"TÜRKSOY-un mübarək yolu"nda

Hikmət Babaoğlu

 

  Dekabrın 13-də paytaxt Ankarada Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə TÜRKSOY-un binasında ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş "Heydər Əliyev və TÜRKSOY" adlı tədbir və yazıçı-jurnalist Sabir Şahtaxtının TÜRKSOY-un yaranması və fəaliyyətindən bəhs edən "TÜRKSOY’un kutlu yolu" (TÜRKSOY-un mübarək yolu) kitabının təqdimatı keçirilib.

  Azərbaycan və Türkiyədən millət vəkilləri, diplomatik korpus nümayəndələri, dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın sabiq prezidenti Heydər Əliyevə həsr olunmuş foto və kitab sərgisinin açılışı ilə başlayıb. 

  Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Rayev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru Necdət Ünüvar, Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar, Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri Əhliman Əmiraslanov, TÜRKSOY-un yaranması və fəaliyyətindən bəhs edən "TÜRKSOY’un kutlu yolu" kitabının müəllifi Sabir Şahtaxtı və Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu çıxış ediblər. 


Etiketlәr: Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi , Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov , Heydər Əliyev və TÜRKSOY , TÜRKSOY-un baş katibi Sultan Rayev , Ankara Universiteti rektoru Necdət Ünüvar , Hikmət Babaoğlu , Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu rəhbəri Şamil Ayrım , Aygün Attar , Əhliman Əmiraslanov , "TÜRKSOY’un kutlu yolu" kitabının müəllifi Sabir Şahtaxtı , Avrasiya Yazarlar Birliyi sədri Yaqub Öməroğlu