Avropa İttifaqında gənclərin ən az olduğu ölkə

Bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb

2050335
Avropa İttifaqında gənclərin ən az olduğu ölkə

 

  İtaliya Avropa İttifaqında 18-34 yaş arası insanların faizinin ən az olduğu ölkədir. Bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilir ki, cari ildə ölkədə 18-34 yaş arası insanların sayı təxminən 10 milyon 200 min nəfər olacaq. Bu göstərici, 2002-ci illə müqayisədə 23,2 faiz və ya 3 milyon nəfər azdır.

  Mütəxəssislərin fikrincə, İtaliya hər il daha da “yaşlanır”. Ölkə əhalisinin sayı artmaqda davam edərkən, gənclər “demoqrafik qış” adlanan dövrün əsl qəhrəmanlarıdır. Çünki gənclərin sayı, eyni zamanda, nikah və nəsil artırmağa meyil ölkə boyu durmadan azalır.



Әlaqәli Xәbәrlәr