8 Noyabr Zəfər Günü ilə əlaqədar Bakıda yürüş

Bakı_Zəfər yürüşü_02

Noyabrın 8-də Zəfər Günü ilə əlaqədar Bakıda keçirilən yürüş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşayiəti ilə başlayan Zəfər yürüşü Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edir.

Yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və Qələbə ruhunda mahnı və marşlar səsləndirilir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə daşıyırlar. Yürüşü süvari dəstə müşayiət edir.

  


Etiketlәr: 8 Noyabr Zəfər Günü ilə əlaqədar Bakıda yürüş