Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi təlimləri

Azərbaycan-Türkiyə_hərbi təlimlər_02

 

  Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

  Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

 

P.S: məlumat və fotolar "azertag.az"a məxsusdur


Etiketlәr: