Avropada və Türkiyədə ən nəhəng süni göl

Avropanın ən nəhəng süni gölü_Kahramanmaraş

 

  Türkiyənin milli azadlıq mübarizəsində özünəməxsus rəşadəti ilə seçilən Kahramanmaraş həyatın bütün sahələrində olduğu kimi, sosial-iqtisadi həyatda da lider vilayətlər sırasındadır.

  “EXPO 2023” İstirahət Parkı Kompleksi Kahramanmaraşda ən son qurulan sosial təmayüllü təsisatlardan biridir. Parkın ümumi sahəsi təqribən 750 min kvadratmetrdir. Burada salınmış nəhəng hovuz parka xüsusi əzəmət verir.

  Ümumi sahəsi 69 min kvadratmetr olan bu su hövzəsi Avropada və Türkiyədə tikilmiş ən nəhəng süni göldür. On beş hissədən ibarət olan “EXPO 2023” gələn il nəzərdə tutulan sərginin açılışınadək tam istifadəyə veriləcək.


Etiketlәr: Avropa və Türkiyə ən nəhəng süni göl , “EXPO 2023” İstirahət Parkı Kompleksi Kahramanmaraş