənin iqtisadi mövqeyi”adlı yeni proqramla sizlərlə birlikdə olacağıq. Bir il boyunca davam edəcək olan bu proqramda, Türkiyədəki iqtisadi inkişaflara toxunub ölkənin iqtisadiyyat sahəsindəki mövqeyini, atdığı addımları, daxili və xarici sərmayələri qiymətləndirməyə çalışacağıq.
2015-ci ildə, geridə buraxdığımız 2014-cü ili qiymətləndirməkdə fayda var. Lakin, əvvəl Türkiyə iqtisadiyyatının necə bir iqtisadiyyata sahib olduğunu müəyyənləşdirmək lazımdır. Beynəlxalq Valyuta Fonduna (BVF) görə Türkiyə iqtisadiyyatı, inkişaf edən bazar iqtisadiyyatıdır və Türkiyə, dünyada sənaye sahəsində inkişaf edən ölkələr qrupuna aiddir.
Türkiyə Cümhuriyyəti iqtisadiyyatı, müharibə nəticəsi olaraq pis vəziyyətdə idi. Osmanlının dağılması və Azadlıq Müharibəsi illərində İstanbul və İzmir istisna olmaqla hər yerdə sərmaye çox zəif idi. Bütün məhsullar ölkəyə idxal edilirdi. Əkinçilikdə da vəziyyət ürəkaçan deyildi. Bu səbəblə II Dünya Müharibəsinə qədər dövlət tərəfindən bir iqtisadi sistem tətbiq olundu. Bunda məqsəd cəmiyyətin sərmayə təcrübəsini artırmaq idi.
Lakin Türkiyə 1950-ci ildən sonra ABŞ-ın təsiriylə senaye inkişafı dövrünə keçdi. Bu inkişaf prosesi bu gün də sürətlə inkişaf etməkdıdi.
Hal-hazırda Türkiyənin bir çox bölgəsini sənaye mərkəzi kimi xarakterizə etmək mümkündür. Türkiyə sənayenin sürətlə inkişaf etməsilə Müsəlman ölkələri arasında ön sıralardadı.
Bu gün Türkiyə iqtisadiyyatıni, rəqabət qaydalarının işlədiyi, özəl sektorun iqtisadiyyatda qabaqcıl, cəmiyyətin isə tənzimləyici rol oynadığı, liberal xarici ticarət siyasətinin tətbiq olunduğu bazar iqtisadiyyatı kimi xarakterizə edə bilərik.
2014-ci ilə baxdığımızda isə, bu ilin iqtisadiyyatında digər illərə görə çox fərqli olduğu diqqət çəkir. 2008-ci il qlobal iqtisadi böhranının təsirlərini hissədən Avropa ölkələrindəki iqtisadi durğunluq və İŞİD və Suriya kimi geosiyasi risklərə baxmayaraq Türkiyə iqtisadiyyatı inkişaf etməyə davam edir.
2014-ci ildə yerli idarəetmə və Prezident seçkilərinin nəticələri, Türkiyədə iqtisadi və siyasi sabitliyi möhkəmləndirdi. Türkiyə bu ili dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən G20 qrupuna sədrliyi üzərinə götürməklə yekunlaşdırdı.
2014-ci ildə, Suriya və Ukrayna kimi problemlərə baxmayaraq iqtisadi inkişaf ilin sonuna qədər davam etdi. Qlobal inkişafın zəiflədiyi dövrdə, Türkiyə iqtisadiyatı 2009-ci ilin son rübündən, 2014-cü ilin sonuna qədər inkişaf etdi.
Yaxın Şərqdəki “Ərəb baharı” etiraz dalğasının ixracata mənfi təsir etməsinə baxmayaraq, 2014-cü ildə ixracat, sürətlə artmağa başladı. Avropa ölkələrinə olan ixracatın artması, Orta şərqə azalan ixracatın təsirlərini də aradan götürdü. Bu da iqtisadi və siyasi yeni əməkdaşlıq və ortaqlıqlar meydana gətirdi.
Türkiyə iqtisadiyyatının ən böyük struktur problemlərindən və ən əhəmiyyətli göstəricilərdən biri də cari kəsirin göstəricisidir. “Cari kəsir” bir ölkənin ixracatının idxalatından az olması deməkdir. Bir ölkənin idxalı, ixracı aşarsa digər ölkələrə borclandığı və ya cari açığın böyüməsi deməkdir. Cari açıq il boyunca azaldıvə il sonunda isə Maliyyə Proqramının hədəfi olan 5,7 faizdən də az oldu. Bunun ən əsas səbəblərindən biri neft qiymətlərinin düşməsi, digəri isə idxalın azaldılmasıdır.
Bundan başqa Türkiyənin enerji qaynaqlarına sahib olmamasına baxmayaraq enerji xəritəsinin tam mərkəzində yer alması və bir çox enerji qolunu birləşdirəcək mövqedə olması Türkiyənin iqtisadi və siyasi gücünü artırdı. 2014-ci ildə enerji sahəsində atılan addımlar, cari kəsirin önümüzdəki illərdə daha da azalmasına dəlildir. Çünki cari kəsirin ən əhəmiyyətli səbəbi enerjidir. Putinin Türkiyə ziyarətində “Güney Axını”nı ləğv etməsi və Rusiya qazının Avropaya Türkiyədən daşınacağı mövzusunda Türk səlahiyyətliləri ilə razılaşması, Azərbaycan qazını Avropaya daşıyacaq olan “TANAP”ın Azərbaycan tərəfinin təməlinin atılması və Şimali İraq neftinin Türkiyədən daşınması, Türkiyənin enerji sahəsində mərkəz ölkə rolunu gücləndirir.
Türkiyə, ən güclü iqtisadiyyatların təmsil edildiyi G-20-in aktiv üzvüdür. Qlobal maliyyə böhran səbəbiylə bir çox ölkələrin iqtisadi durğunluq yaşadığı dövrdə Türkiyə iqtisadiyyatı sürətlə artmağa başladı və Avropanın ən inkişaf etmiş ölkələrindən biri oldu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr