Azərbaycan Ordusu Günü Türkiyədə

Azerb. elci ve generallar_01.jpg

  Azərbaycanın Türkiyədəki səfirliyi 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə 22 iyunda Ankarada bayram tədbiri keçirdi.
 
  Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və səfirliyin digər rəsmi nümayəndələri tədbirə gələn səlahiyyətli qonaqları qarşıladılar.

  Tədbirdə Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü, TR Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar, müavini Yaşar Güler, Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak, Hava Qüvvələri komandanı, ordu generalı Abidin Ünal və Jandarma Qüvvələrinin Baş komandanı, ordu generalı Qalib Mendi başda olmaqla Türkiyə Respublikası Silahlı Qüvvələrinin 43 generalı iştirak edirdi.


Etiketlәr: Azərbaycan Ordusu Günü Türkiyədə