Blinkenin “Zelenski” oğlunun Baydendən konfet istəməsi Qərb mətbuatında
Blinkenin ata-babaları da Zelenski kimi Ukrayna yəhudilərindəndir

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin oğlunun “Hellouin” bayramında Ukrayna prezidenti Vladimir Zelenski kimi geyinib ABŞ prezidenti Co Baydendən konfet istəməsi Qərb mətbuatının gündəmində olub.
Blinken oktyabrın 30-da gecə Ağ Evin qazonunda prezident Co Baydenlə birlikdə təşkil edilən “Halloween” tədbiri üçün 4 yaşlı oğlunu Ukrayna prezidenti Zelenski kimi geyindirib.
Bayden üzərində prezident möhürü olan şokolad qutusunu tünd yaşıl rəngli sviter geyinmiş “uşaq Zelenski”yə hədiyyə edib.
Qərb mətbuatı Baydendən konfet istəyən uşağın Zelenskinin digər ölkələrdən, xüsusən də ABŞ-dan davamlı olaraq “silah və pul” istəməsi kimi yozub.
Bayram tədbirində Blinkeni həyat yoldaşı və onların Ukrayna bayrağının mavi-sarı rənglərində geyindikləri 3 yaşlı qızı da olub.
Qeyd edək ki, Entoni Blinkenin babası Moritz Blinken 1900-cü ildə o zaman Rusiya imperiyasının tərkibində olan Ukraynanın paytaxtı Kiyevdə anadan olub və 4 yaşında ikən ailəsi ilə birlikdə ABŞ-a köçüb.
Blinkenin ata-babaları da Zelenski kimi Ukrayna yəhudilərindəndir.
İsrailin 7 oktyabrda başladığı Qəzza hücumları zamanı Təl-Əvivə gedən Entoni Blinken “Mən burada sadəcə dövlət katibi deyil, həm də bir yəhudi olaraq varam” demişdi.