Din və Cəmiyyət 37 / 2014

Qardaşlıq bütün dillərdə olan, maddi və mənəvi yaxınlığı ifadə edən bir anlayışdır.

134088
Din və Cəmiyyət  37 / 2014

Qardaşlıq bütün dillərdə olan, maddi və mənəvi yaxınlığı ifadə edən bir anlayışdır. İslam dinində isə qardaşlıq ata, anadan və ya onların birindən dünyaya gələn şəxslər arasındakı qan qohumluğu ilə eyni nəsilə məxsus olanları, eyni qəbilə və ya millətə, eyni dinə, dünya görüşünə malik qruplar arasındakı həmrəyliyi ifadə edir. İslam dininin mənbəyi Quran və peyğəmbərin hədisləri qardaşlıq anlayışının əhəmiyyətini vurğulayır. Bununla yanaşı sevgi də burada əsasdır. Qardaşlıq sosial münasibətlərin inkişafı üçün önəmli amillərdən biridir. Cəmiyyətdə sülh və əmin-amanlıq olmadan bunun olması qeyri-mümkündür.
Quranda qardaşlıq anlayışı müxtəlif mənalarda istifadə olunub. İnanc anlayışı qardaşlıqda əsas götürülüb. Peyğəmbər Həzrəti Əbu-Bəkir haqda “Dostluğu və malı ilə mənə ən çox xeyri dəyən Əbu-Bəkirdir. Əgər ümmətimdən birini dost seçmək lazım gəlsəydi onu seçərdim lakin İslam qardaşlığı və ondan yaranan sevgi daha vacibdir” deyib. Bu sözləri ilə peyğəmbər “Müsəlmanlar arasındakı ən yaxşı yaxınlıq və ünsiyyət inanc birliyidir” demək istəyib. Din sevgi, şəfqət, özünü başqasının yerinə qoymaq kimi davranışların insan əlaqələrində əsas amillər olmağını istəyir lakin şəxsi mənfəətlərini güdənlər buna imkan vermir. Müasir dövrdə bu tez-tez baş verir. Təəsüf ki, insanlar artıq özü üçün yaşayır.
...
Din qardaşlığı güclü bir əlaqədir. Görmədiyimiz, tanımadığımız kəslər din əlaqəsi ilə bizə qardaş olur. Mənəvi əlaqə yaradan bu duyğu xeyir işlərə və gözəlliklərə vəsilə olur. Quran din qardaşlığının yaratdığı birlik və həmrəylik ruhu müsəlmanlara bəxş edilən nemət sayır.
İslam tarixində əsas hadisələrdən biri sayılan – Məkkə və Mədinə müsəlmanlarının qardaşlıq əlaqəsi Qurandan qeyd olunan qardaşlıq anlayışına ən yaxşı nümunədir. Bildiyimiz kimi, peyğəmbər Mədinəyə köçdükdən 5 ay sonra 45 mühacir və 45 köməkçini bir-birinə qardaş edir. Bu hadisə qarşılıqlı maddi və mənəvi əlaqələr və vərəsəlik baxımından əhəmiyyətli idi. Din qardaşlığı ilə yaranan əlaqə soy qardaşlığına çevrilirdi. Muhacirlər daimi məskunlaşdıqdan və vəziyyətləri yaxşılaşdıqdan sonra mirasçılıq ənənəsi ləğv edildi.
Köməkçilər və muhacirlərin bu qardaşlıq əlaqələrinə nəzər salsaq, burada psixoloji və sosial-siyasi hədəfin olduğunu görürük. Fərqli irq və mədəniyyətlərdən insanların bir-birinə qardaş olmağı, iman əlaqəsindən başqa bütün dünyəvi ünsürləri aradan qaldırır. Beləliklər qardaşlar bir-biri ilə sıx əlaqə qurur.
...
İman əlaqəsi ilə qurulan qardaşlıq əlaqəsi mənfi təsirlərdən qorunmalıdır. Bu nöqtədə ağla gələn ilk mənfi amil əsəbdir. Əsəb özünü üstün saymaq deməkdir. Heç kim irqini, dilini, rəngini seçə bilməz. Beləliklə, bu xüsusiyyətlərə görə özünü üstün saymaq mənasızdır. “Əsəbləşdirən bizdən deyil. Əsəb uğruna mübarizə aparan bizdən deyil. Əsəbə görə ölən bizdən deyil” kimi peyğəmbər sözləri, əsəbin necə pis nəticələrə gətirdiyini göstərir.
Eqoizm bölüşmək duyğusunu zəiflədir. İnsan özündən başqasını düşünməyəndə ətrafını unudur. İslamın təbliğ etdiyi qardaşlıq əlaqəsini bu səbəbdən zəifləyir. İnsanlar arasında sevgi və mərhəmət duyğusu azalanda, kin və nifrət yayılmağa başlayır. Bu da qardaşlıq əlaqəsinə mənfi təsir edir.
İnanclı cəmiyyətlər kin, nifrət, şəxsi mənfəət ünsürlərinə diqqət eləməlidir. Peyğəmbərin “"Bir-birinizə həsəd aparmayın. Bir-birinizə kinli olmayın. Bir-birinizə arxa çevirməyin. Bir-birinizi istifadə etməyin, din qardaşı olun" sözləri bu barədə deyilib. Quran möminləri qardaş saysa da peyğəmbərin yenə də “qardaş olun” deməyi “Allaha xoş gedən əməllər edin” , “bir-birinizə qardaş kimi davranın” deməkdir. Quranın bir çox ayəsində din qardaşlığının, dostluğun, səmiyyətin, dürüstlüyün əhəmiyyəti vurğulanır. Müsəlmanları bu hökmləri yerinə yetirməlidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr