Müalicә vә Turizm Diyarı Türkiyә 33 / 2014

98599
Müalicә vә Turizm Diyarı Türkiyә 33 / 2014

Bugünkü proqramımızda sizə Egey dənizinin sahillərindən və İzmirin Çeşme bölgəsinin termal mərkəzlərindən bəhs edəcəyik.
Egey dənizinin sahilində yerləşən Çeşme İzmirin əsas turizm mərkəzlərindən biridir. Yunanıstanın Saqqız adasının qarşısında yerləşən bu turizm bölgəsi ilin 300 günü günəşli havası, çimərlikləri, dənizi ilə turistlərin sevdiyi yerləndəndir. Havası küləkli olduğu üçün bura külək sörfinqi idmanının da əsas mərkəzlərindən biridir.
Çeşme sahilləri, təbii gözəllikləri yanaşı min illərdir termal mərkəzləri ilə də məhşurdur. Ilıca və Şifne nadir xüsusiyyətlərə malik termal mərkəzlərdir. Buradakı sular həm dəniz kənarından həm də dənizin içindən çıxır. 42 dərəcəyə istiliyə malik sular əslində duzlu dəniz suyudur. Dənizdən çıxan su yerin maqma təbəqəsində isinib dezinfeksiya olduqdan sonra yenidən üstə çıxır. Bu yollarla çıxan su zəngin minerallarla birləşir.
Termal mərkəzin bir digər xüsusiyyəti də Türkiyədə tibbi cəhətdən araşdırılan ilk mərkəz olmağıdır. 20-ci əsrin əvvəlində Çeşmədəki şəfalı suları araşdıran Osmanlı tədqiqatçısı Osman Cemal 1909-cu ildə bu termal sularla bağlı kitab yazıb. Kitabında buradakı suların dəri, böyrək ifrazatı, eqzema və qoturluq xəstəliklərinin müalicəsinə faydalı olduğundan bəhs edib.
Çeşmedəki Ilıca və Şifne termal mərkəzləri qədim tarixə malikdir. Türk dilində “ılıca” termal su çıxan yer deməkdir. Ilıca adının buraya verilməyi təsadüf deyil.
Ilıcanın yanında yerləşən Şifne termal mərkəzi suları ilə yanaşı palçığı ilə də məhşurdur. Əsrlərdir xüsusilə qadınlar tərəfindən istifadə edilən Şifne palçığı, yerli və xarici turistlərin də marağını çəkir. Dərini cavanlaşdıran, ekzama, sədəf kimi dəri xəstəliklərin müalicəsinə faydalı olan palçıq haqqında qədim bir hekayə də var. Qulaqdan-qulağa yayılan hekayəyə əsasən, qədimdə Eritai adlanan bölgənin kralının qızı pis bir dəri xəstəliyinə tutulur. Həkimlər qızın dərdinə çarə tapa bilmir. Kralın itinin də tükləri tökülür və yara basır. Bir gün ova gedən kral, itinin palçığın içinə girdiyini və sonra termal suda çimdiyini görür. Bir müddət sonra itin yaraları sağalır və tökülən tükləri yenidən çıxır. Kral qızının da burada çimməyinə istəyir. Şifnenin termal suyu və palçığında çimən qız xəstəlikdən xilas olur. Bundan sevinən Eritai kralı suyun olduğu yerdə hamam tikdirir və kitabə yazdırır. O gündən bu dövrə qədər Şifne suları insanlara şəfa bəxş edir.
TRT Türkiyənin Səsi radiosu, “Türkiyədə Səhiyyə və Turizm” proqramında bu gün sizə İzmirin termal mərkəzlərindən bəhs edirik. Bu bölgədəki termal sular dəniz suyunun maqmada isinməsi və minerallarla yenidən zənginləşməsi ilə əmələ gəlir. Bu səbəblə sular ölkəmizdəki və dünyadakı digər termal sulardan fərqlidir. Sodium xlor, potasyum xlor və maqnezim xlor tərkibli sular dəri, yel, podaqra, artıq çəki, maddələr mübadiləsi, raxitlik, qadın xəstəlikləri, qaraciyər və sidik yolları xəstəliklərinin tamamlayıcı müalicəsində faydalıdır.
Çeşmə şəfalı suları ilə yanaşı gözəl təbiətə, sahil qəsəbələrinə malikdir. Termal müalicə ilə yanaşı “talasso terapiya” yəni dəniz suyuyla müalicə də Çeşmədə məhşurdur. Son dövrlərdə tikilən turizm obyektləri tətillə birlikdə masaj, terapiya kimi xidmətlər də verir.
İzmir havalimanından 75 km uzaqda yerləşən Çeşmə turistlərin də sevdiyi yerdir. 1980-ci illərə qədər təkcə yerli turistlərin gəldiyi bölgənin dünyada tanınmağı ilə bura xüsusilə Avropa ölkələrindən turistlər gəlməyə başlayıb. Əsasən Danimarka, Norveç, İsveçrə kimi Skandinaviya ölkələri başqa olmaqla Almaniya, Fransa, Hollandiya və İsveçdən hər il bura çoxlu sayda turist gəlir.
TRT Türkiyənin Səsi radiosu, “Türkiyədə Səhiyyə və Turizm” proqramında bu gün sizə İzmirin termal mərkəzlərindən bəhs etdik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr