"Unudulmaz" sənədli filminin Ankarada təqdimatı

"Unudulmaz" sənədli filminin Ankarada təqdimatı

 Mayın 23-də Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyində Azərbaycan dövlətinin mərhum lideri, siyasi xadim Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə onun həyatı haqqında “Unudulmaz” sənədli filminin təqdimat mərasimi keçirildi.

  Tədbir Azərbaycan və Türkiyə rəsmi qonaqlarının H.Əliyevin səfrilikdəki büstü önünə çiçək qoyması ilə başladı. Sonra mərhum Azərbaycan liderinin foto-sərgisinə baxıldı, fikirlər, xatirələr söylənildi.

  Proqramın rəsmi hissəsində hər iki ölkənin himnləri səsləndi. Daha sonra Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Diasporasının Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə siyasətçiləri Necdet Ünüvar, Hikmet Çetin və b. çıxış etdi.

  Çıxışlardan sonra Heydər Əliyevin həyatı haqqında azərbaycanlı televiziya jurnalisti, ideya və ssenari müəllifi Elnur Niftəliyevin sənədli filmi nümayiş etdirildi.

  Tədbirin sonunda Azərbaycan səfiri və Diaspora sədri qonaqları və o cümlədən, Türkiyədə yaşayan azərbaycanlıları, Azərbaycan-Türkiyə dostluğuna xidmət edən türkiyəliləri iftar yeməyinə dəvət etdilər.    


Etiketlәr: "Unudulmaz" sənədli filminin Ankarada təqdimatı