"Leylinin rəngli dünyası" Ankarada

Leyli Heydərli_Ankara_01

 

  Türkiyənin paytaxtı Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyi binasında “9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günü rəsmlərin dili ilə” tədbiri keçirilib.

   Azərbaycanın Türkiyədəki Səfirliyində yeniyetmə rəssam Bakıdakı 6 saylı məktəbin 8-ci sinfində təhsil alan, bır sıra rəsm müsabiqələrinin qalibi Leyli Heydərlinin də fərdi sərgisi keçirilib. Rəsmi şəxslər, o cümlədən, millət vəkilləri, Ankarada Azərbaycanı təmsil edən soydaşlar “Leylinin rəngli dünyası-3” adlı sərgisini seyr ediblər. Azərbaycanın dövlət atributları, təbiət mənzərələri məktəbli rəssamın təxəyyülündə canlandırılmış rəsmlərlə təqdim olunub.

   Sonda səfir Xəzər İbrahim tədbirdə rəsmləri nümayiş olunan, Azərbaycanın Türkiyədə tanınan rəssamlarına, o cümlədən gənc rəssam Leyli Heydərliyə Azərbaycanın Türkiyədəki Səfriliyinin fəxri diplomlarını təqdim edib.


Etiketlәr: "Leylinin rəngli dünyası" Ankara , Leyli Heydərli