Türkiyədə Təhsil 53 / 2015

2014-cü ildə biz böyük məsafələr qətt etdik. 2015-ci ildə də çox işlər görməyi planlaşdırırıq.

183716
Türkiyədə Təhsil 53 / 2015

2014-cü ildə biz böyük məsafələr qətt etdik. 2015-ci ildə də  çox işlər görməyi planlaşdırırıq.

Türkiyədə Təhsil proqramında, Türk təhsil sistemi haqqında geniş məlumatlar alacaq, Türk universitetləri ilə yaxından tanış olacaqsınız.

Bugünkü proqramında sizlərə Türkiyənin sürətlə inkişaf etməkdə olan iqtisadi, sosial və mədəni sahələrdə dünyadakı mövqeyindən və Türk təhsil sistemi haqqında məlumatlar verəcəyik.

Türkiyə Cümhuriyyəti sürətlə inkişaf edən bir ölkədir. İqtisadi, mədəni və elmi quruluşu ilə dünyanın saylı ölkələri arasında yer tutub. Türk Universitetləri də müasir çağda akademik və elmi olaraq inkişaf edib və ön sıralardadır. Buna görə də, Türkiyədə təhsil alan tələbələr yaxşı bir karyera və iş imkanı sahəsində, dünya səviyyəsində rəqabət edə bilirlər.

Dünya davamlı olaraq  məşğulluq böhranı ilə qarşı-qarşıyadır. Gənclərin işsiz qalma riski orta yaşlılara görə daha çoxdur. Dünyada təxminən 73 milyon gənc iş axtarır. Beynəlxalq Əmək Təşkilatına görə milyonlarla gənc, karyerasında irəliləmə olmayan, yaxşı bir gələcək vəd etməyən, özlərini inkişaf etdirmə imkanı tanımayan, gündəlik ya da qısa müddətli işlərdə işləyirlər. Bir çox gənc də uzun sürən səylərinə baxmayaraq, iş tapa bilir.

Dünyada bu rəqabət mühitində, yaşanan inkişafların müsbət tərəflərini nəzərə alıb, bu inkişaflara ayaq uydurmaq da mümkündür. İnkişaf edən texnologiya və fərqli ehtiyaclar yeni peşələrin və ixtisas sahələrinin yaranmasını təmin edir. Çox millətli bir mühitdə təhsil görmək, bir neçə xarici dil bilərək fərqli mədəniyyətlərə tanış olmaq bu yarışda gəncləri bir neçə pillə yuxarı çıxarır.

Bununla birlikdə sərhədlərin aradan qaldırılması, nəqliyyatın asanlaşması ilə artıq məsafələr də qısalıb. Gənclərin öz gələcəkləri üçün ən yaxşı yolu seçib ən doğru yerdə təhsil almaları mümkündür.

Türkiyə yalnız Avropa və Asiya qitələri arasında coğrafi bir keçiş nöqtəsi olmaqla qalmır, eyni zamanda şərq və qərb mədəniyyətlərinin, tam fərqli dinlərin və ənənələrin görüşdüyü bir körpü vəzifəsi icra edir.

Dünyada tanınan Türk təhsil sistemi, xarici vətəndaşlara da qapısını açmaqla onlara çox geniş təhsil variantları təqdim edir. Son illərdə Türkiyədəki Universitetlərin sayı sürətlə artır, və bununla bərabər gənclərin yaşayış  ehtiyacları da nəzərə alınır. İmkanları məhdud olan gənclərə fərqli təqaüd imkanları da təqdim edilir.

Bəs onlar üçün yaradılan imkanlardan  xarici tələbələr kifayət qədər xəbərdar-dı-lar-mı? Fərqli bir ölkədə təhsil almağa qərar vermədən əvvəl yaranan suallara cavab tapa bilirlər mi?

2015-ci ildə də Türkiyədə Təhsil Proqramında, TRT Türkiyənin Səsi Radiosu vasitəsilə, Türkiyədə təhsillə bağlı hər bir suala cavab tapılacaq. Bundan başqa öyrənmək istədiyiniz hər mövzuyla bağlı internetdə “trt.net.tr” və “Facebook” səhifəsindən bizimlə əlaqə saxlaya bilərsiniz.

Türk təhsil sistemi, məktəbdən öncə təhsil, ibtidai, orta və ali təhsildən ibarətdir. Ali təhsil sistemi, ali təhsil Qurumu (YÖK) tərəfindən idarə və nəzarət edilir. Türkiyədə dövlət universitetləri ilə bərabər bir çox özəl universitetlər də var. Türk universitetlərinin akademik təqvimi  sentyabr ayından növbəti ilin iyun ayına qədərdir. Bəzi universitetlərdə yayda təhsili davam edir. Abituriyentlər,  Türkiyədə natamam orta təhsil, bakalavr, magistr və doktarantura pillələrində təhsil ala bilərlər. 

Natamam orta təhsil 2 ildir. Bakalavr proqramları isə 4 illikdir. Lakin tibb fakultəsi kimi bəzi xüsusi proqramlar 6 il və ya daha artıq ola bilər.   

Magistratura proqlamları müxtəlifdir, bir il yarım və ya 2 il ola bilər. Doktarantura pilləsi üçün isə proqram 4 illikdir.  

Türkiyədə təhsil görmək üçün seçmək istədiyiniz bölüm və universitetlərə internet səhvəmiz vasitəsiylə müraciət edə bilərsiniz. Biz isə sizə hər həftə, Türk universitetləri, Universitetlərin olduğu şəhərlər, universitet yataqxanaları, təhsil, Türk mətbəxi və Türkiyədə həyat haqqında danışacağıq.

Keçən həftə sizdən yeni il arzularınızı soruşmuşduq. Bizə xəyallarınızı, ümidlərinizi yazın demişdik. TRT Horizon Facebook səhifəsinə gələn bir-birindən gözəl yeni il arzularınız üçün Sizə çox təşəkkür edirik. Bu gözəl arzuların birini də bu gün proqramımızda paylaşırıq. Türkiyəyə Somalidən gələn və Eskişehir Osmanqazi Universitetində təhsil alan Amal Abdullahi Mohamed 2015-ci ildən nələr gözlədiyini yazır:

“Özüm üçün təhsildə yüksək yerlərə qalxmağı xəyal edirəm. Çox yaxşı bir tibb bacısı olub, insanlara kömək etmək istəyirəm. Məmləkətimə faydalı vətəndaş, olmağı arzulayıram. Ailəmin arzu və diləklərini yerinə yetirməyi xəyal edirəm. Türk xalqı və dünya üçün xoşbəxtlik və sağlamlıq arzu edirəm. 2015-ci ildə hədəflərimə çatmaq və müvəffəqiyyətli olmaq istəyirəm”.

Amala təşəkkür edir və müvəffəqiyyətli bir il keçirməyini diləyirik.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr