3 Mart – Ümumdünya Vəhşi Təbiət Günüdür

Astara kəndi, Azərbaycan

Astara kəndi

 

  20 dekabr 2013-cü ildə BMT-nin Baş Assambleyası vəhşi flora və fauna məsələləri ilə bağlı geniş ictimaiyyətin məlumatlılığını artırmaq məqsədi ilə martın üçünü Vəhşi Təbiət Günü ( World Wildlife Day) elan etmişdir (A/RES/68/205 saylı qətnamə ilə). Həmin il təbii müxtəlifliyin qorunması sahəsində digər bir mühüm sənədin qəbul edilməsinin 40 illiyi qeyd olundu. Bu sənəd “Məhv olmaq təhlükəsi qarşısında qalan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya adlanırdı və 3 mart 1973-cü ildə qəbul edildi.
  Bu bayramın BMT-də qəbulundan öncə 2013-cü ilin yazında Tailandda keçirilən SİTES Tərəfdarları Konfransı iştirakçıları bu haqda təşəbbüslə çıxış etmişdilər. Məhz bu konfransda martın 3-nü Vəhşi Təbiət Günü kimi qeyd etmək təklif olundu. Konfrans iştirakçıları təkliflə bağlı BMT-yə müraciət etdi. 180 ölkə Konvensiyaya qoşuldu. Bu bayramın yaranması Yer üzündəki bioloji müxtəlifliyin mühafizəsinin zəruriliyini göstərir.

 

P.S: Fotolarda Azərbaycan Respublikasının Astara şəhərinin Sım, Pəlikəş, Ağ körpü (Sipiyəpard), Dilmədi, Əzərüd, Asxanakəran, Motlayataq, Toradi, Sərək, Züngüləş, Sım, Balbəy kəndləri, Kijəbə kəndinin Lovayn su anbarı və Xəzər dənizi görüntüləridir.


Etiketlәr: vəhşi flora və fauna məsələləri , 3 mart Vəhşi Təbiət Günü ( World Wildlife Day) , Tailand SİTES Tərəfdarları Konfransı , Yer üzündəki bioloji müxtəlifliyin mühafizəsi , Astara kəndləri Azərbaycan