Mədəniyyət Beşiyi Türkiyə 31 / 2014

83520
Mədəniyyət Beşiyi Türkiyə 31 / 2014

Uludağın ətəklərində yerləşən yaşıl Bursa şəhəri adını qurucusu Vifiniya kralı Prusiasdan alıb. Bursa Mərmərə bölgəsinin Asiya tərəfində yerləşir. Mərmərə dənizi şimalda yerləşdiyi üçün oraya yaxın bölgələrdə iqlim mülayim, cənub tərəfdə isə sərt Uludağ iqlimi hakimdir. Keçmişdə Vifiniya dövlətinə aid olan Bursa sonralar Roma, Bizans, Səlcuqlu və Osmanlı dövlətinin də şəhəri olub. Osman bəyin ölümündən sonra taxta çıxan Orxan bəy 14-cü əsrin ilk yarısında Bursanı Bizanslılardan azad edərək, Osmanlı dövlətinin paytaxtı elan edib. Bursa uzun illər Osmanlı dövlətinin əsas mərkəzlərindən biri olub.
Osmanlılar, Bursa şəhərinin ənənəvi sənətlərini öz sənətlərini birləşdiriblər. Bursa İstanbuldan sonra tarixi Osmanlı əsərlərinin ən çox olduğu şəhərlərdəndir. Təbii gözəlliyi, yaşıllığı, şəfalı suları, yaz və qış turizm mərkəzləri, Bizans, Osmanlı eləcə də Cümhuriyyət dövrü memarlığının ən gözəl nümunələri ilə Bursa əhəmiyyətli mədəni irsə malikdir.
Şəhərin Osmanlı dövrü tikililərindən biri Sultan İldırım Bayəzid tərəfindən Bursanın qərbində, “Yıldırım səmti” adlanan təpədə inşa edilən kompleksdir. Kompleks məscid, mədrəsə, hamam və xəstəxanadan ibarətdir. İldırım Bayəzidin qəbri 1406-cı ildə məscidin yanında inşa edilən türbədə yerləşir. Şəhərin mərkəzində yerləşən Ulu məscid də 14-cü əsrin axırlarında onun tərəfindən inşa edilib. 12 fil ayağı üstünə yerləşdirilən və 20 qübbə ilə örtülən tikili Osmanlı dövrünün ilk böyük məscidi və Səlcuqlu dövrünün son Ulu məscididir. Məscidin içində dəstəmaz yeri, mehrab və minbər yerləri var.
Bursada yerləşən digər bir məhşur tikili isə Yaşıl Külliyə adlanan kompleksdir. Bu külliyə 15-ci əsrin əvvələrində Bursanın Yaşıl səmtində Çələbi Sultan Mehmet tərəfindən inşa edilib. Məscid iç hissəsindəki çini bəzəkləri ilə məhşurdur. Hər yeri çinilərlə bəzədilən mehrab, İlkin Osmanlı dövrünün ilk çini bəzək nümunəsidir. Məscidin giriş qapısı, pəncərələri və minbəri o dövrün taxtaoyma sənətinin gözəl nümunələrindəndir. Divarlarındakı daş işləmələri və içindəki çinilərlə rəng ahəngi yaradan kompleks, günümüzdə Etnoqrafiya Muzeyi olaraq fəaliyyət göstərir.
Məscidin qabağında yerləşən Yaşıl türbə Osmanlı memarlığında divarları çini ilə örtülü tək türbədir. Bursanın simvolu sayılan 8 guşəli türbənin ortasında, Çelebi Mehmetin çinilərlə örtülmüş qebri yerləşir. Onun üstündə qabartma üsulu yazılmış kitabə var. Şimal tərəfdə oğulları Mustafa və Mahmudun qebirleri, cənub tərəfdə isə digər oğlu Yusifin sənduqəsi yerləşir. Türbədə Çelebi Mehmedin qızları Selçuq, Sitti ve Ayşə Xatunun da çinilərlə bəzədilmiş və üstündə xəttatlıq işi olan qəbirləri yer tutur.
Bursanın başqa bir məhşur yeri Muradiye Külliyəsidir. Kompleks 15-ci əsrin əvvəlində Sultan II. Murad tərəfindən inşa edilib. Külliyə məscid, mədrəsə, imarət, hamam və türbələrdən ibarətdir. Bursa memarlığının ilk nümunəsi olan məscidin sağ tərəfində yerləşən mədrəsə silindr formalı həyət ilə Səlcuqlu mədrəsə memarlığının xüsiyyətlərini daşıyır . Məscidin həyətində II. Muradın üstü açıq formada inşa edilən türbəsi yerləşir. Bu türbədən başqa onun ailə üzvlərinin dəfn edildiyi 13 türbə, eləcə də Cem Sultanın, bəzi şəhzadələrin və sultanların türbəsi yerləşir.
Bursanın Çekirge səmtində I. Murad Xudavendigar məscidi və mədrəsəsi yerləşir. Kosova müharibəsində şəhid düşən I. Murad oğlu İldırım Bayəzid tərəfindən inşa etdirilən türbədə dəfn edilib.
Dünyaca sevilən, məhşur Türk Kölgə teatrı – Hacivat və Qaragöz Bursa şəhərində yaranıb. Bura İpək yolunun üstündə yerləşməsi səbəbilə əsas ticarət mərkəzlərindən biri idi.
Bursanın coğrafi mövqeyi burada əl sənətlərinin inkişafına səbəb olub. Yazılı mənbələrdə keçmişdə burada, əl dəzgahlarında ipək parçalar, xalça, kilim və kisə tikildiyi qeyd olunur. Şəhər baramaçılığın inkişafı ilə ipək parça istehsalının da mərkəzi idi.
Bursanın təbii güşələrindən Uludağ Milli Parkını, İznik və Uluabat Gölünü, Gümüştəpəni, Cumalıkızığı, Zeytinbağını və Botanika Parkını misal göstərmək olar. Bunlardan ən məhşuru Uludağ, Qərbi Anadolunun ən hündür dağıdır. Uludağ təbiəti, flora və faunasının zənginliyi səbəbilə Milli Park statusu alıb. Bura həm də ölkənin qış turizmi mərkəzidir. Baharda isə bura kempinq, dağ gəzintisi və günlük piknik sahəsi kimi istifadə olunur. İlin hər fəsli bu bölgə aktivdir.
Bursanın şimal-şərqində yerləşən İznik şəhəri açıq hava muzeyini xatırladır. Şəhərdə Roma, Bizans və Osmanlı dövründən çoxlu sayda tarixi əsər qalıb. Bunlardan İznik Ayasofiya kilsəsi Xristian dini üçün əhəmiyyətli olan 7-ci Kilsə Məclisinin keçirildiyi yerdir.
İlk Osmanlı dövrünün paytaxtı olmuş İznik, Mahmud Çələbi Məscidi, Yaşıl Məscidi və Hacı Özbək Məscidi ilə ilkin Osmanlı məscid memarlığı nümunələrinin yerləşdiyi şəhərdir. Osmanlı dövrünün ilk universiteti - Süleyman Paşa Mədrəsəsi də burada yerləşir. Şəhər 14-16-cı əsrlərdə Osmanlı çini istehsalının əsas mərkəzi olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr