Din və Cəmiyyət 28 / 2014

125424
Din və Cəmiyyət  28 / 2014

İnsanların əsas problemlərindən biri də asudə vaxtı necə keçirmək məsələsidir. Bu barədə çoxlu sayda təsnifat və nəzəriyyələr var. Keçmişdən bu günə qədər bu məsələ humanitar deyil, texniki elmlərin tədqiqat sahəsi olub. Biz bu gün bu anlayışın ictimai yönündən bəhs edəcəyik. Zaman anlayışı dinlə əlaqəlidir. İslama əsasən zaman bir hadisədir. Bu səbəblə Quranın xülasəsi sayılan Əsr sürəsi, əsrə and içərək başlayır və əsri, çağı yəni vaxtı yaxşı qiymətləndirməyənlərin axrının yaxşı olmayacağını bildirir. Bu yanaşma sosial həyatda ictimai qaydaların əhəmiyyətini vurğulayır. Peyğəmbər də bu barədə “ İnsanların çoxunun aldandığı 2 nemət var. Bunlar sağlıq və boş zamandır.” deyərək vaxtı boş keçirməyin zərərli olduğunu deyib.

İslama əsasən müsəlmanın əsas vəzifələrindən biri zamanı yaxşı və sərfəli keçirmək, mənalı yaşamaqdır. İslam ibadətlərinə və peyğəmbərin həyatına nəzər yetirsək İslam cəmiyyətində zaman anlayışının əhəmiyyətli olduğunu görərik. İslam dinində əməllər vaxtı zamanı planlamağın vacib olduğu bildirilir. Gündə 5 dəfə namaz, Oruc, Həcc, Qurban və Zəkat – bunların hamısı zamanla və ictimai həyatla əlaqəli vəzifələrdir. Bu o deməkdir ki, zaman ibadətlərdə əsas amildir və insanların iş sistemini də təsiri var.
İnsan həyatında əhəmiyyəti olan zaman anlayışından “boş vaxt” anlayışı yaranıb. Keçmişdən bu günə insanlar bəzən qəsdən vaxtlarını boş keçirir, bəzən də fiziki ehtiyaclarına və iş həyatına ayırdığı vaxtın qalanını müəyyən işlərə sərf edir. Günümüzdə insanlar boş vaxtlarını kitab oxumaqla, mağazaları gəzməklə, televizora baxmaqla, idmanla və ya müxtəlif sənətlərlə məşğul olmaqla və insanlarla söhbət etməklə keçirir. Çox vaxt insan bu işlərin faydalı olub-olmadığını dərk etmir.
İnkişaf edən dünyamızda iş saatlarının qısalması, maaşları artması və texnologiyanın inkişafı ilə insanların daha çox boş vaxtı olur. Bu elə insanlara daha çox boş vaxt qazandırmaq üçündür. Planlı və ya plansız hər yaşdan və zümrədən olan insan boş vaxtını dəyərləndirmək istəyir. Beləliklə insanların necə əylənəcəyi, istirahəti, vaxtı səmərəli keçirməyi cəmiyyət üçün faydalı olmaq baxımından ictimai məsələdir. Buna görə boş vaxt anlayışı cəmiyyətin və fərdin inkişafı baxımından əhəmiyyətlidir.

Zaman anlayışı sosial baxımdan 3 yerə bölünür :

Bunlardan biri yaşamaq üçün - yatmağa, yeməyə və həyat üçün vacib olan digər işlərə ayrılan zamandır.
İkinci, işləmək üçün ayrılan zamandır.
Üçüncü isə istirahətə,əyləncəyə sərf olunan zamandır.
Boş vaxtın dəyərləndirilməsi yaşa, məkana, insanlara görə fərqlənir. Boş vaxtın səmərəli keçirilməsi fərd və cəmiyyət üçün əhəmiyyətlidir. Xüsusilə kiçik uşaqların vaxtını yeni şeylər öyrənərək keçirməyi onların fiziki vəziyyətinə, şəxsiyyət kimi formalaşmasına, gələcəyinə, öyrəndiklərini uğurlu işlərə çevirməyə kömək edir.
Yetkin insanlar da boş vaxtlarını ailəyə, dinə, iqtisadi və təhsil işlərinə ayıraraq fayda qazana bilərlər. Zaman cəmiyyət üçün “ictimailəşmək” baxımından faydalıdır. İnsanlar boş vaxtını düzgün dəyərləndirəndə cəmiyyətə zərərli hallar da azalır.

Mövzunun yekununda onu deyə bilərik ki, boş vaxtın dəyərləndirilməsində dini ibadətlərin də də rolu var. Bayramlar, dinə aid işlər adət halına çevrilərək boş vaxtın dəyərləndirilməsi üçün ən yaxşı yollardan biridir. Mərasimlərdə iştirak etmək adəti bütün cəmiyyətlərdə var. Dini və milli bayramlarda, festivallarda insanlar toplaşır və vaxtlarını biryerdə keçirir. Boş zamanda qohum-əqrəbanı ziyarət etmək insanlar arasında münasibətləri gücləndirir. Bunun eyni zamanda insanın digər insanlarla qaynaşmasına faydası var. Dini mərasimlərdə insanların sosial statusu unudulur, hər təbəqədən insanlar bir-birinə yaxınlaşır. Belə hallar təbəqə fərqini də aradan qaldırır. Bilmək lazımdır ki, İslam dini vaxtı lazımsız yerə keçirməyi qadağan edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr