Müalicә vә Turizm Diyarı Türkiyә 45 / 2014

Bu gün sizə Türkiyənin Şərqi Qaradəniz bölgəsində yerləşən Rize şəhərini tanıdacayıq

189874
Müalicә vә Turizm Diyarı Türkiyә 45 / 2014

Hər həftə olduğu kimi TRT “Türkiyənin Səsi” Radiosunda sizə
Türkiyənin turizm və tibb turizmi mərkəzlərindən bəhs etməyə davam
edirik. Bu gün sizə Türkiyənin Şərqi Qaradəniz bölgəsində yerləşən Rize şəhərini tanıdacayıq.
Türkiyənin şimal-şərqində yerləşən Rizə şəhəri zəngin təbiətə malikdir. Ölkənin ən çox yağış yağan şəhəri olması səbəbilə bölgədə yaşıllıq çoxdur. Burda dik yamaclı yaşıl dağları, yaylaqları, gölləri, daşan dərələri görmək mümkündür. Meşə sahələri şəhərin əsas gəlir mənbəyindən biridir. “Çay” deyəndə ağla gələn ilk şəhər Rizedir, çünki, ölkədəki çayın təxminən 65 faizi burda istehsal edilir.
Rize son dövrlərdə Türkiyənin inkişaf edən turizm bölgələrindən birinə çevrilib. Rize və şərq qonşusu Artvin şəhəri arasında yerləşən Kaçkar dağları bölgənin əsas turizm mərkəzidir. Turistlər burda dağ yürüyüşü, alpinizm, raftinq kimi idman növləri ilə məşğul olurlar. Dünyada qorunan 200 bölgədən biri olan Kaçkar Dağları 1994-cü ildə Milli Park statusu alıb. Dağın Qaradənizə olan yolu o qədər dikdir ki, dənizin kənarından 400 metr hündürlüyə malik bu dağı görmək mümkündür. Ecazkar təbiətə malik Kaçkar Dağlarıda çoxlu sayda nadir bitki və heyvanlar var. Məsələn, ölkədə meşə güllərinin 3000 metrdə bitdiyi tək yer buradır. Burda cüyür, yabanı keçi, dələ, dağ xoruzu və suda-quruda yaşayan müxtəlif quyruqlu heyvanlar yaşayır.
Kaçkar Dağlarında dünyanın 3000 metr hündürlükdə yerləşən ən böyük buz göllərindən biri Böyük Dəniz gölü yerləşir. Buzlar günəş görməyən soyuq dərinliklərdə yaranır və böyük kütlə formasında yuxarı çıxır. Bu kütlələr qış aylarında qalınlaşır və gölü tamamilə örtür. Buzların qalınlığı 5 metrəyə yaxındır. İyul ayının son həftəsində ilin 10 ayı buzla örtülü göl əriməyə başlayır lakin, hələ də gölün üstündə 2 sm-lik buz təbəqəsi qalır. Sualtı dalğıclıqla məşğul olanlar Böyük Dəniz gölünün sualtı həyatının ecazkarlığına heyran qalırlar.
TRT “Türkiyənin Səsi” radiosunda proqramımız davam edir.
Rizenin məhşur yaylaqlarında biri olan Ayder yaylağı həm də şəhərin əsas termal bölgəsidir. Çamlıhemşin rayonunda yerləşən Ayder termal mərkəzinə 18 metrlik dağ yolu getmək mümkündür. Oliqometal, termal və radioaktiv xüsusiyyətli termal mərkəzin suyu yerin 260 metr altından 50 dərəcə istilikdə çıxır. Mərkəzin suları mədə, bağırsaq, böyrək, yel, eqzama, sədəf, sızanaq xəstəliklərinin müalicəsində faydalıdır. Qan problemi olanlar, yüksək təyziq və ürək xəstələri bu termal mərkəzdən uzaq durmalı və həkimlə məsləhətləşməlidir.
Bölgə ecazkar təbiətə malikdir. Bura gələnlər təbiət qoynunda istirahət edərək, həm Kaçkar Dağlarının bol oksijenli havasında gəzib həm də Qaradəniz yaylaq adətlərini Aydər yaylağında görə bilərlər.
Rizeden 30 km uzaqda yerləşən Andon termal mərkəzi karbondioksid, dəmir, alkalin, acı və bikarbonat tərkibli suları ilə qaraciyər, öd kisəsi, mədə-bağırsaq xəstəliklərinin müalicəsində faydalıdır. Podaqra və artıq çəki problemi olanlar bu sulardan davamlı olaraq içərək müalicə ala bilərlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr