Müalicә vә Turizm Diyarı Türkiyә 32 / 2014

90501
Müalicә vә Turizm Diyarı Türkiyә 32 / 2014

TRT Türkiyənin Səsi radiosu, “Türkiyədə Səhiyyə və Turizm” proqramında bu gün sizə zeytun ağacları, Egey və Mərmərə dənizi sahilindəki çimərlikləri və kiçik-böyük adaları ilə turizm cənnəti sayılan Balıkesir şəhərindən bəhs edəcəyik.
Şimal-şərqi Anadolu bölgəsində yerləşən Balıkesir təbiəti, tarixi, mədəniyyət abidələri ilə Türkiyənin ilk turizm mərkəzlərindən biridir. Burada ilk məskunlaşma e.ə 3200-ci illərdə başlayıb. Şəhər fərqli dövrlərdə Truva, Het, Friqya, Lidiya, Fars, Makedon, Berqama, Roma və Bizanslıların ərazisi olub. Balıkesir 13-cü əsrdən etibarən Türklərin hakimiyyətinə keçib.
Balıkesirin Egey dənizi sahillərində Yunan mifologiyasında əhəmiyyətli yerə malik İda dağı yerləşir. Günümüzdə adı Qaz dağı olan dağ ecazkar təbiəti ilə diqqət çəkir. Yunan mifologisına əsasən tanrı Hera, Afrodita və Atenanın iştirak etdiyi və Truva döyüşünə səbəb olan məhşur gözəllik yarışması burada keçirilib. Yeni mifologiyaya əsasən Zeus burada anadan olub və tanrılar Truva döyüşünə buradan baxıblar eləcə də sevgi və gözəllik tanrısı Afrodita ilk dəfə burda aşiq olub. Edremit körfəzinin yuxarısından görünən Qaz dağı, tarixi və təbiəti ilə görməyə dəyər yerlərdəndir.
Balıkesir tarix boyu istisu sanatoriyaları ilə tanınan yer olub. Şəhərdə çoxlu sayda istisu kukortları var. Bunlardan biri şəhərin şimal hissəsində, Gönün kəndində yerləşən Gönen termal mərkəzidir. Keçmişdə adı “Asepsus, Artemea” olan Gönen kəndi, tarix boyu fərqli mədəniyyətlərin beşiyi olub. Şəhər zəngin mədəni və tarixi irsə malikdir.
Gönen termal mərkəzi Anadoludakı digər termal bölgələr kimi qədim tarixə malikdir. Arxeoloji qazıntılarda tapılan mozaikalar, kitabələr, sütun başları və dəmir pullar da buna sübutdur. Burda tapılan tarixi əsərlər Gönen Açıq Hava Muzeyində nümayiş olunur.
Termal mərkəzin keçmişdən bəri istifadə olunduğunu göstərən digər bir dəlil də burda tapılan 2-ci əsrə aid kitabələrdir. Kitabələrdə şəhərin adının “Termi” yəni, “isti su şəhəri” olduğundan və isti suyun şəhər üçün əhəmiyyətli olduğundan, eləcə də şəfalı sulardan istifadə etmək üçün şərait yaradan rəhbərlərdən bəhs olunur.
TRT Türkiyənin Səsi radiosu, “Türkiyədə Səhiyyə və Turizm” proqramında bu gün Balıkesir şəhərinin Gönen kəndindən bəhs edirik. Burdakı suların əsas xüsusiyyəti çox saf olmağıdır. Dağın ətəyinin 275 metr dərinliyindən çıxan suya yağış və qar suyu qarışmır və beləliklə dünyada nadir tapılan saf və təmiz şəfalı su əmələ gəlir.
71-83 dərəcə istilikdə çıxan sular sodium, sulfat, xlor, bikarbonat və flor tərkibinə malikdir. Mütəxəssislər buradakı suda çimməyin eləcə də sudan içməyin faydalı olduğunu bildirir.
Gönen suları qadın, iflic, mədə, 12 barmaq bağırsaq, həzm sistemi, öd kisəsi, qalın bağırsaq, oynaq və psixi xəstəliklərin müalicəsinə faydalıdır. Termal sular qarın və ortopedik əməliyyatlardan sonrakı sağalma müddətində də faydalıdır. Şəfalı sular buxar üsulu ilə nəfəs yolları iltihabına da xeyirdir.
İstanbul Universiteti Tibb Fakültəsi tərəfindən aparılan tədqiqatda Gönün sularının fibromialqiya xəstəliyinin müalicəsinə çox faydalı olduğu aşkar edilib. “Dövrümüzün xəstəliyi” adlandırılan fibromialqiya xroniki yorğunluğa, yuxusuzluğa və ağrılara səbəb olur. Ən çox işləyən qadınlarda və stresli işlərdə aşkar edilən xəstəlikdən Gönen istisuları ilə xilas olmaq olar. Burdakı sularda çimmək və bölgənin iqlimi demək olar ki, bu xəstəliyi tamamilə aradan qaldırır.
Gönün istisuları iflic xəstəliklərinə də faydalıdır. Termal su fizioterapiya ilə birlikdə iflic bölgələrdə sinirləri oyadır və əzələləri gücləndirir. Beləliklə aktiv olmayan bədən hissəsi yenidən hərəkət edir.
Tarix boyu Misir, Roma və Bizanslıların xidmət verdiyi Gönen istisu mərkəzi indi bələdiyyə və özəl sektor tərəfindən xidmət göstərir. Hər il bura çoxlu sayda yerli və xarici turist gəlir.
Gönen suları təkcə müalicə üçün yox, eləcə də istixana, yaşayış və iş binalarının istilik sistemi və bir çox sahədə istifadə edilir.
Bu gün, “Türkiyədə Səhiyyə və Turizm” proqramında sizə Türkiyənin Balıkesir və onun Gönen kəndindən bəhs etdik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr