Din və Cəmiyyət 38 / 2014

Dində günah anlayışı

132176
Din və Cəmiyyət 38 / 2014

Günah anlayışı bəşəriyyət yaranandan bəri mövcuddur. Tarix boyu mövcud olan bütün dinlərdə günah anlayışına rast gəlmək mümkündür. Səmavi dinlərdən başqa, ona digər inamlarda da rast gəlmək olar.
İnsanın hansı dövrdə və şərtlərdə yaşamağından, inandığı dinindən asılı olmayaraq inancın bir şərti olaraq, onun hər zaman günahdan uzaq olmağı istənilib, çünki əksi mümkün deyil. O, ədəbi və sonsuz axirət həyatına yaxşı hazırlanmaq üçün günahlardan uzaq olmağın vacibliyini bilir və həyatını ona əsasən tənzimləyir.
Din tarixinin əsas mövzularında biri ilk və “həqiqi” günah anlayışıdır. Səmavi dinlərin hamısında bunlardan bəhs edilir lakin izahat və qavrayışı fərqlidir. Bunlarda ortaq fikir ilk günahın Adəm və Həvva’dan başlamağıdır. Yudaizm dininin kitabı Tövrat’a əsasən, ilk insan Adəm, ikincisi isə Həvva’dır. Eyni şeylər İslam dini üçün də keçərlidir. Tövrat’da qeyd olunan “həqiqi” günah anlayışına əsasən, Adəm və Həvva Allah’dan uzaqlaşıblar, ölümsüz ikən ölümlü olublar. İnsanların çətinliklərinin və sıxıntılarının səbəbi bu ilk günahdır. Yudaizm və Xristianlıq’da bu məsələyə eyni cür izahat verilsə də, İslam dinində bu belə deyil. İnsanların dünyadakı sıxıntılarının səbəbinin “ilk günah” olmağı inancı İslama aid deyil.
İslam dininə əsasən, kim nə edirsə özünə edir yəni kimsə başqasının günahına cavabdeh deyil. Hamı təmiz və günahsız doğulur. Anadangəlmə günah yoxdur, günah fərdə aiddir. İslam dinində, Yəhudilik və Xristianlıq’da olduğu kimi günahın sonrakı nəslə keçməsi inancı yoxdur. Digər dinlərdəki bu anlayış müasir hüquq sisteminə ziddir. Bu barədə Quran’da çoxlu sayda ayə var. Bunlar aşağıdakılardır :
- “Hər kəsin yaxşılığı da, pisliyi də özünədir.”
- “Kim pislik edirsə, öz nəfsinə pislik edir.”
- “Kim doğru yolu tapsa xeyir görər, kim səhv yola düşşə öz nəfsinə zərər verər. Hər kəs özünə cavabdehdir. ”
- “Atanın oğula, oğulun ataya heç bir xeyrinin olmadığı gündən qorxun.”
- “Bu gün də kim nə qazandısa onunla qarşılanacaq, haqsızlıq yoxdur.”


Əziz dinləyicilər...
“Günah” sözü fars dilindən gəlir. Türk dilində bu söz “vicdana toxunan, insana pis gələn hərəkət” mənasında işlədilir. Ümumi mənada desək, günah axirətdə cəzaya səbəb olan davranışlardır. Günah iş görən günahkârdır. Günahın əksi “savab”dır. Savab axirətdə yaxşı qəbul olunan əməllərdir.
İslam dini, Allahın və peyğəmbərinin qadağan etdiyi işləri görməyi və əmr etdiklərini yerinə yetirməməyi günah olaraq qəbul edir. Allah günahları bağışlayandır. Günahların bağışlanmağı üçün ondan başqasına dil açmaq düzgün deyil, çünki günah onun sözünün əksinə edilən əməldir. Bu səlahiyyət təkcə ona aiddir.

Yekunda onu deyək ki, günah anlayışı fərqli cəhətlərlə tarix boyu var olan bütün dinlərdə var. Bu anlayış dünya və axirət həyatının yaratdığı təbii bir nəticədir.
Allaha, axirətə, öldükdən sonra dirilməyə, haqq dininə inanmaq hər insanın xilqətində var. Bu dəyərlərdən məhrum olanlar sağlam bədənə və şüura malik deyil. Xəstə ruhlu bu insanları dinə yaxınlaşdırmaq lazımdır.
İnanclı bir kəs axirətdə xoşbəxt olmaq üçün günahlardan uzaq olmalıdır. Heç bir din, günahkâr insana xoşbəxt axirət həyatı vəd etmir, bu mümkün deyil. Əks halda, insan günahdan uzaq durmaz. Möminlər hər cür günahdan uzaq durmalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr