Astronavtın kosmosda itirdiyi pomidor tapıldı
NASA-nın digər astronavtı Jasmin Moqbeli dekabrın 6-da BKS-nin yaranmasının 25-ci ildönümü münasaibətilə təşkil edilən canlı yayım tədbirində dedi ...
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi – NASA-nın astronavtı Frank Rubionun 2023-cü ilin mart ayında Beynəlxalq Kosmik Stansiyada (İSS) Yer orbitində itirdiyi kiçik pomidor 8 ay sonra tapılıb.
Rubio uzun müddətdir bu pomidoru yeməkdə təqsirləndirilirdi.
Astronavt o vaxt təcrübənin bir hissəsi kimi yığdığı pomidoru itirmiş və bu, stansiyada zarafatlara səbəb olmuşdu.
NASA-nın digər astronavtı Jasmin Moqbeli dekabrın 6-da BKS-nin yaranmasının 25-ci ildönümü münasaibətilə təşkil edilən canlı yayım tədbirində dedi: "Evə qayıdan yaxın dostumuz Frank Rubio uzun müddətdir bu pomidoru yeməkdə günahlandırılır. Amma indi onu bəraət qazandıra bilərik. Pomidoru tapdıq".
Amma Moqbeli pomidorun harada tapıldığını və nə vəziyyətdə olduğunu demədi.
Təxminən 2,5 santimetr diametrdə olan cırtdan pomidor “Veg-05” təcrübəsi üçün yetişdirilirdi. Rubio şəxsən bu tərəvəzlərə qulluq edir və yığırdı.
Martın 29-da yığılan nümunələr stansiyadakı astronavtlar arasında bölündü, amma Rubioya pomidordan bir dişləmə belə düşmədi.
Sentyabrda İSS-nin canlı yayımında danışan F.Rubio dedi: "Onu axtarmağa çox vaxt sərf etdim. 18-20 saat axtardım. Mən yeməmişəm. Əminəm ki, o, nə vaxtsa özünü göstərəcək və illər sonra mənim haqlı olduğumu sübut edəcək".
Qeyd edək ki, Beynəlxalq Kosmik Stansiyada 6 otaqlı evdən daha böyükdür. Burada mikroqravitasiyada kiçik obyektlər asanlıqla gözlənilməz künclərə uça bilir.
Frank Rubio 371 gün kosmosda qaldıqdan sonra sentyabr ayında sağ-salamat Yerə qayıdıb.
Әlaqәli Xәbәrlәr
Menengiç qəhvəsi də Avropa İttifaqı sertifikatı aldı
Qaziantəp vilayətinin Menengiç qəhvəsi Avropa İttifaqından (Aİ) coğrafi göstərici qeydiyyatı aldı.