Şəkinin tarixi abidələri rəssam fırçasında

Aynur Məsimova_Şəki abidələri_01

 

  Aynur Məsimova 1978-ci ildə Azərbaycanın dilbər guşəsi Şəkidə ziyalı ailəsində dünyaya gəlib.

  1994-1998-ci illərdə Əzim Əzimzadə adina Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.

  1999-ci ildən Şəki Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində müəllim işləyir.

  Aynur Məsimovanın 2016-ildə "Şəkinin tarixi abidələri rəssamin gözu ilə” adlı fərdi sərgisi açılıb.

  2017-ci ildə Baki Xətai Sənət Mərkəzində "Akvarel" sərgi-müsabiqəsinin yekun sərgisində iştirakina gorə Diplomla təltif olunub.

  2017-2018-ci illərdə Şəkidə Xan sarayının yubiley sərgilərində rəsmlərilə çıxış edib.

  Rəssamın 2019-ci ildə Şəki Asan Xidmətdə ikinci fərdi sərgisi açılıb.

  Bütün fəsillərdə Şəkinin təbii gözəllikləri, əsrləri adlamış tarixi abidələri və heç dəyişməyən sadə insanlarını fırçaların dili ilə seyrçilərə anladan Aynur Məsimova həyatının mənası olan rəssamlıq sənətini böyük şövqlə davam etdirir.


Etiketlәr: Şəki tarixi abidələri - rəssam Aynur Məsimova