Türkiyədə Səhiyyə və Turizm 28/2014

67216
Türkiyədə Səhiyyə və Turizm 28/2014

Bu günkü proqramımızda sizə Türkiyənin Qaradəniz bölgəsində yerləşən Tokat şəhərindən bəhs edəcəyik. 6000 illik tarixi boyu şəhər bir çox mədəniyyətin beşiyi olub. Bu gün sizə Tokatın tarixi turizm mərkəzləri ilə yanaşı geotermal bölgələrini də tanıdacayıq.
Yəqin ki Roma imperatoru Yuli Sezarın məhşur “veni, vidi, vici” yəni “gəldim, gördüm, qələbə çaldım” sözlərini bilməyən yoxdur amma çox az adam həmin bu sözlərin Tokat şəhərində deyildiyi bilir. E.ə 47-ci ildə Yuli Sezar Roma ordusu ilə Tokatın Zile bölgəsində, Basfaros kralı II Farnakenin ordusu ilə döyüşə çıxır. Çətin keçən döyüşdə ağır itkilər verməyinə baxmayaraq Roma ordusu qalib gəlir. 5 saat çəkən döyüşdən sonra Yuli Sezar qələbə sevincini Zile qalasından Romaya qısa bir məktubla çatdırır. Məktubda həmin “gəldim, gördüm, qələbə çaldım” sözlərini yazır…
Tokat Roma mədəniyyəti və bir çox mədəniyyətin gəlib keçdiyi, bölgənin əsas ticarət mərkəzi olmuş 6000 illik tarixi bir şəhərdir. Tarixdə burda 14 dövlət və bir çox muxtar vilayət mövcud olub. Tokat tarixdə Het, Friqya, Roma, Bizans, Danişmendli, İlhanlı, Səlcuqlu və Osmanlı dövlətinin şəhəri olub. Bu səbələ açıq hava muzeyinə oxşayan şəhərin hər yerində fərqli dövrlərə aid əsərlər görmək olar. Bu əsərlərdən eradan 3000 il əvvəldən qalan Maşat Höyükü, Roma və Bizans dövrünün əsas şəhəri qədim Sepastopolisi, Səlcuqlulardan qala Tokat qalasını, Osmanlı memarlığının ən gözəl əsərlərindən biri - tarixi Taşxanı, Əli Paşa məcsidini, Behzat məscidini və Ulu məscid misal göstərmək olar.
Tokat tarixi əsərləri ilə yanaşı təbii gözəlliyi ilə də diqqət çəkir. Pazar rayonunda yerləşən Ballıca mağarası belə yerlərdən biridir. 3,5 milyon il bundan əvvəl yaranan yeraltı mağara 7 mərtəbə və 9 bölmədən ibarətdir. Mağaranın daşları fərqli rəngləri ilə ecazkar mənzərə yaradır. Bölmələr bir-birindən fərqlənir. Yerli xalqın onlara verdiyi adlar bölmələrin xüsusiyyətini göstərir. Bu adlardan bəziləri belədir : soğan, dondurma, fosil və göbələk bölməsi. Dünyanın ən böyük mağaralarından biri olan Ballıca mağarası astma xəstəliyinə faydalıdır. Mağaranın havası 4 qat saf oksigenə malik olduğu üçün astması olan burada rahat gəzə bilir.
TRT Türkiyənin səsi radiosunda sizə Tokat şəhərini tanıtmağa davam edirik. Tokat şəhəri qədim tarixi ilə yanaşı geotermal zənginlikləri ilə də məhşurdur. Sulusaray və Reşadiye şəhərin əsas termal mərkəzləridir.
Sulusaray termal mərkəzi Artova rayonuna bağlı Sulusaray kəndində yerləşir. Suların mənbəyi qədim Sebastopolis şəhərində yerləşən Nicepolis xarabalıqlarından başlayır. Latın dilində “böyük şəhər” mənasını verən Sebastopolis Ellinizm, Roma və Bizans dövründə əsas yaşayış məskənlərindən biri idi. Sulusarayda aparılan arxeoloji qazıntılarda o dövrə aid hamam, kilisə və bir çox əsər tapılıb. Qədim ərazidə yerləşən Sulusaray termal mərkəzi də qədim tarixə malikdir. Tarixdə adı həm də “Çermikönü” olan qaynaq Roma, Bizans və Osmanlı dövründə istifadə edilib. 55 dərəcə istiliyə malik suların tərkibində duz və sulfat var. Yerli xalq bura əsasən baharda gəlir. Sulusaray suları yel,sinir və dəri xəstəliklərinin tamamlayıcı müalicəsində faydalıdır.
Tokatda yerləşən digər bir termal mərkəz Reşadiye rayonunda yerləşən Reşadiye termal mərkəzidir. Şam və fıstıq ağaclarının arasında yerləşən mərkəz gözəlliyi ilə diqqət çəkir. Tokat şəhərinin mərkəzinə 90 km uzaqda yerləşən Reşadiye termal mərkəzi Kelkit çayının yanındakı Kelkit dərəsinin üzərində yerləşir. 48-52 dərəcə arası istilikdə çıxan sular potasium, sodium və maqnezium tərkiblidir. Buranın suları yel, oynaq, toxuma, sinir və ortopedik xəstəliklərinin eləcə idman yaralarının tamamlayıcı müalicəsinə faydalıdır.
Bu günkü proqramda sizə Türkiyənin Qaradəniz bölgəsində yerləşən 6000 illik tarixə malik Tokat şəhərindən bəhs etdik. Eləcə də şəhərdə yerləşən Sulusaray və Reşadiye termal mərkəzlərini sizə tanıtdıq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr